Avropa Şurasından növbəti antiAzərbaycan addım

Avropa Şurasında erməni lobbisinin maddi dəstəyi ilə formalaşmış antiAzərbaycan qüvvələr, bir sıra ölkələrin qurumda təmsil olunan deputatları ölkəmizə qarşı nə qədər qərəzli və qeyri-obyektiv olduqlarını ötən gün bir daha ortaya qoydular. Belə ki, məlum olduğu kimi  Avropa Şurası Parlament Assambleyasında (AŞPA) belçikalı parlamentar Alen Desteksenin hazırladığı “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” hesabat üzrə 14397 saylı Qətnamə qəbul olunub.

Qurum tamamilə erməni maraqlarına xidmət edir

Avropa Şurasında erməni lobbisinin maddi dəstəyi ilə formalaşmış antiAzərbaycan qüvvələr, bir sıra ölkələrin qurumda təmsil olunan deputatları ölkəmizə qarşı nə qədər qərəzli və qeyri-obyektiv olduqlarını ötən gün bir daha ortaya qoydular. Belə ki, məlum olduğu kimi  Avropa Şurası Parlament Assambleyasında (AŞPA) belçikalı parlamentar Alen Desteksenin hazırladığı "Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair" hesabat üzrə 14397 saylı Qətnamə qəbul olunub. Qətnamənin qəbulunun lehinə 114, əleyhinə 24 nəfər səs verib. Həmçinin  Avropa Şurası Parlament Assambleyasında (AŞPA) "Azərbaycanda demokratik təsisatların vəziyyəti" adlı hesabat üzrə  14403 saylı Qətnamə də qəbul edilib. Başdan-ayağa qərəz və kin üzərində qurulan həmin hesabatlarda Azərbaycanda insan hüquq və azadlıqlarının guya kobud şəkildə pozulduğu, sərbəst toplaşmaq azadlığının məhdudlaşdırıldığı, bir sıra şəslərin siyasi baxışlarına görə həbs edildiyi kimi iddialar səsləndirilir. Nə qədər təəccüblü və qəribə də olsa, qəbul edilən qətnamələr bir növ Azərbaycanı sınağa çəkmək anlamı daşıyır. Baxmayaraq ki, Azərbaycan hər zaman Avropa Şurası Parlament Assambleyası ilə yaxından əməkdaşlığa üstünlük verib, normal qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olub. İstər Avropa Şurasına üzv qəbul edildiyi zaman. Istərsə də ondan sonrakı dörlərdən və günümzdə belə rəsmi Bakı Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə sadiqlik nümayiş etdirərək onların icrası istiqamətində konklret addımlar atıb. Bəlkə də, Azərbaycan Avropa Şurasının nadir üzvlərindən biridir ki, ölkəmiz qurumun üzvü olan digər ölkələrdən fərqli olaraq təşkilat qarşısında götürdüyü öhdəliklərə maksimum səviyyədə əməl edir. Ümumiyyətlə, götürdükdə isə Azərbaycan tək Avropa Şurası ilə deyil, bütövlükdə üzvü olduğu bütün beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməyi vacib hesab edərək bu istiqamətdə atılmalı olan bütün addımları həyata keçirir. Hər kəsə bəllidir ki,  Azərbaycanın beynəlxalq təşkilatlarda mövqeyinin möhkəmləndirilməsi, rolunun artırılması, həmin təşkilatların tribunasından səmərəli istifadə edilməsi ölkəmizin xarici siyasətində ən mühüm istiqamətlərdən biridir.  Lakin bəzi hallarda elə həmin təşkilat və qurjmlar tərəfindən bizə qarşı qərəzli yanaşma olanda, belə bir mənfi tendensiyanı müşahidə etdikdə, Bakı da məcburiyyət qarşısında adekvat addıımlar atmalı olur. Çünki Azərbaycan rəhbərliyi heç zaman kiməsə xoş getməsi üçün milli maraqları zərbə altında qoymağı qəbul etməyib. Elə hazırkı situasiyada Avropa Şurasının timsalında qoca qitədən ölkəmizə qarşı olan təzyiqlərin də əsas məqsədi, hədəfi budur ki, Azərbaycan dövləti, onun rəhbərliyi müstəqil siyasət kursu həyata keçirməkdən yayındırılsın.   Sözügedən məkrili plana nail olmaq üçünsə mütəmadi olaraq Azərbaycana qarşı təzyiqlər həyata keçirilir. Ümumiyyətlə, yaxın tarixı nəzər salsaq görərik ki, Avropa Şurasının üzvü olduğumuz 16 il ərzində müxtəlif vaxtlarda qurumu təmsil edən bəzi parlamentarilərin, o cümlədən, rəhbər strukturlarında təmsil olunan siyasətçilərin dilindən ölkəmizlə bağlı obyektivlikdən uzaq, ölkəmizdəki mövcud inkişaf tendensiyalarını əks etdirməyən, qərəzli yanaşmaları olub.

By gün Azərbaycanı insan hüquq və azadlıqlarını pozmaqda əsassız olaraq ittiham edən Avropa Şurası nədənsə Ermənistanda  keçirilən bütün seçkilərin saxtalaşdırıldığı, siyasətçilərin, deputatların parlamentdə qətlə yetirildiyi,bu ölkədə  terrorizmin rəsmi siyasət səviyyəsində qəbul edildiyi görmək istəmir. Yaxud, Ermənistanın  digər dövlətin ərazisini işğal etməsinə sanki haqq qazandırırmış kimi bu ölkənin AŞPA-dakı fəaliyyətinə məhdudiyyətlər qoymur. Əksinə Yaqladın timsalında Avropa Şurası Azərbaycanın qurumdan çıxarılmasını istəyir.  Bu artıq qərəzli yanaşma da deyil. Sırf erməni lobbisinin pulunu cibinə qoyaraq qarşılığında bütün hirsini, kin, küdurətini, Azərbaycana tökməkdir. Bu erməni lobbisinin bir sürü köpəyi Azərbaycanın üzərinə salması deməkdir. Hansı həmin köpəklər hazırda erməni yalının dadına baxırlar.

Ancaq narahat olmağa dəyməz. Elə Prezident İlham Əliyevin də Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə dediyi kimi Avropa .Şurasından çıxmaq belə Azərbaycan üçün fəlakət sayılmamalıdır. Çünki bu gün Azərbaycandam daha çox elə Avropanın Azərbaycana ciddi ehtiyacı var. Ona görə də qoca qitədən Bakıya sarı olan bu ulaşma müvəqqəti xarakter daşıyır və tezliklə nə qədər böyük xətaya yol verdiklərinin fərqinə varacaqlar.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31