Kaliforniyada meşə yanğınları səbəbindən ölənlərin sayı 17-yə çatıb

Kaliforniya ştatının (ABŞ) bəzi şəhərlərində əhali meşə yanğınlarına görə evlərini tərk etməkdədir. Kaliforniyanın müxtəlif dairələrində kütləvi meşə yanğınları azı 17 nəfərin ölümünə səbəb olub. Yanğın təxminən 2 minədək evi və digər tikililəri məhv edib. Hazırda 17 yanğın ocağı söndürülüb. Güclü küləklər yanğının şiddətlənməsinə səbəb olub. Yanğın 115 min akr torpağı əhatə edib, ştatın 20 min sakininin təcili təxliyə edilməsinə səbəb olub.

Seynt Cozef xəstəxanasında müxtəlif dərəcəli yanğın xəsarəti və tüstü ilə zəhərlənmə səbəbindən 170-dək adam tibbi yardım alıb. Sonoma dairəsinin polisi itkin düşənlər barədə 183 müraciətin daxil olduğunu bildirib. Anahaymda yanğın 6 min akr meşəni, 24 ev və kommersiya binasını məhv edib. Burada 1000 yanğınsöndürən səfərbərliyə alınıb. Şəhər və onun ətrafında azı 3 min sakin təxliyə edilib, 5 mindən çox bina yanğın təhlükəsi altındadır. Kaliforniyanın qubernatoru Cerri Braun Napa, Sonoma və Yuba dairələrində fövqəladə vəziyyət elan edib. Yanğınların səbəbi indiyədək məlum deyil. AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31