Avropada növbəti müstəqillik qalmaqalı
Kataloniyada keçirilən müstəqillik referendumu Avropada müxtəlif regionları hərəkətə keçirib. Belçikanın Flandriya vilayəti də bununla bağlı addım atmaq istəyir. Flandriya Belçikadan ayrılmaq imkanını müzakirə edir. Belçika məclisinin hər iki palatasında təmsil olunan "Flamand marağı" partiyasının lideri Tomas Van Qriken bəyan edib ki, İspaniya vilayətindəki hadisələr Avropada sonuncu hadisə olmayacaq. Niderland dilinin hakim olduğu Flandriya da bu yol ilə hərəkət etməyə hazırdır.
11 Oktyabr 2017 17:17 DünyaKataloniyada keçirilən müstəqillik referendumu Avropada müxtəlif regionları hərəkətə keçirib. Belçikanın Flandriya vilayəti də bununla bağlı addım atmaq istəyir. Flandriya Belçikadan ayrılmaq imkanını müzakirə edir. Belçika məclisinin hər iki palatasında təmsil olunan "Flamand marağı" partiyasının lideri Tomas Van Qriken bəyan edib ki, İspaniya vilayətindəki hadisələr Avropada sonuncu hadisə olmayacaq. Niderland dilinin hakim olduğu Flandriya da bu yol ilə hərəkət etməyə hazırdır.
Tomasın sözlərinə görə, Belçika əhalisinin böyük hissəsi Kataloniyanın müstəqillik referendumunu dəstəkləyir. Flandriya bölgəsi isə müstəqillik referendumu keçirmək niyyətindədir: "Biz Flandriyada referendum keçirmək istəyirik. Çünki əhalinin böyük əksəriyyəti bu ideyanı dəstəkləyir". Virtualaz.org yerli KİV-ə istinadən xəbər verir.