Gündəm
“Matilda” Azərbaycanda
Aleksey Uçitelin "Matilda” filmi Park Cinema kinoteatrında nümayiş olunacaq. Olaylar bildirir ki, film balerina Matilda Kseşinskinin Rusiyanın sonuncu imperatoru II Nikolayla münasibətlərindən bəhs edir. Rusiya Dövlət Dumasının deputatlarından biri və Rusiya Provaslav kilsəsinin nümayəndələri filmi Rusiya və din əleyhinə olmaqda, tarixi təhrif etməkdə ittiham edib.
Türkiyədə küçəyə çıxmaq yasaq edildi - NİYƏ?
Türkiyənin Mardin vilayətinin Ömərli rayonunda PKK terrorçuları ilə təhlükəsizlik qüvvələrinin əməkdaşları arasında atışma olub. Məlumata görə, atışma nəticəsində 2 hərbçi yaralanıb.
Etüdçü rəssamlar Şamaxıda
Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Vətənin tərənnümü” etüd müsabiqəsində fərqlənənlərin Şamaxı rayonunun Avaxıl kəndinə etüd turu baş tutub. Etüdçü rəssamlar təbiətin qoynunda olduqları zaman Şamaxının təbiətini tabloya köçürdüblər.
İspaniyadan İtaliyaya gələn avtobusda 800 kq narkotik tapıldı
İtaliyanın Neapol şəhəri yaxınlığında polis avtobusda 800 kiloqram narkotik vasitə aşkar edib. Məlumata görə, ilkin araşdırmalar əsasında belə qərar verilib ki, narkotik vasitələrlə yüklənmiş avtobus İspaniyadan yola salınıb.
Muzdla çalışan işçilərin sayı açıqlandı
2017-ci il oktyabrın 1-dək iqtisadi fəal əhalinin sayı 5 milyon 71,6 min nəfər olub, onlardan 4 milyon 821,2 min nəfərini məşğul əhali təşkil edib.
2 kiçik dövlət müəssisəsi və 8 qeyri-yaşayış sahəsi özəlləşdirildi
Dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac 24 oktyabr tarixində keçirilib. Hərracda 2 kiçik dövlət müəssisəsi və 8 qeyri-yaşayış sahəsi özəlləşdirilib. Bakı şəhəri üzrə 8 istifadəsiz qeyri-yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 2 kiçik dövlət müəssisəsi özəlləşdirilib.
Bakının mərkəzində yeniyetmələrə narkotik satılırmış?
Nəsimi rayonu, 1-ci mikrorayon, Asif Məhərrəmov küçəsi, 11A ünvanda yerləşən aptekdə satışı qadağan olunmuş, uyuşdurucu tərkibli “Tramadol” adlı dərman satılır. Bu fakt narkotik tərkibli dərmanlardan istifadə edən gənclərdən birinin anasının aptekdə çəkdiyi video görüntülərdən sonra bəlli olub. Görüntülərdən məlum olur ki, 14-15 yaşlı uşaqlar aptekdən bu dərmanları alır, biri elə aptekin qarşısında dərmanı qəbul edir.
Təzə Pir məscidinin ətrafında 2010 obyekt söküləcək
Bakı şəhərinin Baş Planının icrası ilə əlaqədar Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən “Sovetski” adlanan ərazidə köçürmə və daşınmaz əmlakın sökülməsi işləri davam etdirilir.
Ərdoğandan gənclərə məsləhət
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gənclərə müraciət edərək onları xarici dil öyrənməyə çağırıb. Ərdoğan gənclərin heç olmasa bir xarici dil bilməsinin vacib olduğunu deyib.
“Kanal 13”ün direktorunun məhkəməsində şahidlər dindirilib
Bakı Ağır Cinayətlər Məhkəməsində “Kanal 13” internet-televiziyasının direktoru Əziz Orucovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Prosesə hakim Mirzə Xankişiyev sədrlik edib.
Parlament sədri özünü müvəqqəti prezident təyin etdi
Oktyabrın 20-də Moldovanın Konstitusiya Məhkəməsi Nazirlər Kabinetinin prezidentin öz vəzifələrini yerinə yetirməkdən imtina etdiyi halda dövlət başçısı səlahiyyətlərinin başqa vəzifəli şəxs tərəfindən icra edilməsinin mümkünlüyü ilə bağlı sorğusuna baxıb. Məhkəmə prezident İqor Dodonun "müvəqqəti olaraq səlahiyyətlərini icra etmək qabiliyyətində olmadığını" və onun səlahiyyətlərinin parlament sədri və ya baş nazir tərəfindən icra edilə biləcyini açıqlayıb.
Canlı yayımda biabırçılıq: 12 yaşlı qızı uşağının atasını dəqiqləşdirmək üçün efirə çıxartdılar
Ukraynada yayımlanan ailə-məişət problemləri ilə bağlı veriliş dünya mediasının diqqətini çəkib. Verilişə 11 yaşında hamilə qalıb, 12 yaşında ana olanTanya adlı qız çıxarılıb. Tanya efirə kimdən hamilə olduğunu dəqiqləşdirmək üçün çıxarılıb. Belə ki, canlı yayımda onun DNT testinin cavabları açıqlanacaq.
Tuba Büyüküstün Asiya Film Festivalında - Münsif heyətində
Türkiyəli məşhur aktrisa Tuba Böyüküstün Los - Ancelesdə təşkil ediləcək Beynəlxalq Asiya Film Festivalının jüri heyətində iştirak edəcək. Olaylar bildirir ki, Tuba bu festivalda münsiflər heyətinin üzvü olan ilk türk olacaq. Asiya Film festivalı noyabrın 2 – nə kimi davam edecek.
SOCAR-ın təlim mərkəzində audit keçirilib
Oktyabrın 19-20-də SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzində Böyük Britaniyanın Dəniz Neft-Qaz Sənayesi üzrə Təlim Təşkilatının (OPITO) “Dənizdə təhlükəsizlik texnikasının əsasları və fövqəladə hallar şəraitində hazırlıq üzrə təlim” (BOSIET) kursunun tədrisinin icra vəziyyəti ilə əlaqədar monitorinq auditi keçirilib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Sarayevoda konfrans keçirəcək
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi noyabrın 20-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində “Balkanların Avropa gələcəyi” movzusunda konfrans keçirəcək. Bu barədə məlumat “OLAYLAR”-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən daxil olub.














