232 işçidən 170-nin müqavilə ilə, 62-nin isə müqaviləsiz işlədiyi AŞKAR OLUNDU
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı” tikinti şirkətlərində səyyar monitorinqlərin keçirilməsinə başlanılıb. Olaylar bildirir ki, Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən ümumilikdə 9 səyyar monitorinq həyata keçirilib. Bakı şəhərində çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan 9-u sifarişçi, 7-si podratçı, 14-ü subpodratçı olmaqla cəmi 30 hüquqi və fiziki şəxsi əhatə edən qeyri-rəsmi əmək münasibətlərininin tənzimlənməsi ilə bağlı səyyar monitorinq keçirilib.
12 Oktyabr 2017 11:54 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən "Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı" tikinti şirkətlərində səyyar monitorinqlərin keçirilməsinə başlanılıb. Olaylar bildirir ki, Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən ümumilikdə 9 səyyar monitorinq həyata keçirilib. Bakı şəhərində çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan 9-u sifarişçi, 7-si podratçı, 14-ü subpodratçı olmaqla cəmi 30 hüquqi və fiziki şəxsi əhatə edən qeyri-rəsmi əmək münasibətlərininin tənzimlənməsi ilə bağlı səyyar monitorinq keçirilib.
Yoxlamaların həyata keçirildiyi vaxt yoxlanılmış 232 işçidən 170-nin müqavilə ilə, 62-nin isə müqaviləsiz işlədiyi aşkar olunub. Ümumilikdə dövr ərzində yoxlanılan işçilərin 27%-ində əmək müqaviləsi və ya xidməti müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmə halları aşkar edilib. Monitorinq nəticəsində aşkar olunmuş faktlar müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Baş Prokurorluğuna yönləndirilib.
Səyyar monitorinq zamanı çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan hüquqi və fiziki şəxslərə maarifləndirmə ilə bağlı broşurlar, həmçinin Əmək Məcəlləsi ilə bağlı bələdçi sənəd, əmək müqaviləsi və ya xidməti (mülki) müqavilələrin üstünlükləri, tətbiq oluna biləcək cərimələr, Şəhərsalma və Tikinti Məcəlləsi ilə bağlı bələdçi sənəd, o cümlədən sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı normativ sənədlər və digər məlumatlar CD disklərdə təqdim olunur.