Gündəm
Türkiyənin olimpiya mükafatçısına silahlı hücum
2016-cı ildə Rioda keçirilən Olimpiya oyunlarında bürünc medal qazanan idmançıya silahla hücum edilib. Güləşçi Cenk İldem yolda baş verən mübahisə zəmnində hücuma məruz qalıb. Cenk İldem 98 kilo çəki dərəcəsi üzrə bürünc medala sahib olmuşdu.
Avropa Şurasından növbəti antiAzərbaycan addım
Avropa Şurasında erməni lobbisinin maddi dəstəyi ilə formalaşmış antiAzərbaycan qüvvələr, bir sıra ölkələrin qurumda təmsil olunan deputatları ölkəmizə qarşı nə qədər qərəzli və qeyri-obyektiv olduqlarını ötən gün bir daha ortaya qoydular. Belə ki, məlum olduğu kimi Avropa Şurası Parlament Assambleyasında (AŞPA) belçikalı parlamentar Alen Desteksenin hazırladığı “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” hesabat üzrə 14397 saylı Qətnamə qəbul olunub.
Yaşıl çayın təhlükəli yönləri...
Yaşıl çayın yalnız faydalı yönləri haqqında məlumat eşitməyi adət etmişik. Onun istifadəsi uzunömürlülüyün, cavanlığın və sağlamlığın təminatı kimi qələmə verilir. Lakin çox qəbul edildikdə bu bitkinin sağlamlığa neqativ təsiri haqqında məlumatlar aşkar edilmişdir.
Ayaq dırnağında olan göbələyə əlvida!
Ayaq dırnağında göbələk əmələ gələndə dırnağın kənarında sarı ləkəvə ya zolaq əmələ gəlir, dırnaq qalınlaşır, boz-sarı rəngə boyanır və ovxalanaraq qırılır. Müalicə prosedurlarından öncə ayaqlarınızı sabunlu suya qoyaraq yumşaldın və daha sonra yaxşıca qurulayın, xüsusilə barmaqlarınızın arasını
"Məni zorlamaq istədi" - Colidən illər sonra etiraf
Dünya şöhrətli prodüser Harvi Vaynşteyn əleyhinə zorlama iddiaları getdikcə artır. Belə iddia ilə çıxış edənlərdən biri də Hollivud ulduzu Ancelina Coli olub. O, Vaynşteynin ona təcavüz etmək istədiyini deyib: “23 yaşım var idi. Mənim də Harvi ilə bağlı pis xatirələrim var. 1998-ci ildə otel otağında məni zorlamaq istədi.
Mustafa Ceceli 5 minə filippinli dayə tutdu
Müğənni Mustafa Cecelinin filippinli dayə tutması həyat yoldaşı Selin İmerin hamilə olması xəbərini yenidən gündəmə gətirib. İmerin 4 həftəlik hamilə olduğu deyilir. İkinci dəfə ata olacağını öyrənən Mustafa körpəsi üçün indidən hazırlıqlara başlayıb. O, filippinli dayəyə 5 min lirə (təxminən 2500 manat) maaş verəcək.
Deputat: AŞ PA-da qəbul edilən sənədlər Azərbaycan haqqında mənfi imic yaratmaq məqsədi güdür
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) bu gün keçirilən iclaslarında Azərbaycanla bağlı həqiqətə uyğun olmayan məsələlərin qeyd olunduğu sənədlərin qəbul edilməsi Azərbaycan haqqında mənfi imic yaratmaq məqsədi güdür. Bunu Milli Məclisin deputatı Asim Mollazadə deyib.
Qəhvə içən qadınlar depressiyaya az meyilli olur
Qəhvə köpüyü + darçın = bir fincan cənnət həzzi. Mütəxəssislər də deyir ki, ləzzətli qəhvənin canına xeyri də var. Bu da bildiyini etmək üçün yaxşı bəhanədir.
Diqqət: Payız mövsümü yuxunuzu poza bilər!
Havanın dəyişməsi, temperaturun aşağı düşməsi insanların yuxusuna mənfi təsir göstərə bilər. Yaxşı yuxu üçün diqqət yetirməyiniz lazım olan bəzi məqamlar var. Uzun və isti yay günlərini yavaş-yavaş yağışlı və qısa payız günləri əvəz etməyə başlayıb. Bu mövsümün gəlməsiylə orqanizmdə bəzi dəyişikliklər də meydana gəlir. Ən böyük dəyişikliklərdən biri də yuxu probleminin ortaya çıxmasıdır.
