Erməni əsgərin əlində qumbara partladı

Ermənistan ordusunun əsgəri qumbara partlaması nəticəsində yaralanıb. Azərbaycanın işğal olunmuş ərazisində dislokasiya olunan hərbi hissələrdən birində xidmət edən Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu Hovanes Qasparyanın əlində qumbaranın atəş yığımının partlaması nəticəsində xəsarət alıb.

Ermənistan ordusunun əsgəri qumbara partlaması nəticəsində yaralanıb. Azərbaycanın işğal olunmuş ərazisində dislokasiya olunan hərbi hissələrdən birində xidmət edən Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu Hovanes Qasparyanın əlində qumbaranın atəş yığımının partlaması nəticəsində xəsarət alıb.  Yaralı əsgər xidmət yoldaşları tərəfindən tibb məntəqəsinə çatdırılıb. Hadisə ilə əlaqədar araşdırma aparılır. AzVision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31