Gündəm

Gürcüstana külli miqdarda siqaret keçirmək istəyən Ermənistan vətəndaşları saxlanılıb

11 Oktyabr 2017 18:07

Ermənistandan Gürcüstana qaçaqmalçılıq yolu ilə külli miqdarda siqaret keçirmək istəyən şəxslər saxlanılıb. Məlumata görə, Sadaxlı gömrük-keçid məntəqəsində iki nəfər Ermənistan vətəndaşından ümumilikdə 8200 ədəd siqaret aşkar olunaraq müsadirə edilib. Saxlanılan şəxslərin hər biri min lari məbləğində cərimə olunub.

“Özünə 10 dəqiqə ayırmağa vaxtın yoxdursa, deməli...”

11 Oktyabr 2017 18:05

Amerikalı yazıçı, özünü inkişaf etdirmək mövzusuyla məşğul olan orator-motivator (ilhamverici natiq), eləcə də layf-kouçinqu üzrə bestsellerlərin müəllifi hesab edir ki, hər kəs səhər 10 dəqiqə meditasiya ilə məşğul olmalıdır.

PwC: Rusiyaya qarşı sanksiyalar yürüdüldükdən sonra Qərb şirkətləri Azərbaycanı seçdi

11 Oktyabr 2017 18:04

"Neftin kəskin ucuzlaşmamışdan öncə Azərbaycan postsovet məkanında ən yaxşı makroiqtisadi göstəricilərə malik idi. Belə ki, ölkənin xarici borcunun ÜDM-ə nisbəti olduqca aşağı, milli valyutası sabit, strateji valyuta ehtiyatlarının həcmi isə yüksək idi. Lakin neftin ucuzlaşmasından sonra vəziyyət dəyişdi, nəticədə ölkənin gəlirləri və ehtiyatları azaldı. Beləliklə, hökumət Azərbaycana yeni gəlir və ya investisiya cəlb etmək üçün yollar axtarmağa başladı".

Dəməşq yenə "partladı" - Ölən və yaralananlar var

11 Oktyabr 2017 18:01

Suriyanın paytaxtı Dəməşqdə iki intiharçı terrorçu partlayış törədib. Polis məntəqəsinin yaxınlığında ard-arda iki partlayış baş verib.

Kürdəmirdə iki "zek"in quldurluğunun təfərrüatları

11 Oktyabr 2017 17:59

DİN-dən verilən məlumata görə, avqustun 23-də  Kürdəmir rayonunda  mənzillərdən birindən quldurluq edilməsi barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin gecə saat 3 radələrində 2 maskalı şəxsin Yenikənd kəndindəki mənzillərdən birinə girərək ev sahibəsini döydüyü və oradan 5500 manat, 9200 ABŞ dolları və 20000 manat dəyərində qızıl əşyalar aparması məlum olub. 

Rəşad Sadıqov "Range Rover"lə qəzaya düşdü

11 Oktyabr 2017 17:57

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov avtomobili ilə qəza törədib. Hadisə bu gün baş verib. Belə ki, Ağdam klubunun U-19 komandasına da rəhbərlik edən Sadıqov, "Neftçi" ilə oyundan qayıdarkən qəza törədib.

Erməni əsgərin əlində qumbara partladı

11 Oktyabr 2017 17:50

Ermənistan ordusunun əsgəri qumbara partlaması nəticəsində yaralanıb. Azərbaycanın işğal olunmuş ərazisində dislokasiya olunan hərbi hissələrdən birində xidmət edən Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu Hovanes Qasparyanın əlində qumbaranın atəş yığımının partlaması nəticəsində xəsarət alıb.

Bakcell sınaq nəticələrinə görə Azərbaycanda ən yaxşı mobil şəbəkə kimi tanınıb

11 Oktyabr 2017 17:46

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi olan Bakcell şirkəti şəbəkənin ümumi iş keyfiyyəti üzrə ən yaxşı nəticələr nümayiş etdirməkdə davam edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda “Best in Test” (sınaq nəticələrinə görə, ən yaxşı) adına layiq görülüb. “P3 Communications” şirkətinin tətbiq etdiyi test metodologiyası xidmətlərin geniş spektri üzrə müştəri təcrübəsinin ölçülməsinə əsaslanır.

