Gündəm
"Metsamor-1" stansiyası 40 ilə söküləcək
Ermənistanın "Metsamor-1" stansiyasının işləməyən enerji blokunun sökülməsinə azı 40 il vaxt lazımdır. Bu məsələ enerji blokunun sökülməsi strategiyasına daxil edilib və qanun layihəsi Ermənistan hökumətinin bu gün keçirilən iclasında təsdiqlənib.
Rusiyada kütləvi zəhərlənmə - Məktəb yeməkxanasında
Rusiyanın Maqadan vilayətində uşaqların məktəb yeməkxanasında zəhərlənməsi faktı qeydə alınıb. Məlumata görə, Maqadan vilayət Səhiyyə İdarəsi artıq zəhərlənmə faktı qeydə alınan 30 saylı məktəbdə yoxlamaya başlayıb.
Putin İrana gedir
Rusiya prezidenti Valdimir Putinin İrana səfəri planlaşdırılır. Məlumta görə, bunu Rusiya Federasiyası prezidentinin köməkçisi Yuriy Uşakov deyib. O, səfərin dəqiqi tarixi barədə açıqlama verməyib.
Bozdağ: Türkiyənin təhlükəsizliyini hərbi yolla təmin etmək hüququ var
Türkiyə öz təhlükəsizliyini təmin etmək məqsədilə Suriyanın İdlib şəhərində hərbi əməliyyat hüququna malikdir. Trend-in məlumatına görə, bunu Türkiyə baş nazirinin müavin Bəkir Bozdağ deyib. Baş nazir müavininin sözlərinə görə, İdlibdə hərbi əməliyyat beynəlxalq hüquqa zidd deyil.
Xəzər dənizi sahilində nəzarət tədbirləri görülür
Xaçmaz rayonun Xəzər dənizi sahilində yerləşən hissəsinin istifadəsində qanunvericilik tələblərinin qorunması ilə bağlı nəzarət tədbirləri görülür. Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, bu barədə bu gün Xaçmazda Torpaq fondunun elmi əsaslarla istifadəsinin təşkili və inzibatçılığı ilə bağlı keçirilən İşgüzar Forumda bildirilib.
ABŞ YUNESKO-dan çıxır: Vergiyə və İsrailə görə
"ABŞ rəsmən YUNESKO-dan çıxmağa hazırlaşır. Hökumətin niyyəti bu qurumun tərkibində yalnız müşahidəçi kimi qalmaqdır". Bu barədə ABŞ-ın "Foreign Policy" nəşri yazıb. Məlumata görə, rəsmi Vaşinqton quruma ödənilən yüksək məbləğdə üzvlük haqqına və İsrail əleyhinə qəbul edilən qətnamələrə etiraz olaraq üzvlükdən çıxacağını bəyan etmək niyyətindədir.
Moskva cavab addımları atacaq - Bayraq BÖHRANI - VİDEO
Rusiya diplomatik mülkiyyəti barəsində Vaşinqtonun hərəkətlərinə cavab veriləcək. Bu haqda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, Rusiya diplomatik mülkiyyəti olan binaların üstündən Rusiya bayraqlarının götürülməsi Moskva tərəfindən təhqir kimi qiymətləndirilir. “Artıq ABŞ-a qətiyyətli şəkildə etirazı bildirilib.
Qardaş ölkə ABŞ-ın “böyük oyunu”nu 4 hücumla alt-üst edəcək - Hərbi planın DETALLARI
Türkiyə cənub sərhədlərində ABŞ-ın dəstəyi ilə PKK/PYD terror təşkilatının qurmaq istədiyi “terror dəhlizi”ni dörd mərhələli əməliyyatla yerlə bir edəcək. Türkiyənin İraq və Suriyanın şimalında “terror dəhlizi” oyununa qarşı tətbiq edəcəyi uzunmüddətli hərbi planının detalları ortaya çıxıb.
