Gündəm
İŞİD Dəməşqdəki partlayışlara görə məsuliyyəti öz üzərinə götürüb
İŞİD terror qruplaşması Dəməşqdə çərşənbə günü baş verən partlayışlara görə məsuliyyəti öz üzərinə götürüb. Bu barədə ərəb KİV-ləri məlumat yayıb.
Türkiyə ilə diplomatik mübahisələr hərbi əməkdaşlığa toxunmur - Pentaqon
ABŞ-ın müdafiə naziri Ceyms Mettis bildirib ki, diplomatik sahədə ABŞ və Türkiyə arasında yaranmış problemlər hərbi əməkdaşlığa zərər vurmur. "Bu ölkə NATO üzrə müttəfiqdir. Biz vahid düşmənə qarşı ümumi mövqe tutmaq üçün gərgin iş aparacağıq. Hərbçilərin xətti ilə birgə yaxşı işləyəcəyik", - deyə o qeyd edib.
Frankfurtdakı tarixi qüllə tamamilə yandı - VİDEO
Almaniyanın Frankfurt-Mayn şəhərinin əsas görməli yerlərindən biri olan Höte qülləsi (Goetheturm) tamamilə yanıb. Yerli yanğınsöndürmə xidməti Zaksenhauzen bölgəsində baş verən yanğını söndürməyə çalışda da, qülləni yanğından qorumaq mümkün olmayıb.
"Vasmoy bazarı"nda inanılmaz FIRILDAQÇILIQ - Qadın yaxınlaşır...
Paytaxtın "Vasmoy bazarı" kimi tanınan "8-ci km bazarı"nda yeni fırıldaqçılar peyda olub. Bu barədə məlumat verən mağaza sahibləri bildiriblər ki, fırıldaqçılar satıcıları aldadaraq, ayaqqabıların tayını oğurlayırlar. Mağazaya yaxınlaşan qadın öncə bir ayaqqabı seçir. Daha sonra satıcıya bildirir ki, yoldaşı yeriyə bilmədiyi üçün yaxınlıqdakı avtomobildə gözləyir. Geyinib baxması üçün ondan ayaqqabının bir tayını verməsini istəyir. Satıcı bunun fırıldaq olduğunu anlamadan qadının dediyini edir. Həmin qadın daha sonra başqa mağazaya yaxınlaşaraq, eyni modelin digər tayını bu üsulla alır.
Zaqatala rayonunda körpü tikintisi yekunlaşır
Zaqatala şəhərində, Tala çayı üzərində yerləşən avtomobil körpüsünün əsaslı şəkildə təmiri işləri yekunlaşır. “OLAYLAR”- -a "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən bildirilib ki, körpünün təmiri “Azəravtoyol” ASC tərəfindən dövlət başçısının “M-5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı çərçivəsində yerinə yetirilir. Zaqatala şəhərinin ərazisindən axan Tala çayı üzərində yerləşən və ötən əsrin 60-cı illərində inşa edilmiş 132 metr uzunluğundakı körpünün əsaslı şəkildə təmiri işləri zamanı hərəkət hissəsinin genişləndirilməsi üçün müvafiq işlər aparılıb.
ASGA sədri ATƏT-in tədbirində media azadlığından danışacaq
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media ekspert Səbuhi Abbasov 12-15 oktyabr tarixlərində Avstriyada reallaşacaq "İNTERNET AZADLIĞI KONFRANSI: İNTERNET MEDİANIN ROLU VƏ VƏZİFƏLƏRİ” adlı konfransda iştirak edəcək.
Orta əsrlərə aid iki yaşayış yeri aşkarlandı - AZƏRBAYCANDA
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Naftalan-Goranboy arxeoloji ekspedisiyası Naftalan və Goranboy ərazisində arxeoloji tədqiqatları başa çatdırıb. Olaylar bildirir ki, tədqiqatlar nəticəsində Naftalan şəhəri ərazisində dörd kurqan, Goranboy rayonu ərazisində isə 30-dan artıq kurqan və orta əsrlərə aid iki yaşayış yeri qeydə alınıb.
232 işçidən 170-nin müqavilə ilə, 62-nin isə müqaviləsiz işlədiyi AŞKAR OLUNDU
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı” tikinti şirkətlərində səyyar monitorinqlərin keçirilməsinə başlanılıb. Olaylar bildirir ki, Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən ümumilikdə 9 səyyar monitorinq həyata keçirilib. Bakı şəhərində çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan 9-u sifarişçi, 7-si podratçı, 14-ü subpodratçı olmaqla cəmi 30 hüquqi və fiziki şəxsi əhatə edən qeyri-rəsmi əmək münasibətlərininin tənzimlənməsi ilə bağlı səyyar monitorinq keçirilib.