Bir il əvvəl də onu öldürmək istəyirdim — 5 yaşlı qızını zəhərləyən ana

11 Oktyabr 2017 17:35

Qusarda 5 yaşlı qızını zəhərləyib öldürməkdə təqsirləndirilən Gülnarə Saypullayevanın ibtidai istintaqa verdiyi ifadə məlum olub. Saypullayeva Gülnarə Qurbanovna elan olunmuş ittihamla özünü tam təqsirli bilərək, ifadəsində göstərib ki, o, Qusar rayonunun Hil kəndində Rafiq adlı şəxsə məxsus fermada rəsmi nikahda olmadığı Bəxtiyar Ömərovla birlikdə yaşayıb. Evlilik münasibətlərindən 2012-ci ildə Luiza adlı qızı dünyaya gəlib. O deyib ki, B. Ömərovla və qızı Luiza ilə normal münasibətləri olub.

İŞİD-in Türkiyədə terror törətməməsinin səbəbini ABŞ səfiri AÇIQLADI

11 Oktyabr 2017 17:26

ABŞ-ın Türkiyədəki səfiri Con Bass Türkiyə vətəndaşlarına viza verilməsinin dayandırılması barədə qərarın ABŞ hökuməti səviyyəsində qəbul olunduğunu bəyan edib.

Akif Əlizadə: Xaricdəki alimlərimizin elmi məqalələrində Azərbaycanın və AMEA-nın adı çəkilmir

11 Oktyabr 2017 17:23

Təəssüf ki, xaricdəki alimlərimizin elmi məqalələrində Azərbaycanın və AMEA-nın adı çəkilmir. Məlumata görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə Rəyasət Heyətinin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

Maqnit qasırğası artıq başladı - Daha çox harada hiss olunacaq?

11 Oktyabr 2017 17:22

Dünən proqnozlaşdırılan geomaqnit qasırğası artıq başlayıb və G1 səviyyəsindədir. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib. E.Babayevin sözlərinə görə, geomaqnit indeksi Kp-nin qiyməti artıq 5-ə çatıb: "Qasırğa gün ərzində davam edəcək.

Həkimlər Las-Veqas terrorçusunun beynini açdılar

11 Oktyabr 2017 17:19

Amerika həkimləri Las-Veqasda musiqi festivalında qətliam təşkil etmiş Stiven Peddokun beynini açıblar. Bu haqda “The New York Post” nəşri yazıb. Xəbərə görə, silahlının qardaşının sözləri həkimlərdə maraq oyadıb. O qardaşının başında şiş olduğunu deyib. Lakin həkimlər heç nə aşkar etməyiblər.

Avropada növbəti müstəqillik qalmaqalı

11 Oktyabr 2017 17:17

Kataloniyada keçirilən müstəqillik referendumu Avropada müxtəlif regionları hərəkətə keçirib.  Belçikanın Flandriya vilayəti də bununla bağlı addım atmaq istəyir. Flandriya Belçikadan ayrılmaq imkanını müzakirə edir. Belçika məclisinin hər iki palatasında təmsil olunan "Flamand marağı" partiyasının lideri Tomas Van Qriken bəyan edib ki, İspaniya vilayətindəki hadisələr Avropada sonuncu hadisə olmayacaq. Niderland dilinin hakim olduğu Flandriya da bu yol ilə hərəkət etməyə hazırdır.

Söz və məlumat azadlığının təmiantı üçün ölkədə mükəmməl qanunvericlik bazası var

11 Oktyabr 2017 17:13

Azərbaycan ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdikdən sonra ictimai həyatın bir çox sahələrində olduğu kimi, mətbuatın inkişafında da ciddi dönüş yaranmağa başladı, siyasi plüralizmin, söz, məlumat azadlığının təmini istiqamətində mühüm tədbirlər həyata keçirildi. Nəticədə müstəqil respublikamız bu gün söz, fikir və mətbuat azadlığının maksimum səviyyədə təminatı baxımından MDB məkanında qabaqcıl yerlərdən birini tutur.