Yəhudilərin layihəsi sıradan çıxarılır: Türkiyənin “tək qapı” HƏMLƏSİ
Şimali İraq kürd muxtariyyətində keçirilən müstəqillik referendumundan Bağdad və Ankara Ərbilə qarşı ardıcıl addımlar atır. Bu addımlardan biri də kürd muxtariyyətinə birbaşa açılan Habur sərhər keçid məntəqəsinin Ovaköy sərhəd-keçid məntəqəsi ilə əvəzlənməsidir. Bununla da, İraq və Türkiyə arasında ticarətdə kürd muxtariyyəti “ofsayd”a salınır.
12 Oktyabr 2017 12:17 DünyaŞimali İraq kürd muxtariyyətində keçirilən müstəqillik referendumundan Bağdad və Ankara Ərbilə qarşı ardıcıl addımlar atır. Bu addımlardan biri də kürd muxtariyyətinə birbaşa açılan Habur sərhər keçid məntəqəsinin Ovaköy sərhəd-keçid məntəqəsi ilə əvəzlənməsidir. Bununla da, İraq və Türkiyə arasında ticarətdə kürd muxtariyyəti "ofsayd"a salınır. Ekspertlərin fikrincə, Ankara və Bağdad aşağıdakı strateji qazanclar əldə edəcək:
- Ankara ilə Bağdad arasında ikitərəfli ticarət qurulur.
- Türkiyə Silahlı Qüvvələri və İraq ordusu birgə hərəkət edə bilir.
- Dəclənin qərb hissəsi tamamilə Bağdadın nəzarətinə keçəcək. Bağdad hökuməti Məsud Bərzanini 2005-ci il Konstitusiya ilə çəkilən sərhədlərinə həbs edəcək.
- İran və Türkiyə tərəfindən iqtisadi sanksiyalara məruz qalan Bərzani hər tərəfdən muhasirəyə alınacaq.
- Suriya və İraq arasındakı yol, eyni zamada PKK terror təşkilatı ilə onun Suriya qolu olan PYD arasındakı təchizat xətti də tamamilə kəsiləcək.
- Türkiyənin bölgədə quracağı hərbi bazalar sayəsində, "müstəqil Kürdistan"ın da daxil edildiyi "Böyük İsrail" layihəsinə zərbə endiriləcək. Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir.