Azərbaycan müxalifətinin diktatoru
Hər sözlərində, əməllərində ard-arda çəkinmədən, usanmadan və ən əsası utanmadan Azərbaycanın müstəqilliyinə, inkişafına, siyasi sabitliyinə qarşı zidd mövqedə qərarlaşan, siyasi qüvvələrin dəyirmanına su tökdüklərini təsdiqə çevirən erməni xislətli Milli Şura mənsubları bu dəfə də həyata keçirdikləri qondarma mitinq nəticəsində Azərbaycan dövlətçiliyinə, müstəqilliyinə, suverenliyinə və ən əsası xalqımızın qürur rəmzinə düşmən olduqlarını sübuta yetirdilər.
11 Oktyabr 2017 13:33 SiyasətHər sözlərində, əməllərində ard-arda çəkinmədən, usanmadan və ən əsası utanmadan Azərbaycanın müstəqilliyinə, inkişafına, siyasi sabitliyinə qarşı zidd mövqedə qərarlaşan, siyasi qüvvələrin dəyirmanına su tökdüklərini təsdiqə çevirən erməni xislətli Milli Şura mənsubları bu dəfə də həyata keçirdikləri qondarma mitinq nəticəsində Azərbaycan dövlətçiliyinə, müstəqilliyinə, suverenliyinə və ən əsası xalqımızın qürur rəmzinə düşmən olduqlarını sübuta yetirdilər. İctimai siyasi fəal Samir Zeynalov deyir ki, 23 sentyabr və 7 oktyabrda təşkil edilən mitinqlərin ictimai-sosial mahiyyəti, mitinqlərin məramı, orada səsləndirilın fikirlər, xüsusən terrorçu və terrorizmin təbliği, radikal-dini separatçılığa bəraət qazandırılması, siyasiləşdirilməsi, cəmiyyətdə ictimai xaosun yaranamasını münbitləşdirməyə yönəlik klassik və pafosulu, sözlü məkrin hasili onu deməyə əsas verir ki, bu siyasi tragikomediyalar heç bir sosial sifarişə söykənmir: "Əslində cəbhə diktatoru Əli Kərimlinin Azərbaycan dövlətinə qarşı vətəndaş cəmiyyətinin maraqlarının tapdalanması üzərində qurulan bu məntiqsiz yanaşması bumeranq səciyyəsi daşımaqla bərabər, Azərbaycan və onun əvəzolunmaz rəmzi olan Azərbaycan xalqına qarşı xəyanət və riyakarlığı ehtiva edir. Eyforia və avantürizim içərsində aşkara çıxan anti-milli fəaliyyətin təzahürləri Azərbaycan dövlətinin yürütdüyü siyasətdə nə qədər haqlı olduğunu göstərir. Anti-Milli Şura, dırnaqarası müxalif düşərgə belə hesab edir ki, məqsədə çatmaq üçün bütün milli və mənəvi dəyərlər tapdaq altında qala, ümumiyyətlə ciddi hesab edilməyə bilər.Dəfərlərlə təşkil etdikləri mitinqlərdə Avropa Birliyinin bayraqlarını qaldırmaqla xarici qüvvələrin maraqları çərçivəsində mövcud olduqlarını gizlətməyənlər bununla belə Azərbaycan Respublikasının müqəddəs rəmzi olan üçrəngli Azərbaycan bayrağını təhqir etməkdən belə çəkinmirlər. Qondarma aksiyanın nəticəvi durumu təsdiq edir ki, aksiya keçirilən meydanda anti-milli düşüncəli, erməni xislətli 5-ci kolon mənsubları isterika vəziyyətində iyrənc hərəkətlər etməyə həssas olublar". Samir Zeynalovun sözlərinə görə, Azərbaycan Prezidentinin, dövlətimizin sarsılmaz daxili və xarici siyasi strategiyası o qədər həzm edilməyən bir fakta çevrilib ki, siyasi rəqabət artıq çoxdan təhqir və təhdidə, hətta Azərbaycan xalqının müqəddəs hesab etdiyi dəyərlərinin aşağılanmasını reallaşdırıb: "Məqsədi