Dinamik iqtisadi inkişafa aparan uğurlu siyasət

Azərbaycanda həyata keçirilən şaxələndirilmiş iqtisadi siyasət öz müsbət nəticəsini vermişdir. Artıq Azərbaycan əldə etdiyi iqtisadi uğurlarına görə, nəinki MDB ölkələrini, eləcə də Avropanın bir sıra aparıcı ölkəlrini geridə qoyur. Ölkəmizin qazandığı iqtisadi naliyyətləri beynəlxalq qiymətləndirici qurumlar tərəfindən də təsdiq edilir.

İlham Əliyev: "Biz ölkəmizin gələcəyi, uzunmüddətli, dayanıqlı inkişaf haqqında düşünürük"

Azərbaycanda həyata keçirilən şaxələndirilmiş iqtisadi siyasət öz müsbət nəticəsini vermişdir. Artıq Azərbaycan əldə etdiyi iqtisadi uğurlarına görə, nəinki MDB ölkələrini, eləcə də Avropanın bir sıra aparıcı ölkəlrini geridə qoyur. Ölkəmizin qazandığı iqtisadi naliyyətləri beynəlxalq qiymətləndirici qurumlar tərəfindən də təsdiq edilir. Belə ki, Azərbaycan Dünya İqtisadi Forumun (WEF) "2017-2018 Qlobal Rəqabət İndeksi" reytinqində 2 pillə yüksələrək 35-ci sırada qərarlaşıb. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, cari ilin doqquz ayında ölkəmiz uğurla və hərtərəfli inkişaf etmişdir. Bütün sahələrdə dinamik inkişaf təmin olunmuşdur: "Doqquz ayda iqtisadi göstəricilərimiz də çox müsbətdir. Qeyri-neft iqtisadiyyatımız 2,5 faiz artıb. Hesab edirəm ki, bu, çox gözəl göstəricidir. Bu, son illərdə apardığımız siyasətin nəticəsidir. Çünki qeyri-neft sektorunun inkişafı bizim əsas prioritetimizdir və 2,5 faiz artan qeyri-neft iqtisadiyyatımız həm uğurlu islahatlarımızın göstəricisidir, həm də onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi məsələləri öz həllini uğurla tapıbdır. Qeyri-neft sektorunun sənaye hissəsi də uğurla inkişaf edir. Qeyri-neft sənayesi 9 ayda 3,1 faiz artmışdır. Bu da sənayeləşmə siyasətimizin gözəl nəticəsidir. Bildiyiniz kimi, son illər kənd təsərrüfatında çox böyük inkişaf var, böyük investisiyalar qoyulur. Kənd təsərrüfatının hərtərəfli inkişafı dövlət prioritetidir və bu sahədə də nəticələr özünü göstərir. Kənd təsərrüfatı 2,8 faiz artmışdır". Məlumat üçün qeyd edək ki, əldə edilmiş iqtisadi naliyyətlər həm də Azərbaycanın xarici ticarət dövriyyəsinə də müsbət təsir edib. Daha doğrusu, iqtisadi inkişaf tenpi imkan verib ki, Azərbaycan xarici ticarət dövriyyəsinin həcmini artırsın. Nəticədə Azərbaycanın idxal etdiyi məhsullar üstünlük təşkil edərək xarici ticarət dövriyyəmiz 7 faiz artıb. Dövlət başçısı qeyd edib ki, hazırda ixrac idxalı böyük fərqlə üstələyir: "Hər bir inkişafın göstəricisi, o cümlədən xarici ticarətin tarazlığından asılıdır. Bizdə isə ilin 9 ayında xarici ticarətin müsbət saldosu 4,4 milyard dollara bərabərdir. Əminəm ki, ilin sonuna qədər bu rəqəm daha da artacaq. Əlbəttə, bu, bizim həm iqtisadi uğurlarımızı əks etdirir, eyni zamanda, milli valyutamız manatın məzənnəsinə çox müsbət təsir göstərir. Valyuta bazarının tənzimlənməsi istiqamətində əlbəttə ki, bu, çox böyük imkanlar açır. Eyni zamanda, bu, bizim uğurlu inkişafımızın təzahürüdür. İxracımız idxaldan 4,4 milyard dollardan çoxdur". Yeri gəlmişkən xatırladaq ki, Azərbaycanda əldə edilmiş iqtisadi naliyyətlər həm də vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasına xidmət edir. Belə ki, cari ilin doqquz ayında paytaxt Bakı da daxil olmaqla regionlarda yeni iş yerlərinin yaradılması prosesi davam edib. Nəticədə 226 min yeni iş yeri açılıb ki, onların da 171 mini daim iş yerləridir. Paralel olaraq əhalinin rahatlığını təmin etmək məqsədil infrastruktur layihələr həyata keçirilib, soaial infrastrukturla bağlı siyasət uğurla əyata keçirilib. Belə ki, doqquz ay ərzində ölkədə 100-ə yaxın məktəb, 27 səhiyyə müəssisəsi istifadəyə verilib.
