Gündəm
Tanınmış aktrisa mənzilində ölü tapılıb
Gürcüstanın məşhur aktrisası Lika Kavjaradze Tbilisidə yaşadığı mənzilində ölü tapılıb. 58 yaşlı aktrisanın ölümünün səbəbi barədə rəsmi məlumat verilmir. Gürcüstan Daxili işlər nazirliyindən faktla bağlı araşdırma aparıldığını bildiriblər. Gürcüstanın Birinci kanalı Kavjaradzenin yaxınlarına istinadən onun ürəktutmasından vəfat etdiyi barədə məlumat verib.
Şövqi Hüseynov “Aktyor sirri” adlı mədəni dialoq forumunda iştirak edib
Gənc Tamaşaçılar Teatrının kollektivi Ukrayna Respublikasının Kiyev şəhərində keçirilən “Mariya” adlı Beynəlxalq mono tamaşalar festivalında iştirak edib. Olaylar bildirir ki, festivalda ölkəmizi ADGTT-nın aktyoru, Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar artisti Şövqi Hüseynov P.Züskindin “Kontrabas” tamaşası ilə təmsil edərək festivalın diplomu ilə təltif edilib. Şövqi Hüseynov festival çərçivəsində təşkil edilən “Aktyor sirri” adlı mədəni dialoq forumunda da iştirak edib. O, seminarda “Azərbaycan teatrı və Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının fəaliyyəti ” mövzusunda məruzə ilə çıxış edib. Festivalda ölkəmizlə bərabər Polşadan, İspaniyadan, Ukraynadan, Slovakiyadan, Böyük Britaniyadan və Türkiyədən olan peşəkar teatrlar da iştirak edib.
“Ermənilər Cənubi Qafqazda” kitabının təqdimatı keçirilib
Azərbaycan Dillər Universitetində universitetin Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyası və Regionşünaslıq kafedrasının təşəbbüsü ilə Auditoriya + proqramı çərçivəsində Regionşünaslıq kafedrasının dosenti Aqil Şahmuradovun “Ermənilər Cənubi Qafqazda” adlı kitabının təqdimat mərasimi keçirilib. Olaylar bildirir ki, Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva bildirib ki, ADU-nun rektoru, akademik Kamal Abdullanın təklifi ilə tələbələrin dünyagörüşünün artırılması məqsədi ilə tövsiyə olunan əlavə oxu ədəbiyyatı siyahısında bu kitab da mütləq ədəbiyyat kimi qeyd olunub. Onun sözlərinə görə, “Ermənilərin mənşəyi haqqında”, “Cənubi Qafqaza erməni köçləri” və “Erməni qriqoryan kilsəsinin mənimsəmə siyasəti” adlanan 3 bölmədən ibarət olan kitab ermənilərin tarix boyu müxtəlif ərazilərə köç edib məskunlaşması və yaranmış situasiyalardan istifadə edib sonralar özlərini həmin ərazilərin yerli əhalisi elan etməsi, başqa xalqların mədəniyyət nümunələrini mənimsəməsi prosesinin hələ də davam etdiyi dövrdə zamanın tam nəbzinə uyğun bir vaxtda yazılıb oxucuların sərəncamına verilib.
Yeni nazirin adı açıqlandı
ABŞ prezidenti Donlad Tramp daxili təhlükəsizlik naziri postuna təyin edəcəyi şəxsin adını açıqlayıb. Həmin şəxsin adı Kirsten Nilsendir. Nilsen Trampın seçki kampaniyasında faəl iştirak edib və onun təhlükəsizlik sahəsində böyük təcrübəsi var.
ABŞ onların başına 12 milyon dollar mükafat qoydu
ABŞ İranın dəstəklədiyi Hizbullah terror təşkilatına xidmət edən iki komandirin tutulmasına yardım edən və ya onlar haqqında bilgi verən insanlara mükafat verəcəyini açıqlayıb.
Sibel Canın serialı reytinq qurbanı oldu
“Berivan”dan 20 il sonra yenidən birlikdə kamera qarşısına keçən aktyor Emre Kınayla müğənni Sibel Canın “Sevdanın bahçesi” serialı reytinq qurbanı olub. Ekran işi haqda 4 bölümü yayımlandıqdan sonra final qərarı verilib.
Poroşenkodan Krımla bağlı YENİ TƏKLİF: “Krımın statusu...”
