Saakaşvili bu tarixdə öldürülə bilər - ŞOK İDDİA

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili oktyabrın 17-də öldürülə bilər. Krım tatar televiziyası ATR-in baş direktor müavini Ayder Mujdabayev feysbuk səhifəsində yazıb. “Saakaşvilini qətl gözləyir. Ola bilər ki, bu, oktyabrın 17-də baş versin. Onu Rusiya QRU-sunun (Rusiya Müdafiə Nazirliyi Baş qərargahına məxsus Baş Kəşfiyyat İdarəsi - red) agentləri izləyir və Moskvadan əmr olacağı halda öz işlərini görəcəklər.

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili oktyabrın 17-də öldürülə bilər. Krım tatar televiziyası ATR-in baş direktor müavini Ayder Mujdabayev feysbuk səhifəsində yazıb. "Saakaşvilini qətl gözləyir. Ola bilər ki, bu, oktyabrın 17-də baş versin. Onu Rusiya QRU-sunun (Rusiya Müdafiə Nazirliyi Baş qərargahına məxsus Baş Kəşfiyyat İdarəsi - red) agentləri izləyir və Moskvadan əmr olacağı halda öz işlərini görəcəklər. Əmri veriləcəyi hələ sual altındadır. Əgər əmr verilərsə, o zaman əlbəttə, məsuliyyətin Ukrayna hakimiyyətinin və dolayı yolla prezident Poroşenkonun üzərinə atılması cəhdi olacaq", - o qeyd edib. Jurnalist hesab edir ki, Ukrayna hakimiyyəti tam ölçüdə Saakaşvilinin təhlükəsizliyinin qayğısına qalmalıdır.

Qeyd edək ki, oktyabrın 17-də Kiyevdə Saakaşvilinin partiyasının genişmiqyaslı aksiyası nəzərdə tutulub. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31