“Ermənilər Cənubi Qafqazda” kitabının təqdimatı keçirilib
Azərbaycan Dillər Universitetində universitetin Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyası və Regionşünaslıq kafedrasının təşəbbüsü ilə Auditoriya + proqramı çərçivəsində Regionşünaslıq kafedrasının dosenti Aqil Şahmuradovun “Ermənilər Cənubi Qafqazda” adlı kitabının təqdimat mərasimi keçirilib. Olaylar bildirir ki, Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva bildirib ki, ADU-nun rektoru, akademik Kamal Abdullanın təklifi ilə tələbələrin dünyagörüşünün artırılması məqsədi ilə tövsiyə olunan əlavə oxu ədəbiyyatı siyahısında bu kitab da mütləq ədəbiyyat kimi qeyd olunub. Onun sözlərinə görə, “Ermənilərin mənşəyi haqqında”, “Cənubi Qafqaza erməni köçləri” və “Erməni qriqoryan kilsəsinin mənimsəmə siyasəti” adlanan 3 bölmədən ibarət olan kitab ermənilərin tarix boyu müxtəlif ərazilərə köç edib məskunlaşması və yaranmış situasiyalardan istifadə edib sonralar özlərini həmin ərazilərin yerli əhalisi elan etməsi, başqa xalqların mədəniyyət nümunələrini mənimsəməsi prosesinin hələ də davam etdiyi dövrdə zamanın tam nəbzinə uyğun bir vaxtda yazılıb oxucuların sərəncamına verilib.
12 Oktyabr 2017 09:05 SosialAzərbaycan Dillər Universitetində universitetin Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyası və Regionşünaslıq kafedrasının təşəbbüsü ilə Auditoriya + proqramı çərçivəsində Regionşünaslıq kafedrasının dosenti Aqil Şahmuradovun "Ermənilər Cənubi Qafqazda" adlı kitabının təqdimat mərasimi keçirilib.
Olaylar bildirir ki, Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva bildirib ki, ADU-nun rektoru, akademik Kamal Abdullanın təklifi ilə tələbələrin dünyagörüşünün artırılması məqsədi ilə tövsiyə olunan əlavə oxu ədəbiyyatı siyahısında bu kitab da mütləq ədəbiyyat kimi qeyd olunub. Onun sözlərinə görə, "Ermənilərin mənşəyi haqqında", "Cənubi Qafqaza erməni köçləri" və "Erməni qriqoryan kilsəsinin mənimsəmə siyasəti" adlanan 3 bölmədən ibarət olan kitab ermənilərin tarix boyu müxtəlif ərazilərə köç edib məskunlaşması və yaranmış situasiyalardan istifadə edib sonralar özlərini həmin ərazilərin yerli əhalisi elan etməsi, başqa xalqların mədəniyyət nümunələrini mənimsəməsi prosesinin hələ də davam etdiyi dövrdə zamanın tam nəbzinə uyğun bir vaxtda yazılıb oxucuların sərəncamına verilib.
AMEA-nın Tarix İnstitutunun professoru Solmaz Töhidi kitabın aktual mövzuya həsr olunduğunu qeyd edərək onun işıq üzü görməsini yüksək qiymətləndirib. O, kitabın 3 dildə nəşr olunmasının onun müraciət etdiyi mövzu ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında mühüm rol oynayacağına əminliyini ifadə edib.
Tədbirdə çıxış edən Beynəlxalq münasibətlər kafedrasının dosenti Namiq Əsədov erməni saxtakarlığı, Regionşünaslıq kafedrasının doktorantı Elşən Məcidov ermənilərin mənşəyi, Qafqazşünaslıq kafedrasının dosenti Qorxmaz Mustafayev isə Dağlıq Qarabağ əhalisinin tərkibi haqqında iştirakçılara ətraflı məlumat veriblər.
Sonda çıxış edən A.Şahmuradov kitabın erməni saxtakarlığına qarşı yönəldiyini vurğulayıb. Kitabda bir çox mənbələrə müraciət edildiyini diqqətə çatdıran müəllif bu prosesdə əsasən erməni müəlliflərin materiallarından istifadə olunduğunu qeyd edib. A.Şahmuradov sonda hər kəsə təşəkkürünü bildirib.