Kremlin əsas müttəfiqi əlindən alınır
Avropa İttifaqının rəhbərliyi Belarus lideri Aleksandr Lukaşenkonu “Şərq tərəfdaşlığı” sammitinə dəvət edib. Bu haqda “EU Observer” nəşri yazıb. Lukaşenko dəvəti qəbul edərsə, bu, onun Avropa İttifaqının paytaxtı Brüsselə birinci səfəri olacaq. Nəşr qeyd edir ki, Lukaşenkonun 23 illik hakimiyyəti müxalifət liderlərinin qətlləri və təqibləri, “seçkilərin saxtalaşdırması” və dinc nümayişlərinin dağıdılması ilə qeydə alınıb.
Metroda qumbara həyəcanı
Rusiyanın Sankt-Peterburq şəhərində metroda qumbara daşıyan şəxs saxlanılıb. Metroda yoxlama zamanı 42 yaşlı Belarus vətəndaşının çantasında qumbara olduğu aşkarlanıb. Buna görə stansiyanın fəaliyyəti 20 dəqiqə dayandırılıb. Stansiyadakı insanlar təcili çölə çıxardılıblar.
Saakaşvili bu tarixdə öldürülə bilər - ŞOK İDDİA
Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili oktyabrın 17-də öldürülə bilər. Krım tatar televiziyası ATR-in baş direktor müavini Ayder Mujdabayev feysbuk səhifəsində yazıb. “Saakaşvilini qətl gözləyir. Ola bilər ki, bu, oktyabrın 17-də baş versin. Onu Rusiya QRU-sunun (Rusiya Müdafiə Nazirliyi Baş qərargahına məxsus Baş Kəşfiyyat İdarəsi - red) agentləri izləyir və Moskvadan əmr olacağı halda öz işlərini görəcəklər.
Əli Həsənov: AŞPA konkret sifariş yerinə yetirir.
Oktyabrın 11-də Avropa Şurası Parlament Assambleyasında (AŞPA) həmməruzəçilər Stefan Şennak və Sezar Florin Predanın hazırladıqları “Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı hesabat üzrə 14403 saylı Qətnamə, həmçinin belçikalı parlamentari Alen Desteksin hazırladığı “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” 14397 saylı Qətnamə qəbul olunub.
Yağ məhsullarının istehsalı ilə bağlı şübhələrə son
Müasir dövrün tələblərinə uyğun olaraq ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində atılan addımlar, həyata keçirilən məqsədyönlü siyasət öz müsbət nəticələrini verir. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsinə ən böyük təkan verən amil 2004-cü ildən mərhələli şəkildə icra edilən Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı oldu. Məhz sözügedən proqramın uğurla icrası və görülən tədbirlər nəticəsində əyalətlərdə bir çox sənaye və istehsal müəssisələri yaradıldı, zavod və fabriklər fəaliyyətə başladı.
“The Washington Times”: Tramp Azərbaycanla daha sıx əməkdaşlıq etməlidir
“The Washington Times” qəzeti “Caspian Group Holdings” şirkətinin direktoru Rob Sobhaninin “Nə üçün Tramp Azərbaycanla daha sıx əməkdaşlıq etməlidir?” sərlövhəli məqaləsini dərc edilib. Məqalədə ABŞ-Azərbaycan münasibətlərinin gələcək inkişafına Tramp administrasiyası tərəfindən daha çox diqqət yetirməyin zəruriliyindən danışılır.
Anasının ölümündən stressə düşən Cavanşir: O, ölən günü bacımın qızı...
ARB telekanalında yayımlanan "Səhər-Səhər" verilişinin qonaqlarından biri keçmiş jurnalist Cavanşir olub. Jurnalistliyi müğənniliklə əvəz edən Cavanşir anasının ölümündən sonra həyatdan küsdüyünü deyib: "Anam dünyasını dəyişəndən sonra məni həyata bağlayacaq heç nə yox idi. Anam dünyasını dəyişən günü bacımın qız övladı oldu.












.jpg)

