Gündəm

4 yaşlı nəvə babanı güllələdi - VİDEO

12 Oktyabr 2017 13:38

ABŞ-ın Şimali Karolina şatında 4 yaşlı oğlan tüfəngdən babasının üzünə atəş açıb. Baba olay yerində həlak olub. Elizabet Siti şəhərinin sakini, 57 yaşlı Denni Patriknəvəsi ilə birlikdə gəzintiyə yollanmışdı. D.Petrik meşəlikdə ov tüfəngndən atəş açırdı. Nəvə də maşında tüfəngi götürüb və babasına atəş açıb. Bir qədər sonra uşaq evə qayıdıb, qonşulara "Baba ölüb!" deyib. 

Azercell-in korporativ abunəçiləri arasında keçirilən I Futbol Turnirinin qalibi bəlli oldu

12 Oktyabr 2017 13:34

Azercell Telekom idmanın inkişafına, eləcə də, sağlam həyat tərzinin təbliğinə hər zaman böyük önəm verərək, həm öz müştəriləri və əməkdaşları arasında, həm də şirkətin korporativ sosial məsuliyyət layihələrində bu istiqaməti inkişaf etdirib.

“Ana, çöldən atamın ətri gəlir...”

12 Oktyabr 2017 13:31

Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Aprel döyüşlərinin qəhrəmanlıq nümunələrinin təbliği" layihəsi çərçivəsində aprel döyüşləri zamanı şəhid olmuş Rusif İbrahim oğlu Ağayevin ailəsini ziyarət edib.

Dünya futbolunda RƏZALƏT - Müdafiəçi sirrləri açdı: Falkao mənə yaxınlaşıb dedi ki... - VİDEO

12 Oktyabr 2017 13:25

Futbol üzrə Dünya Çempionatında Peru və Kolumbiya yığma komandaları arasında razılaşdırılmış oyunun keçirildiyi deyilirdi. Matçın sonlarına yaxın Kolubiyanın hümumçusu Falkaonun bir neçə perulu futbolçu ilə danışdığı görüntülənib.

Türkiyənin tanınmış müğənnisi öldü

12 Oktyabr 2017 13:22

Türkiyənin tanınmış müğənnisi Semra İnanç dünyasını dəyişib. İfaçı müalicə olunduğu xəstəxanada vəfat edib. Semra İnanç günorta namazından sonra torpağa tapşırılacaq.

Rəşad Sadıqov milliyə baş məşqçi təyin olunacaq?

12 Oktyabr 2017 13:17

"Qarabağ" futbol klubunun kapitanı Rəşad Sadıqov Azərbaycan milli komandasının baş məşqçisi təyin olunacağı ilə bağlı iddialara münasibət bildirib.  Hazırda "Qarabağ"ın U-19 komandasının baş məşqçisi olan 35 yaşlı futbolçu bunun çətin və məsuliyyətli iş olduğunu söyləyib: "Hələ Robert Prosineçkinin qalıb-gedəcəyi bilinmir. Hazırda yalnız "Atletiko" ilə oyunu düşünürəm. Ən azı qışa qədər futbolçu karyeramı davam etdirəcəyəm. Sonrasına baxarıq".

Hacı Məmmədov indi haradadır?

12 Oktyabr 2017 13:16

Daxili İşlər Nazirliyinin (DİN) keçmiş polkovniki, çoxsaylı sifarişli qətllər, adam oğurluqları, quldurluq kimi cinayətlər törətmiş dəstənin başçısı Hacı Məmmədovun saxlanma yeri ilə bağlı müəmmalar dolaşmaqdadır.

"Maşın" şouda qalmaqal: "Mən şəkillərimi atdıracam, səni çıxardıracam" - VİDEO

12 Oktyabr 2017 13:14

"Maşın" realiti şouda ulduzlar arasında daha bir qalmaqal baş verib.  Jurnalist Ülviyyə Alovlu ilə müğənni Günel Ələkbərovacanlı efirdən sonra mübahisə edib.  Günel Ülviyyəyə kəskin sözlər deyib: "Mən şəkillərimi atdıracam, səni çıxartdıracam. Sənin özünə dəstək verən lazımdır. Sən kimə dəstək verirsən?" Ülviyyə Alovlu isə Günelin ünvanına "Bildik də, sən əlasan, zorsan, bombasan" sözlərini işlədib.

