Ermənistan ordusunda ateistlər zorla xristianlaşdırılır
Ermənistan parlamentində "hərbi xidmət haqqında" qanuna edilən dəyişikliklərlə bağlı müzakirələr davam edir. Müzakirələr zamanı hüquq müdafiəçisi Avetik İşxanyan Ermənistanın müdafiə nazirinə orduda ateistlərin zorla xristianlaşdırılmasına görə etiraz edib.
11 Oktyabr 2017 16:43 DünyaErmənistan parlamentində "hərbi xidmət haqqında" qanuna edilən dəyişikliklərlə bağlı müzakirələr davam edir. Müzakirələr zamanı hüquq müdafiəçisi Avetik İşxanyan Ermənistanın müdafiə nazirinə orduda ateistlərin zorla xristianlaşdırılmasına görə etiraz edib.
"Erməni kilsəsinə getməyən ateistləri dua etməyə, xaç suyuna çəkilməyə məcbur edirlər. Bu problem necə həll ediləcək? İnsanları inanclarına görə imtahan etməyin" - deyə hüquq müdafiəçisi nazirə irad bildirib. Müdafiə naziri Vigen Sarqsyan orduda insan hüquqlarının pozulmasına münasibət bildirmək əvəzinə sualdan yayınıb. Erməni nazir ordu-kilsə münasibətlərinin möhkəmləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirib. AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir.