Millət vəkilindən fiziki məhdudiyyətli gənclərə dəstək
Millət vəkili Sona Əliyevanın iştirakı ilə “Gəncliyə Yardım Fondu”nun aztəminatlı ailələrə yardım layihəsi çərçivəsində iki fiziki məhdudiyyətli gənc- Şəmkir rayon Dəllər qəsəbə sakini 2005-ci il təvəllüdlü Əliyev İsmayıl Niyaməddin oğlu və Gəncə şəhər sakini Məmmədov Natiq Vüsal oğlu əlil arabası ilə təmin edilib.
11 Oktyabr 2017 16:27 SosialMillət vəkili Sona Əliyevanın iştirakı ilə "Gəncliyə Yardım Fondu"nun aztəminatlı ailələrə yardım layihəsi çərçivəsində iki fiziki məhdudiyyətli gənc- Şəmkir rayon Dəllər qəsəbə sakini 2005-ci il təvəllüdlü Əliyev İsmayıl Niyaməddin oğlu və Gəncə şəhər sakini Məmmədov Natiq Vüsal oğlu əlil arabası ilə təmin edilib. "OLAYLAR" -ın xəbərinə görə, əlil arabaları ilə təmin edilən İsmayıl və Natiqin ailə üzvləri bu gözəl hədiyyəyə görə öz minnətdarlıqlarını bildiriblər. Millət vəkili Sona Əliyeva bu cür aksiyaların fiziki məhdudiyyətli gənclərin cəmiyyətə adaptasiyasının təşkili, onların həyat şəraitinin qismən də olsa yaxşılaşdırılması baxımından çox əhəmiyyətli olduğunu vurğulayıb.