Vaşinqtonda Rusiyanın bayraqları bir-bir yığışdırılır
Vaşinqtonda bağlanmış ticarət nümayəndəliyinin üzərindən Rusiya bayrağı çıxarılıb. Rusiyanın ABŞ-dakı səfirliyinin mətbuat katibi Nikolay Laxonin faktı təsdiqləyib. Bundan əvvəl San-Fransiskoda bağlanan diplomatik obyektlərin üzərindən Rusiyanın bayraqları çıxarılıb. Bununla əlaqədar Rusiya səfirliyi ABŞ tərəfinə etirazını bildirib, bayraqların yerinə qaytarılmasını tələb edib.
12 Oktyabr 2017 09:25 DünyaVaşinqtonda bağlanmış ticarət nümayəndəliyinin üzərindən Rusiya bayrağı çıxarılıb. Rusiyanın ABŞ-dakı səfirliyinin mətbuat katibi Nikolay Laxonin faktı təsdiqləyib.
Bundan əvvəl San-Fransiskoda bağlanan diplomatik obyektlərin üzərindən Rusiyanın bayraqları çıxarılıb. Bununla əlaqədar Rusiya səfirliyi ABŞ tərəfinə etirazını bildirib, bayraqların yerinə qaytarılmasını tələb edib.
Məlumata görə, ABŞ Dövlət Departamentinin nümayəndəsi məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Xatırladaq ki, avqustun 31-də ABŞ Dövlət Departamenti ölkədəki Rusiya diplomatik nümayəndəliklərinin fəaliyyəti ilə bağlı yeni məhdudiyyətlər elan edib. Buna əsasən San-Fransiskodakı Rusiya Baş Konsulluğunun obyektləri bağlanıb.
A24.Az