Rusiyalı fotorəssamın “Məni çağırırsan, Azərbaycan” adlı fotosərgisi

Oktyabrın 13-də Bakıda “Nur art house” qalereyasında tanınmış rus fotorəssamı və jurnalisti Svetlana Komkovoyun “Məni çağırırsan, Azərbaycan” adlı eksperimental fotosərgisi açılacaq. Sərgi müəllifin Azərbaycan təbiəti ilə beşgünlük tanışlığının fotoreportajıdır.

Oktyabrın 13-də Bakıda "Nur art house" qalereyasında tanınmış rus fotorəssamı və jurnalisti Svetlana Komkovoyun "Məni çağırırsan, Azərbaycan" adlı eksperimental fotosərgisi açılacaq.

Sərgi müəllifin Azərbaycan təbiəti ilə beşgünlük tanışlığının fotoreportajıdır.

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Fotoqrafları Birliyinin təşkilatçılığı ilə gerçəkləşəcək sərgidə nümayiş edilən əsərlər ölkəmizin unikal mədəniyyəti, böyük şərq xalqlarının irsi ilə sıx şəkildə əlaqəsindən bəhs edir. Sərgidə həvəskar və peşəkar fotoqraflarla yanaşı, hər kəs iştirak edə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31