Gündəm
İndoneziyada vulkan püskürdü
İndoneziyanın Sumatra adasında Sinabunq vulkanı püskürüb. Məlumata görə, bu gün səhər saatlarında vulkan 2 km hündürlüyə kül püskürüb.Təbiət hadisəsi nəticəsində zərərçəkən olmayıb. Bəzi yerlərdə təxliyə işləri aparılır. Vulkanın ötən gün də püskürdüyü bildirilir.
Kosmosdan qayıdan Qaqarin Azərbaycan dilində... - İLK DƏFƏ ÜZƏ ÇIXAN NADİR KADRLAR - VİDEO
Sosial şəbəkələrdə kosmosa ilk uçan insan kimi tarixə keçən SSRİ kosmonavtı Yuri Qaqarinin Azərbaycan dilində qarşılanma mərasimini əks etdirən video yayılıb.
30 arvadı olan səhra komandiri öldürüldü - VİDEO
Rusiyanın “Ulduz” telekanalı səhra komandirinin cəsədinin nümayiş etdirildiyi eksklüziv kadrları dərc edib. Məlumata görə, Abu Bakr Ömər bir neçə il İraq həbsxanasında olub.
"Araz"ın qapıçısı: "Artıq özünmüzdəki oyuna köklənməliyik"
"Oyuna gözlədiyimizdən də yaxşı başladıq. Artıq 25-ci saniyədə qol vurduq. Erkən qol vurmağımız və hesabı xeyrimizə dəyişməyimiz əlavə üstünlük oldu. Rəqib isə üzərimizə gəlməyə başladı. Nəticədə oyunumuzu diqtə etmək üçün şərait yarandı. Düzdür, rəqib hesabı bərabərləşdirdi, amma dərhal növbəti qolu vurduq. Fasiləyə qədər davamını gətirdik və üstünlüyümüzü 2 top çatdırdıq".
Gözəllik müsabiqəsinin qalibi anidən öldü - Məşhur seriala çəkilirdi
1997-ci ildə Uels gözəli seçilən, "Coronation Street" serialına çəkilən aktrisa Melanie Hughes ( Melani Hyuuz ) bazar günü vəfat edib. O, 38 yaşında dünyasını dəyişib.
Ərdoğanın Bakıya gələcəyi gün AÇIQLANDI
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan oktyabrın 30-da Bakıya gələcək. Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. O bildirib ki, səfər çərçivəsində Türkiyə və Azərbaycan arasında yüksək səviyyəli görüş keçiriləcək.
Vyetnamı sel "yuyur" - 48 ölü, itənlər var
Vyetnamın mərkəzi və şimal rayonlarında aramsız yağışlar sürüşməyə və daşqınlara səbəb olub. Nəticədə ölənlərin sayı 48 nəfərə çatıb, daha 22 nəfərin taleyi məlum deyil.
Rusiyada 10-dan çox iş adamının qətlində FTX əməkdaşlarının adı hallanır
Rusiya İstintaq Komitəsi yerli sahibkarların ölümündə təqsirli bilinən Federal Təhlükəsizlik Xidmətinin (FTX) Tümen vilayəti üzrə idarəsinin keçmiş əməkdaşları ilə bağlı məsələni araşdırır.
Hacı İbrahimin bacısı oğlu dəhşətli qəzada öldü
3 gün əvvəl İmişli rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb. Hacıqabul-Horadiz yolunun İmişlinin Gövhərli kəndi ərazisindən keçən hissəsində ekskavatora çırpılan pikap-da vəfat edən Qaradağ rayon sakiniİbrahimov Vüsal Vidadi oğlunun tanınmış iş adamı hacı İbrahim Nehrəmlinin bacısı oğlu olduğu ortaya çıxıb.
Türkiyə İraq sərhədinə zirehli tanklar göndərdi - GƏRGİNLİK DAVAM EDİR
İraq-Türkiyə sərhədindəki Habur sərhəd qapısına çox sayda zirehli avtomobil və piyadadaşıyanlar, həmçinin və tanklar göndərilib. Türkiyədən gələn hərbi karvan gecə saatlarında Silopi bölgəsindəki Tank Taburuna yerləşdirilib. Tanklar sərhəd bölgəsində təhlükəsizliyi gücləndirmək və hərbi dəstələrə yardım məqsədilə sərhəd xəttinə göndəriləcək.
Rusiya Ermənistana 100 milyon dollarlıq yeni silah krediti verəcək
Rusiya Ermənistana müasir silahlar və hərbi texnikanın alınması məqsədi ilə 100 milyon dollarlıq yeni kredit verəcək. Kredit razılaşmasının təsdiqi məsələsi bu gün Ermənistan hökumətinin iclasında müzakirə ediləcək.
250 min əsgər qarşı-qarşıya - Bölgənin taleyini həll edəcək MÜHARİBƏ BAŞLAYIR
İraq ordusu Şimali İraq kürd muxtariyyətinin nəzarəti altında olan Dayrabun və Bacid bölgələrində əməliyyata hazırlaşır. Haviceyi İŞİD-dən təmizləyən 50 minlik İraq ordusu Ərbilin nəzarətindəki Mosul, Kərkük, Diyala, Dayrabun və Bacidə yönəlib.
“Real” sürpriz trensferini açıqladı - Onun əvəzinə 3 futbolçusunu verəcək
Madridin “Real” klubu heyətinə yeni ulduz qatmaq niyyətindədir. Klub nəyin bahasına olursa-olsun "Tottenhem"in gənc ulduzu Harri Keyni transfer etmək istədiyini açıqlayıb. Hətta "Real" H.Keynin qarşılığında 3 ulduzunu "Tottenhem"ə təklif edəcəyini bildirib. Onlar Kərim Benzema, Qaret Beyl və “Qızıl Top”a namizəd olan Luka Modriçdir.
Yəhudilərin layihəsi sıradan çıxarılır: Türkiyənin “tək qapı” HƏMLƏSİ
Şimali İraq kürd muxtariyyətində keçirilən müstəqillik referendumundan Bağdad və Ankara Ərbilə qarşı ardıcıl addımlar atır. Bu addımlardan biri də kürd muxtariyyətinə birbaşa açılan Habur sərhər keçid məntəqəsinin Ovaköy sərhəd-keçid məntəqəsi ilə əvəzlənməsidir. Bununla da, İraq və Türkiyə arasında ticarətdə kürd muxtariyyəti “ofsayd”a salınır.
Viza böhranı ilə əlaqədar Ankaradan AÇIQLAMA
Ankara və Vaşinqton viza böhranının həll edilməsi üçün birlikdə çalışacaq. Bu haqda Türkiyə Baş nazirinin müavini və hökumət sözçüsü Bəkir Bozdağ bildirib. Onun sözlərinə görə, iki ölkənin nümayəndə heyətləri qarşıdakı günlərdə görüşərək mövzunu müzakirə edəcəklər.