Buludlu, küləkli, yağmurlu hava

12 Oktyabr 2017 13:07

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Mahmud Abbas son 10 ildə ilk dəfə Qəzzaya gedəcək

12 Oktyabr 2017 13:05

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas ay ərzində Qəzza sektoruna gedəcək. Məlumata görə, bu, Fələstin liderinin son 10 ildə anklava ilk səfəri olacaq. 

Deputat: Bəzi dairələr öz maraqlarını təmin etdirmək üçün Azərbaycana qarşı çirkin kampaniyadan istifadə edirlər

12 Oktyabr 2017 13:03

Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycanla bağlı qəbul edilən sənədlər qərəzlidir, qeyri-obyektivdir və ölkədə gedən prosesləri düzgün əks etdirmir. Bunu  Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib. B.Əliyev bildirib ki, Azərbaycanda insan haqları tam qorunur, demokratik təsisatlar normal fəaliyyət göstərirlər və ölkəmiz Avropanın özünə nümunə ola bilər: “Amma çox təəssüflər osun ki, bəzi dairələr öz maraqlarını təmin etdirmək, Azərbaycana öz şərtlərini qəbul etdirmək üçün bir sıra beynəlxalq qurumlardakı bəzi dairələr vasitəsilə ölkəmizə qarşı təzyiq dilində çirkin kampaniyadan istifadə edirlər ki, Azərbaycan onların şərtlərini qəbul etsin. Ancaq onlar bilməlidirlər ki, Azərbaycan öz müstəqil siyasətini davam etdirəcək. Dövlətimiz şəffaf, ədalətli, qarşılıqlı hörmət əsasında bütün ölkələrlə əməkdaşlıq edir. Diktə, şərt, qeyri-obyektiv, qərəzli təzyiq ilə Azərbaycan öz siyasətini dəyişməyəcək”.

Prosineçki: "Başqa iş tapsam da, ailəm Bakıda qalacaq"

12 Oktyabr 2017 13:01

Robert Prosineçki millimizin baş məşqçisi vəzifəsindən ayrılsa belə, ailəsi Bakıda qalacaq.  Bu barədə xorvatiyalı mütəxəssis ölkəsinin mətbuatına müsahibəsində deyib. O bildirib ki, uşaqları Bakıda təhsil aldıqları üçün bu qərarı verib: "Azərbaycana geri dönməliyəm. Uşaqlarım dərs ilini başa vurmalıdırlar. Əgər başqa bir iş tapsam, uşaqlarım və həyat yoldaşım Azərbaycanda qalacaq".

Bakı-Novorossiysk kəməri ilə 1,5 mln ton neft nəql olunacaq

12 Oktyabr 2017 12:59

"Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2018-ci ildə Bakı-Novorossiysk kəməri ilə 1,5 milyon ton neft nəql etməyi planlaşdırır".

2 dostdan Türkiyə vətəndaşına qarşı Şirvanda İNANILMAZ ƏMƏL: arvadının əli ilə... - ŞOK TƏFƏRRÜAT

12 Oktyabr 2017 12:58

Şirvan şəhərində quldurluq etməkdə təqsirli bilinən şəhər sakinləri - 1983-cü il təvəllüdlü Ayət Mirzəyev və 1988-ci il təvəllüdlü Natiq Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Yer üçün yeni BÖYÜK TƏHLÜKƏ

12 Oktyabr 2017 12:55

Bu gün saat 9 radələrində “2012 TS4” asteroidi Yerə ən yaxın - 43 min km məsafədən keçdi. Bu, Yerlə Ay arasındakı məsafədən 10 dəfəyə qədər az idi. Bunu açıqlamasında Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov deyib. O bildirib ki, asteroidin sürəti saatda 28 min kilometr, yəni 1 saniyədə 7.6 km sürətlə hərəkət etdirdi. Uzunluğu 40 metr, diametri 10 metr idi.