Rusiyalı mühəndis 100 İL ZƏMANƏTLİ yolsuzluq avtomobili düzəltdi

Alman şirkəti olan “Partisan” kifayət qədər qəribə “One” adlı yolsuzluq avtomobili təqdim edib. Avtomobilin dizaynı rus mühəndis Yuri Postnikovun beyninin məhsuludur. Ordu istismarına hesablanmış “Partisan One” həm ekstremal hallarda, həm də "dünyada ən pis yollar" üçün nəzərdə tutulub. Bildirilir ki, hələlik avtomobillər 2.8 litr həcmli və 150 at gücü olan Fiat turbodizelli motorla təchiz olunub. Gələcəkdə avtomobilin həm də elektromotorlu hibrid variantının da buraxılması nəzərdə tutulur.

Alman şirkəti olan "Partisan" kifayət qədər qəribə "One" adlı yolsuzluq avtomobili təqdim edib. Avtomobilin dizaynı rus mühəndis Yuri Postnikovun beyninin məhsuludur. Ordu istismarına hesablanmış "Partisan One" həm ekstremal hallarda, həm də "dünyada ən pis yollar" üçün nəzərdə tutulub. Bildirilir ki, hələlik avtomobillər 2.8 litr həcmli və 150 at gücü olan Fiat turbodizelli motorla təchiz olunub. Gələcəkdə avtomobilin həm də elektromotorlu hibrid variantının da buraxılması nəzərdə tutulur.

Etibarlılıq zəmanətinə gəlincə, istehsalçı olduqca iddialı təklif irəli sürür: "Partisan One" ordu üçün 50 ildən çox xidmət edə biləcək və ümumi zəmanət isə 100 il təşkil edəcək. Publika.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31