Bütün sadalananlara baxmayaraq ölkəmiz iqtisadi inkişafı bundan sonra da davam etdirmək əzmindədir. Bunun üçün kifayət qədər iqtisadi potensial və maliyyə imkanları mövcuddur. Dövlət başçısı bildirib ki, baxmayaraq, dünya bazarlarında neftin qiyməti hələ də aşağı səviyyədədir, bu il biz qarşıya məqsəd qoymuşduq ki, valyuta ehtiyatlarımızı artıraq: "Çünki bu, bizim iqtisadi və siyasi müstəqilliyimizin əsas şərtlərindən biridir. Xərclərimizin də artmasına və ölkə qarşısında duran vəzifələrin də çoxalmasına baxmayaraq, biz çalışırıq ki, bütün vəzifələri icra edək. Bunu etmək üçün əlbəttə ki, maliyyə resursları lazımdır. Valyuta ehtiyatlarımızdan qənaətlə istifadə etməyimiz, eyni zamanda, düzgün investisiya proqramımızın uğuru, əlbəttə, imkan verib ki, biz valyuta ehtiyatlarımızı artıraq. İlin 9 ayında Azərbaycanın valyuta ehtiyatları artıb, hazırda bu rəqəm 42 milyard dollar səviyyəsindədir. İlin əvvəlindən valyuta ehtiyatlarımız 4,5 milyard dollar artıb. Bizim siyasətimiz uzunmüddətli siyasətdir. Biz ölkəmizin gələcəyi, uzunmüddətli, dayanıqlı inkişaf haqqında düşünürük. Ona görə bir daha qeyd etmək istəyirəm ki, valyuta ehtiyatlarımız, ümumiyyətlə, iqtisadi imkanlarımız müstəqilliyimizin əsas şərtlərindən biridir".
Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, ötən doqquz ayın iqtisadi inkişaf göstəriciləri onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatının inkişaf istiqamətləri düzgün müəyyən edilib. A.Hüseynov bildirib ki, dünyada neftin qiyməti aşağı düşəndə belə fikir səslənirdi ki, Azərbaycan iqtisadiyyatının böhran dövrü başlayacaq, valyuta ehtiyatları xərcələnəcək və bununla da iqtisadiyyat iflas olacaq: "Ancaq bunun tamamilə əksini gördük, çünki cənab Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə ölkənin strateji yol xəritəsi müəyyənləşdirildi, ölkədə vacib islahatlar aparıldı, maliyyə və bank sistemində sağlamlaşdırma prosesləri həyata keçirildi. Ən başlıcası, qeyri-neft sektorunun inkişaf etdirilməsi, ixracyönlü, rəqabətqabiliyyətli məhsulların istehsal olunması, sahibkarlığın, turizmin, kənd təsərrüfatının və qeyri-neft sektorunun digər sahələrinin inkişaf etdirilməsi istiqamətində ciddi addımlar atıldı. İqtisadiyyatın saxələndirilməsi ilə bağlı çox önəmli işlər görüldü. Artıq biz görürük ki, Azərbaycan iqtisadiyyatı özünün inkişaf mərhələsini yaşayır. Təsadüfi deyil ki, ölkənin strateji valyuta ehtiyatları bu ilin 9 ayı ərzində 4,5 milyard dollar artaraq 42 milyard dollara çatıb". Deputat əlavə edib ki, bütün bunlar göstərir ki, ölkə iqtisadiyyatının inkişaf istiqamətləri düzgün formalaşıb və bu bizim iqtisadi nüfuzumuzu və qüdrətimizi daha da artıracaq. Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasəti Azərbaycana hər gün yeni-yeni nailiyyətlər qazandırır: "Biz bunu daxili və xarici siyasət sahəsində, eləcə də sosial və mədəniyyət sektorlarında müşahidə edirik. Əlbəttə ki, daha çox diqqət cəlb edən sahə də məhz iqtisadiyyatdır". S.Vəliyeva bildirib ki, ötən ildən başlayaraq qlobal böhranın təsirlərini minimuma endirmək və ölkəmizi yenidən dinamik inkişaf mərhələsinə çatdırmaq üçün reallaşdırılan islahatlar artıq öz bəhrəsini verir: "Belə ki, bu ilin son 9 ayının yekunlarına görə, qeyri-neft iqtisadiyyatımız 2,5 faiz, eləcə də qeyri-neft sənayesi 3,1 faiz və kənd təsərrüfatı 2,8 faiz artıb. Bununla yanaşı, xarici ticarət dövriyyəsi 7 faiz artıb, xarici ticarətin müsbət saldosu isə 4,4 milyard dollara bərabər olub. Hətta dünya bazarlarında neftin qiymətinin hələ də aşağı səviyyədə olmasına baxmayaraq, Azərbaycanın valyuta ehtiyatları 4,5 milyard dollar artaraq 42 milyard dollara çatıb. Ötən müddət ərzində yeni istehsal müəssisələrinin yaradılması, aqroparkların və sənaye məhəllələrinin işə salınması nəticəsində yeni iş yerlərinin yaradılması prosesi də uğurla gedib. Elə bu səbəbdəndir ki, son 9 ay ərzində 226 min yeni iş yeri yaradılıb, onlardan 171 mini isə daimidir. Göründüyü kimi, son 9 ayın yekunları Azərbaycanın uğurla inkişaf etdiyini sübut edir". Deputat qeyd edib ki, ölkəmizin tərəqqisi davamlı, dinamik və hərtərəfli xarakter alıb: "Əldə olunan nailiyyətlər bir daha əminlik yaradır ki, Azərbaycan 2017-ci ili də uğurla başa vuracaq".

Alim
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31