Alimlərdən MƏSLƏHƏT: Pendir yeyin ki, yaxşı yatasınız
Alimlərin apardığı araşdırmalarda 200 nəfər könüllü şəxs iştirak edib. Eksperimentin iştirakçıları həftə ərzində yatmazdan yarım saat öncə 20 qram pendir yeməli idilər. Nəticədə iştirakçıların 72% daha yaxşı yatdıqlarını, üçdə ikisi əvvəlindən fərqli olaraq yuxuda nə gördüklərini yadda saxladıqlarını qeyd ediblər. Tədqiqat iştirakçılarının hamısı qorxulu yuxu görmədiyini söyləyiblər.
Prezident İlham Əliyev İspaniya Kralını təbrik edib
Prezident İlham Əliyev İspaniyanın Kralı VI Felipeyə təbrik məktubu göndərib.
Musiqili Teatrda həftəsonu
Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 3 gün ərzində 5 tamaşa nümayiş olunacaq. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, 13, 14, 15 oktyabr tarixlərində saat 12.00 və 19.00-da “Qafqazlı qardaşqızı” (R. Hacıyev), “Bremen musiqiçiləri və Pen” (C. Barri, Qrimm qardaşları), “Baladadaşın toy hamamı” (Elçin), “Qırmızıpapaq” (E. Sabitoğlu, Y. Şvarts) və “Bankir adaxlı” (E. Sabitoğlu, T. Vəliyeva) tamaşaları təqdim ediləcək. Tamaşaçılar nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorları – Azərbaycan Respublikasının Xalq artistləri Afaq Bəşirqızı, Fatma Mahmudova, Əməkdar artistlər Boris Qrafkin, Səmayə Musayeva, Novruz Qartal, Svetlana Bulax, Nahidə Orucova, Çingiz Əhmədov, Nərgiz Kərimova, Səidə Şərifəliyeva, aktyorlar Firuz Məmmədov, Rəsmiyyə Nurməmmədova, Məhərrəm Qurbanov, Möylə Mirzəliyev, Gülcahan Salamova, Gülnarə Abdullayeva, Əliməmməd Novruzov, Gültac Əlili, Emil Heydərov, Elnarə Nağdəliyeva, Hüseyn Əlili, Gülçöhrə Abdullayeva, Rauf Babayev, Mehriban Zalıyeva, Nicat Əli, Aydan Həsənova, Elçin İmanov, Gülnarə Əzizova, Telnaz Hüseynova, Ruslan Mürsəlov, Əmrah Dadaşov, Eleanora Mehdiyeva, Şaban Cəfərov, Zarina Qurbanova, Elməddin Dadaşov, Fərid Rzayev, Zaur Əliyev, Pərvin Dadaşova və başqalarının ifalarını izləyə biləcəklər.
Türkiyənin BİLGESAM Mərkəzi Əli Həsənovun Xocalı soyqırımından bəhs edən monoqrafiyasını saytında yerləşdirib
İstanbulda fəaliyyət göstərən BİLGESAM Araşdırmalar Mərkəzi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” adlı elmi monoqrafiyasının türk və ingilis dillərindəki elektron versiyalarını öz saytında yerləşdirib.
Ruhani: “Nüvə sazişinin pozulması Amerikanın özünə ziyan vuracaq”
İran prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında çıxış edib. Prezident İranla “altılıq” ölkələri arasında imzalanmış Hərtərəfli Birgə Fəaliyyət Planının taleyi və İran İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) ABŞ tərəfindən terror təşkilatı elan edilməsi ehtimalı barədə danışıb.
ABŞ-ın kənarda qaldığı mübarizədə Fələstin rekord vurdu
Futbol üzrə Dünya Kubokunun Şimali Amerika seçimləri başa çatıb. Səfərdə “Trinidad Tobaqo” komandasına 2-1 hesabı ilə məğlub olan ABŞ yığması Dünya Kubokuna qatılma şansını əldə edə bilməyib.














