Rusiyaya qarşı yeni sanksiyalar qəbul edilir
ABŞ Senatının demokrat üzvü Brendan Boyl Livanın “Hizbullah” təşkilatına verdiyi dəstəyə görə Rusiya barəsində yeni sanksiyaların tətbiqini təklif edib. Senatorun hazırladığı sənəd Nümayəndələr Palatasının beynəlxalq işlər üzrə komitəsində bəyənilib.
11 Oktyabr 2017 11:36 DünyaABŞ Senatının demokrat üzvü Brendan Boyl Livanın "Hizbullah" təşkilatına verdiyi dəstəyə görə Rusiya barəsində yeni sanksiyaların tətbiqini təklif edib. Senatorun hazırladığı sənəd Nümayəndələr Palatasının beynəlxalq işlər üzrə komitəsində bəyənilib. "Rusiya "Hizbllah" təşkilatına müasir silahlarla dəstək verərək onun nüfuzunu və gücünü artırır. Nəticədə, İsrail kimi müttəfiqlərimizə və regionun bütün günahsız vətəndaşlarına zərər verir", - Boyl qeyd edib. Sənəddə Rusiyaya qarşı məhz hansı məhdudiyyətlərin təklif edildiyi göstərilməyib. Publika.az "Röyters" agentliyinə istinadən xəbər verir.