Akif Əlizadə: Xaricdəki alimlərimizin elmi məqalələrində Azərbaycanın və AMEA-nın adı çəkilmir

Təəssüf ki, xaricdəki alimlərimizin elmi məqalələrində Azərbaycanın və AMEA-nın adı çəkilmir. Məlumata görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə Rəyasət Heyətinin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

A.Əlizadə xaricdəki Azərbaycan alimlərinin imkanlarından istifadə etmək istədiklərini deyib: "Çox istərdik ki, onların imkanlarından istifadə edək. Amma buna nail ola bilməmişik. Bunun da obyektiv və subyektiv səbəbləri var. Biz diasporlarımızdakı alimlərimizi buraya dəvət edib məruzələrini dinləyək ". AMEA-nın akademik katibi Rasim Əliquliyev deyib ki, alimlər üçün gənclik yaşının 35-dən 29-a endirilməsi lazımdır: "Bəzi ölkələrdə hər bir peşə üçün differensiyallaşdırılmış gənclik yaşı tətbiq edilir". Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31