ancaq yarınmağa çalışdığı xarici siyasi dairlər kimi Azərbaycan dövlətinə, prezidentinin siyasi və milli reputasiyasına qara yaxmaq, absurd mühakimələr yürütmək olan 17 illik cəbhə diktatoru, anti-milli Kərimov Əli görəsən Azərbaycan dövlət bayrağının təhqir olunmasının səbəblərinə niyə toxunmaq istəmir, niyə bu barədə bir açıqlama verib ən azından illərdir etimadını qazanmağa çalışdığı Azərbaycan xalqından üzr istəmir. Təbii ki, onun adının Əli, soyadının Kərimli olmasına, Azərbaycan dilində danışmasına, Azərbaycanda doğulmasına baxmayaraq onun xəyanətkar olmasını pərdələyən heç bir fakt yoxdur. Anti-Milli Şura həyata keçirdiyi və gülünc doğuran sonuncu qondarma mitinqlə daha iyrənc məqamlara yadda qaldığı artıq hər kəsə aşkardır. Reallaşan fikiri əməllər artıq dırnaqarası müxalifət koalissiyasının Azərbaycan xalqının deyil, bu koalissiyada cəmləşən xain ünsürlərin maddi maraqları daxilində küt ideyalara sahibi olduğunu göstərir. Dövlət bayrağı haqqında qanunun pozulmasına görə məsuliyyət daşıyan Milli Şura bu barədə Azərbaycanın hüquq-mühafizə orqanlarına, ən başlıcası Azərbaycan xalqına cavab verməlidir".
Samir Zeynalov onu da qeyd edib ki, Milli Şurada təmsil olunanlar siyasi fiaskoya uğramış şəxslərdir: "Siyasi fiaskolar məktəbinin məzunları haqqında bir mülahizə eşitsəniz əsla təəccüblənməyin. Belə məzunları görmək istəsəniz Azərbaycan qondarma Milli Şurasının idarə heyyətində cəmləşən anti-milli ünsürlərə baxın. Niyə onlara anti-milli ünsür deyirik və deməliyik. Çünki inkişaf etmiş cəmiyyətlərin ictimai-siyasi düşüncəsi ilk növbədə milli maraqlar daxilində təşəkkül tapır. Lakin müşahidələrimiz asanlıqla bizə deməyə əsas verir ki, qondarma nüfuz sahibi olan beynəlxalq təşkilatlar daxilində Azərbaycan dövlətinə qarşı düşmənçilik münasibəti bəsləyən qüvvələrin qara piarlarınına milli xainlərimiz də dəstək verir, legitim hakimiyyətin mənbəyi olan çoxsaylı xalq kütlələrinin maraqlarını tapdalayaraq hakimiyyətə gəlmək naminə təsəlli tapmaq istəyirlər. Artıq uzun müddətdir ki, yaradılan sabit və inkişaf etmiş demokratik şəraitin imkanlarına baxmayaraq başda AXCP başbiləni Əli Kərimli, siyasi flüger Gültəkin Hacıbəyli, deputat mandatlığı həvəsli olan Cəmil Həsənli ancaq erməni lobbiçiliyinin maraqlarına uyğun şəkildə işlər aparırlar. Hakimiyyət əlehinə çağırışlar, qondarma ittihamlar, müxtəlif cinayətlər səbəbindən həbs olunan şəxslərin mənəvi-psixoloji imicinin siyasiləşdirilməsindən həzz alan qondarma müxalifətin Azərbaycan xalqına rəhbərlik etməsi arzusu küt ideyalar toplusdur. 23 sentybar mitiqindən sonra keçirilməsi nəzrədə tutulan 7 oktyabr mitinqi də siyasi fiaskoların davamıdır. Heç şübhəsiz bu qondarma aksiyalar mahiyyətcə heç bir sosial sifarişə söykənmir. Bu aksiyaların təşkil edilməsi, sərbəst toplaşma azadlığının təmin edilməsi onu göstərir ki, Azərbaycan dövləti heç bir tənqidi söz və fikir azadlığını məhdudlaşdırmır".
Məhəmməd