Kiyev Krımın statusu üzrə yeni referendum keçirməyə hazırdır. Bu haqda Ukrayna prezidenti Pyotr Poroşenko oktyabrın 11-i Strasburqda, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında çıxışı zamanı deyib. “Mən Ukrayna Konstitusiyasına uyğun olaraq istənilən varianta hazıram. Ukrayna qanunlarına uyğun olaraq istənilən demokratik proseslər ola bilər”, - dövlət başçısı bildirib. O əlavə edib ki, referendumun nəticələri Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünü pozmamalıdır.
“WhatsApp” messencerində fərdi məlumatlara müdaxiləyə imkan verən boşluq aşkar edilib
Hakerlər “Facebook” şirkətinə məxsus “WhatsApp” messencerində sizin şəbəkədə keçirdiyiniz vaxtı, kimlə ünsiyyət saxladığınızı öyrənə bilərlər. Bu halda onlayn statusu göstərən funksiyanın deaktiv edilməsi kömək etməyəcək.
Britaniyada “ağıllı” piyada keçidinin sınağı keçirilib
İngiltərənin “Direct Line” sığorta şirkəti “ağıllı” piyada keçidi yaradıb. “Direct Line” mühəndislərinin hazırladığı texnologiya yollarda təhlükəsizliyi artıra biləcək texnoloji qurğu hesab olunur. “Ağıllı” keçid piyadanı aşkarlayaraq sürücünü təhlükə barədə xəbərdar edə bilən bir neçə sensordan ibarətdir. Bundan əlavə, keçid əks istiqamətdə işləyərək piyadalara yaxınlaşan nəqliyyat vasitələri barədə məlumat verir.
Qlobal fərdi kompüter bazarının həcmi artıq 3 il ardıcıl azalır
“Gartner” analitik şirkətinin 2017-ci ilin üçüncü rübü üzrə ilkin məlumatlarına əsasən, demək olar ki, qlobal kompüter sektorunda artıq üç il ardıcıl azalma qeydə alınır. Bu dövrdə dünyada təxminən 67 milyon masaüstü və noutbuk istehsal edilib ki, bu da ötən illə müqayisədə 3,6% azdır.
“Samsung Galaxy S9” smartfonu “Snapdragon 845” prosessoru ilə təchiz ediləcək
“Samsung” şirkəti buraxılacaq qabaqcıl “Galaxy S9” və “S9+” modelləri üçün “Qualcomm Snapdragon 845” prosessorlarının alışını həyata keçirib.
Virtual yol-nəqliyyat hadisələri üçün “Ford” proqramı istifadəyə verilib
“Ford” avtomobil konserni virtual reallıqda sürücünün avtomobilin hərəkəti zamanı diqqətinin yayındırılmasının potensial nəticələrini göstərən “Ford Reality Check” (“Praktikada yoxla”) əlavəsini istifadəyə verib.
Dubay aeroportunda uçan sərnişinlərin sifətinin tanınması sistemi tətbiq ediləcək
Dubay Beynəlxalq aeroportu "Emirates" aviaşirkəti ilə əməkdaşlıq çərçivəsində uçan sərnişinlərin sifətinin tanınması sistemini tətbiq etməyi planlaşdırır. Sərnişinlər bir növ akvariumu xatırladan dəhlizin içərisindən keçməli olacaqlar. Dəhlizin daxilində sifətin tanınması və gözün qüzehi qişasının skan edilməsi üçün təxminən 80 kamera quraşdırılacaq, divarlara proyeksiya edilmiş peyzajlar isə insanların başlarını döndərməsinə stimul verəcək ki, bu da tanıma dəqiqliyini artıracaq.
“Skype” xidmətində süni intellekt elementləri tətbiq edilib
“Microsoft” şirkəti “Skype” xidmətinə “Cortana” səs köməkçisini inteqrasiya edib. Beləliklə, messencer artıq süni intellekt elementlərini dəstəkləyir. “Cortana” səs köməkçisi “Skype” istifadəçilərinə öz vaxtlarını planlaşdırmağa və danışığı dəstəkləməyə kömək edəcək, həmçinin daxil olan mesajları təhlil edərək cavab variantları təklif edir.
Heyvanlar nə üçün intihar edir? - MARAQLIDIR
Bir çox alimlər inanır ki, yalnız insanlar öz həyatlarına son qoya bilər. Amma müşahidələr intellektual rüşeymləri olan bəzi heyvanların da intihara əl atdığını göstərir.














