Gündəm

Moskvada qətl törədən erməni həbs edilib

24 Oktyabr 2017 14:11

Moskvada mikroavtobus sürücüsünün qətlində şübhəli bilinən Ermənistan vətəndaşı həbs edilib. 25 yaşlı erməni "Rand-Trans" MMC-nin nümayəndəsini qətlə yetirib.

İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyəti müzakirə edilib  

24 Oktyabr 2017 14:12

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə İsmayıllıda "İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri" mövzusunda seminar-müşavirə keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov seminar-müşavirənin əhəmiyyətini qeyd edərək İslam dəyərlərinin öyrənilməsinin və düzgün təbliğ olunmasının, bu sahədə maarifləndirmə işinin təşkilinin daha da gücləndirilməsinin zəruriliyi, habelə dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial məsələlərin həlli prosesinə cəlb edilmələri barədə ətraflı danışıb. Mirdaməd Sadıqov rayonda bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticələrindən söhbət açıb.

Çexiya Azərbaycanla əlaqələrini genişləndirmək niyyətindədir

24 Oktyabr 2017 14:08

Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov ölkəmizdə səfərdə olan Çex Respublikası Senatının sədr müavini Yirji Şestakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. MM-dən “Olaylar”a verilən məlumata görə, ölkələrimiz arasındakı əlaqələrdən söz açan Valeh Ələsgərov qeyd edib ki, səfər çərçivəsində Bakıda keçiriləcək görüşlər və aparılacaq danışıqlar mövcud münasibətlərin daha yüksək səviyyəyə qalxmasına təkan verəcək. Vitse-spiker bildirib ki, Azərbaycanla Çexiya arasında istər parlament, istərsə də hökumət səviyyəsində əlaqələr ildən-ilə inkişaf edir. Münasibətlərin dərinləşməsində parlamentlərarası dostluq qruplarının da rolu var.

Yaxın Şərqdə Türkiyənin mövqeləri möhkəmlənir

24 Oktyabr 2017 14:07

Yaxın Şərqdə hələ də sular durulmaq bilmir. Birləşmiş Ştatlar və Qərbin regionda maraqlarının maksimum dərəcədə təmin olunmasına yönəlik fəaliyyətləri, hətta bu istəyə nail olmaq üçün İraq və Suriyadakı terror qruplaşmalarına açıq və ya gizli yolla dəstək verilməsinə qarşı sipər rolunu oynayan Rusiya-Türkiyə müttəfiqliyi hələlik birincilərin gücünə tam adekvat olmasa da, lakin Yaxın Şərqdəki Ankara-Moskva ittifaqından Qərbin o qədər də məmnun qalmadığı görünməkdədir.

Azərbaycan prezidentinin ətrafında dinamik, milli düşüncəli bir gənclik formalaşıb

24 Oktyabr 2017 14:05

Cənubi Qafqazda ictimai-siyasi və iqtisadi sabitliyə malik ölkə kimi tanınan Azərbaycanın bütün sahələr üzrə əldə etdiyi nailiyyətlər, qazandığı uğurlar bəzi beynəlxalq təşkilat və qurumları, xüsusilə də erməni lobbisinin maliyyəsi ilə işləyən bir sıra Avropa təsisatları, institutlarını narahat edir. Məhz bu narahatçılıqdan dolayı müntəzəm olaraq ölkəmizə qarşı Qərbdən, Avropadan çirkin, qərəzli kampaniyalar həyata keçirilir və düşünülür ki, bununla Azərbaycan dövləti və onun hakimiyyətinə hansısa zərbə vuracaq, onun beynəlxalq imicinə, nüfuzuna xələl gətirəcəklər. Artıq on illərdir ki, bizlər bu kimi qarayaxma kampaniyaların əyani şahidinə çevrilmişik. Günümüzdə də qeyd etdiyimiz mənfi tendensiya davam edir və bu dəfə daha böyük antiAzərbaycan şəbəkə Bakıya qarşı mütəşəkkil şəkildə mübarizəyə başlayıb.

Beynəlxalq təşkilatlar Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar

24 Oktyabr 2017 14:03

Azərbaycan müstəqillik əldə etdikdən sonra xarici siyasətində etdiyi ciddi karrektə nəticəsində beynəlxalq birliyin bərabərhüquqlu dövlətinə çevrilə bildi. Artıq bir sıra nüfuzlu beynəlxalq təşkilatın üzvü olan Azərbaycan dünyanın aprıcı dövlətləri ilə qarşlıqlı faydalı əməkdalıq edir.

