Nurlana Əliyeva: "Azərbaycan təhsili dünya təhsilinə çox yaxınlaşıb"  AÇIQLAMA

“Azərbaycan Prezidentinin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin müşavirəsində bütün sahələrlə yanaşı təhsil sahəsinə geniş yer ayrılmışdı. Belə ki, təhsil naziri Mikayıl Cabbarov 4 il bundan öncə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə hazırlanan və sərəncamı ilə qəbul olunan “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində görülən işlərin hesabatını verərkən ölkəmizdə bu sahəyə nə qədər diqqət və qayğı göstərildiyi bir daha özünü göstərmiş oldu”. Bunu  Bakı Slavyan Universitetinin rektoru, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri Nurlana Əliyeva deyib.

"Azərbaycan Prezidentinin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin müşavirəsində bütün sahələrlə yanaşı təhsil sahəsinə geniş yer ayrılmışdı. Belə ki, təhsil naziri Mikayıl Cabbarov 4 il bundan öncə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə hazırlanan və sərəncamı ilə qəbul olunan "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası" çərçivəsində görülən işlərin hesabatını verərkən ölkəmizdə bu sahəyə nə qədər diqqət və qayğı göstərildiyi bir daha özünü göstərmiş oldu". Bunu  Bakı Slavyan Universitetinin rektoru, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri Nurlana Əliyeva deyib.

Onun sözlərinə görə, hesabatdan da göründüyü kimi son dövrlərdə Azərbaycan təhsili dünya təhsilinə çox yaxınlaşıb: "Hər bir islahatın təhsilimizə təlqin olunması, orada vətəndaşlıq hüququnun qazanılması bir qədər çətin olur. Lakin təhsil işçiləri bu çətinliyin nəyin hesabına qəbul edildiyini çox yaxşı bilir. Çünki bu çətinlik sonradan təhsilimizin ənənəsinə, inkişafına, qloballaşmasına çevrilir".

Statusundan asılı olmayaraq ölkəmizdə istər ümumtəhsil, istərsə də ali məktəblərdə tətbiq olunan islahatları dəstəklədiyini deyən universitet rektoru söyləyib ki, Azərbaycanda təhsil sahəsində həyata keçirilən hər bir addım dövrün, əsrin, dünyanın mahiyyətindən irəli gəlir: "Dünya təhsili inkişaf edirsə biz bu inkişafdan geri qala bilmərik. Əks halda bizim təhsilimiz, gənclərimizin gələcək inkişafı bəsitləşə bilər. Biz bir təhsil işçisi kimi bu islahatları qəbul edib tətbiq etməli, dünya təhsilinə inteqrasiyanı çox vacib hesab edərək onu təhsilimizə gətirməliyik. Bütün bu məsələlər Nazirlər Kabinetinin iclasında da müzakirə olundu".

N.Əliyeva əlavə edib ki, müşavirədə təqdim olunan hesabatda qeyd olunduğu kimi cari ilin 9 ayı müddətində təhsil sahəsində böyük inkişaf əldə olunub: "Təhsilə göstərilən dövlət qayğısı, yaradılmış əlverişli şərait nəticəsində son illərdə ümumitəhsil müəssisələrində buraxılış imtahanlarının keyfiyyət göstəricilərində müsbət dinamika qeydə alınıb. Bundan başqa 9 ay müddətində həm şagirdlərin yüksək şəraitdə təhsil alması, həm də müəllimlərin işlə təmini, sosial problemlərinin həlli istiqamətində mühüm addımlar atılıb. Ümumilikdə rəqəmlərə baxdıqda, cari ildə ölkə təhsilində aparılan geniş islahatların bu sahəyə yaxşı mənada çoxlu yeniliklər gətirdiyini görmək mümkündür". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31