Həkimlər Las-Veqas terrorçusunun beynini açdılar

Amerika həkimləri Las-Veqasda musiqi festivalında qətliam təşkil etmiş Stiven Peddokun beynini açıblar. Bu haqda “The New York Post” nəşri yazıb. Xəbərə görə, silahlının qardaşının sözləri həkimlərdə maraq oyadıb. O qardaşının başında şiş olduğunu deyib. Lakin həkimlər heç nə aşkar etməyiblər.

Amerika həkimləri Las-Veqasda musiqi festivalında qətliam təşkil etmiş Stiven Peddokun beynini açıblar. Bu haqda "The New York Post" nəşri yazıb. Xəbərə görə, silahlının qardaşının sözləri həkimlərdə maraq oyadıb. O qardaşının başında şiş olduğunu deyib. Lakin həkimlər heç nə aşkar etməyiblər.

Qeyd edək ki, oktyabrın 1-də Stiven Peddok Las-Veqasda musiqi festivalının tamaşaçılarına atəş açıb. Nəticədə 59 insan həlak olub, 500-dən çoxu yaralanıb. İŞİD terror qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürsə də, Federal Təhqiqatlar Bürosu (FTB) bunu təkzib edib. FTB silahlının İŞİD-lə əlaqəsini göstərən heç bir faktın tapılmadığını bildirib. Polis hesab edir ki, kütləvi güllələnmənin səbəbinin heç vaxt müəyyən edilməyə bilər. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31