"Strateji yol xəritəsi ölkəmizin gələcək inkişafının qarantıdır"

 “Strateji Yol Xəritəsinin yarımillik monitorinq və qiymətləndirmə hesabatları deməyə əsas verir ki, sənəd üzrə nəzərdə tutulmuş işlər ardıcıl və yüksək keyfiyyətlə icra olunmaqdadır”. “OLAYLAR” xəbər verir ki, bunu Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri Azər Verdiyev Strateji Yol Xəritəsinin yarımillik monitorinq və qiymətləndirmə hesabatlarına münasibət bildirərkən deyib.

"Strateji Yol Xəritəsinin yarımillik monitorinq və qiymətləndirmə hesabatları deməyə əsas verir ki, sənəd üzrə nəzərdə tutulmuş işlər ardıcıl və yüksək keyfiyyətlə icra olunmaqdadır". "OLAYLAR" xəbər verir ki, bunu Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri Azər Verdiyev Strateji Yol Xəritəsinin yarımillik monitorinq və qiymətləndirmə hesabatlarına münasibət bildirərkən deyib. O, qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə 2016 - 2020-ci illər üçün iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxış müəyyənləşib: "Görülən işlər qarşıda duran problemlərin həllinə xidmət edəcək, bütün istiqamətlər üzrə davamlı inkişaf üçün baza formalaşdıracaq, ölkəmizin ümumi inkişafına, daha yaxşı yaşayış rifahına səbəb olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31