“Demokratiya” ilə cəzalandırılma metodu

24 Oktyabr 2017 14:02

İstənilən zorakılıq forması kimi “demokratiyanın” doğurduğu faciəvi sonluqlar da qeyri-təbii və zərərli təzahür formalarına görə cəzalandırılmalıdır. Zorakılıq aktı ayrı-ayrı şəxslərə deyil, bir çox ölkə və xalqlara tətbiq olunanda cəzanın maddəsi də dəyişilməlidir. Qərb demokratiyası Qərbin mənafeyinə uyğun rejimlərin yaradılması və hakimiyyətə gətirilməsi deməkdir. Milli dəyərləri nəzərə almayan istənilən azadlıq forması azadlıq yox, anarxiyadır.

Təhsildə yaş həddi götürülür

24 Oktyabr 2017 13:59

Azərbaycanın Əmək Məcəlləsinə dəyişikliklər ediləcək. Məlumata görə, Məcəllənin 4-cü maddəsinə ( bu Məcəllənin tətbiq edildiyi iş yerləri ) maddəsinə edilən dəyişiklikdə göstərilib ki, Azərbaycan Respublikasının qanunlarında müəyyən edilmiş dövlət büdcəsindən maliyyələşən müəssisələrində çalışmanın yaş həddi elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələrinə şamil edilmir.

Deputatımız beynəlxalq tədbirə qatılacaq

24 Oktyabr 2017 13:57

Oktyabrın 25-26-da Rusiyanın Rostov şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Mədəniyyət, təhsil və sosial məsələlər, həmçinin Hüquqi və siyasi məsələlər komitələrinin iclasları keçiriləcək. Bu barədə millət vəkili, Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında nümayəndə heyətinin rəhbəri Eldar Quliyev məlumat verib.

10 ildə 111 min fil qətlə yetirildi

24 Oktyabr 2017 13:58

 BMT-nin Vild Fauna və Flora (CITES ) Beynəlxalq Təhlükəsizliyi üzrə Konvensiyasının hesabatına  əsasən 2016 – cı ildə  40 ton fil qətlə yetirilib. Olaylar bildirir ki, hesabatda qeyd olunur ki, Afrikada 10 ildə 111 min filin qaçırılmasına səbəb onların dişləridi.

Yevgeni Yevtuşenkonun yaradıcılıq gecəsi keçirilib

24 Oktyabr 2017 13:56

Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində məşhur rus şairi Yevgeni Yevtuşenkoya həsr olunmuş ədəbi-bədii tədbir keçirilib. Olaylar bildirir ki, “Sodrujestvo” Cəmiyyətində keçirilən tədbirdə Fondun Bakı və Azərbaycan Yeparxiyası ilə birlikdə həyata keçirdiyi “Azərbaycan dilini öyrənirik” kursunun dinləyiciləri də iştirak ediblər.

Erməni iddialarına tutarlı cavab

24 Oktyabr 2017 13:54

“Müasir İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə“Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı törətdikləri soyqırımı faktlarının yerli və beynəlxalq ictimaiyyətə çatdırılması” layihəsi çərçivəsində ilk tədbirini Bakı Dövlət Universitetinin Tarix fakültəsində keçirib.

Daha bir raket fəzada yandı

24 Oktyabr 2017 13:51

Sovet dövründə buraxılmış daha bir radioelektron kəşfiyyat peyki Yerin atmosferində yanaraq öz fəaliyyət müddətini başa vurub. Məlumata görə, “Kosmos-1461” peykinin qalıqları Antarktida yaxınlarında okeana düşüb.

Ərdoğan ABŞ-ı terrorçulara dəstək verməkdə ittiham edib

24 Oktyabr 2017 13:48

“Viza böhranından emarqoların genişləndirilməsinə, terrorçuların himayə edilməsinə qədər ortaya qoyulan münasibət Türkiyənin doğru yolda olduğunu təsdiqləyir. Məsələn, buna nümunə strateji ortağımız ABŞ-dır. Dəfələrlə müzakirə aparmağımıza baxmayaraq, ABŞ Suriyada Rakka əməliyyatını PKK terror təşkilatının bətnindən ayrılmış uşağı olan PYD/YPG ilə birgə aparır”.

Milli Məclis oktyabrın 31-də yığışacaq

24 Oktyabr 2017 13:38

Milli Məclisin növbəti plenar iclası oktyabrın 31-də keçiriləcək. Bu barədə məlumatı Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu verib. A.Təvəkküloğlu bildirib ki, parlamentin növbəti iclasının gündəliyinə 35 məsələ daxil edilib. Gündəlikdə bir sıra qanunlara və sənədlər əlavə dəyişiklər də nəzərdə tutulur.