"Azərbaycanla bağlı qəbul olunmuş qətnamələr AŞPA-da ikili standartların yüksəlişini göstərdi"
Oktyabrın 11-də Avropa Şurası Parlament Assmbleyasında (AŞPA) Azərbaycanla bağlı qəbul olunmuş 14403 və 14397 saylı Qətnamələr ölkəmizə qarşı növbəti qarayaxma kampaniyası olmaqla, bu qurumda hüququn tənəzzülünü, ikili standartların yüksəlişini göstərmiş oldu.
KTMT generalı Qarabağdan danışdı, müharibə istəmədiyini dedi
Bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) birləşmiş qərargahının rəisi, general-polkovnik Anatoli Sidorov İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.
Mirzə Ələkbər Sabirin virtual muzeyi təqim olunacaq
Oktyabrın 14 – də Beynəlxalq Mətbuat Mərkəzində Mirzə Ələkbər Sabir Fondu dahi şairin 155 illiyi münasibətilə “Mirzə Ələkbər Sabir virtual muzeyi” layihəsini təqdim edəcək. Olaylar bildirir ki, layihə çərçivəsində Sabirə aid olub müxtəlif mənbələrdə – arxivlərdə, TV və radioda, kitabxanalarda, şəxsi kolleksiyalarda, muzeylərdə, internet resurslarında yer alan verbal, audio, video, foto məlumatlar toplanaraq vahid baza yaradılıb. M.Ə.Sabirin 1912-ci ildən bu günlərimizədək çap olunmuş kitabları, əsərlərinin müxtəlif dillərə tərcümələri, şairə həsr olunan rəssamlıq nümunələri, şairin ölkə ərazisində olan heykəl və büstlərinin görüntüləri, Sabirin hazırda Şamaxı şəhərində yenidənqurma işləri ilə əlaqədar müvəqqəti olaraq fəaliyyətini dayandırmış muzeyinin təmirdən oncəki 360 Panoramik görüntüsü, muzeyin tikilməkdə olan yeni görüntüsünün maketi, Sabirə aid unikal faktlar və bir çox digər dəyərli məlumatlar da virtual muzeydə yer alıb.
Suriyada britaniyalı terrorçu qadın öldürüldü
Suriyada İŞİD-ə qoşulmuş "ağ dul qadın" ləqəbli Böyük Britaniya vətəndaşı Salli Cons öldürülüb. Bu barədə "Times" qəzeti yazıb. Salli Cons Rakka şəhərində ABŞ-a məxsus pilotsuz uçuş aparatın (PUA) endirdiyi zərbə nəticəsində məhv edilib. Terrorçu qadınla birgə onun 12 yaşlı oğul övladı da ölüb.
Həbsxanada qiyam: polis silaha əl atdı, ölənlər var - VİDEO
Meksikanın şimalında Nuevo Leon əyalətində yerləşən həbsxanada qiyam baş verib. Çıxan üsyan nəticəsində 13 nəfər ölüb. Meksika əyalətinin polis sözcüsü Aldo Faskinin verdiyi məlumata görə, qiyam bazar ertəsi gecə saatlarında başlayıb.
Ermənistan ordusunda kütləvi ixtisarlar: “Bizə təpik vurub, küçəyə atırlar”
Ermənistanın Vanadzor şəhərində yerləşən hərbi hissələrdə xidmət edən hərbi qulluqçular və mülki işçilər həyacan içindədirlər. Onlar hər an işlərini itirmək qorxusu yaşayırlar.
Vaşinqtonda Rusiyanın bayraqları bir-bir yığışdırılır
Vaşinqtonda bağlanmış ticarət nümayəndəliyinin üzərindən Rusiya bayrağı çıxarılıb. Rusiyanın ABŞ-dakı səfirliyinin mətbuat katibi Nikolay Laxonin faktı təsdiqləyib. Bundan əvvəl San-Fransiskoda bağlanan diplomatik obyektlərin üzərindən Rusiyanın bayraqları çıxarılıb. Bununla əlaqədar Rusiya səfirliyi ABŞ tərəfinə etirazını bildirib, bayraqların yerinə qaytarılmasını tələb edib.














