Rusiyada 10-dan çox iş adamının qətlində FTX əməkdaşlarının adı hallanır

Rusiya İstintaq Komitəsi yerli sahibkarların ölümündə təqsirli bilinən Federal Təhlükəsizlik Xidmətinin (FTX) Tümen vilayəti üzrə idarəsinin keçmiş əməkdaşları ilə bağlı məsələni araşdırır.

Rusiya İstintaq Komitəsi yerli sahibkarların ölümündə təqsirli bilinən Federal Təhlükəsizlik Xidmətinin (FTX) Tümen vilayəti üzrə idarəsinin keçmiş əməkdaşları ilə bağlı məsələni araşdırır.

Bu barədə "Kommersant" qəzeti xəbər yayıb. Hazırda  idarənin operativ tədbirlər şöbəsinin əməkdaşı Aleksey Korotkov və əməliyyatçı heyətin sambo üzrə məşqçisi Aleksandr Kobılin istintaqa cəlb olunublar. Cinayətlərin digər iştirakçıları - snayper Sergey Qilev yerli istintaq təcridxanasında intihar edib, daha bir polis əməkdaşı isə axtarışdadır.
 
Qəzet yazır ki, onların adı 2008-2016-cı illərdə törədilmiş 10-dan çox sahibkarın ölümündə hallanır. Xüsusi xidmət orqanı əməkdaşları qanunsuz pul əməliyyatları aparan biznesmenlər üzərində nəzarət həyata keçirməyə və onlarla əlbir olmağa çalışıblar. Bu nəzarətdən imtina edənləri isə öldürüblər. İş adamları ilə yanaşı, 1 Tacikistan vətəndaşı və 2 taksi sürücüsü də qətlə yetirilib. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31