Gündəm
Kseniya Sobçak : “Krım Ukraynaya aiddir!”
"Rusiya və Ukrayna üçün indi əsas məsələ dostluğu bərpa etməkdir. Nəyin bahasına olursa olsun!", - bu sözləri mətbuat konfransında Kseniya Sobçak deyib. Prezidentliyə namizəd olacaq Kseniya Sobçak mətbuat konfransında həmçinin Krımın Ukraynaya aid olduğunu da dilə gətirib. "Beynəlxalq hüquqa əsasən Krım Ukraynaya aiddir. Rusiya “1994-cü il Budapeşt memorandumu”nu pozdu", - deyə teleaparıcı gözlənilmədən hamını təəccübləndirib.
Azərbaycan həqiqətləri amerikalı politoloqun təqdimatında
Multikulturalizm Mərkəzində tədqiqat təcrübəsi keçən ABŞ-dan olan jurnalist və siyasi araşdırmaçı Peter Teys Bosniya Herseqovinanın Travnik Universitetində Azərbaycan multikulturalizmi ilə bağlı mühazirə ilə çıxış edib. Olaylar bildirir ki, tədbir Universitetin 10 illik yubileyi ilə əlaqədar BBMM-in təşkilatçılığı və professor Dr. Sabahudin Hadzialicin təşəbbüsü ilə baş tutub. Peter Teys mühazirəsində Azərbaycanın multikultural dəyərləri, Dağlıq Qarabağ münaqişəsi və Ermənistan silahlı qüvvələri tərəfindən insanlıq əleyhinə törədilən cinayətlərdən bəhs edib. Mühazirədə eyni zamanda Azərbaycanın qədim arxitektura ənənələrinə, Memar Əcəmi Naxçıvani tərəfindən yaradılan abidələrin arxitektur baxımından unikallığı vurgulanıb.
ABŞ bu ölkəyə olan hərbi dəstəyini kəsdi - YENİ SANKSİYA DALĞASI GƏLİR
ABŞ Myanma ordusuna hərbi dəstəyini dayandırıb. Buna səbəb ordunun arakanlı müsəlmanlara qarşı tətbiq edilən zorakılıq hadisələrinə qarışması olub. Üstəlik, ABŞ tərəfindən Myanma ordusunda xidmət etmiş və hazırda edən ali səviyyəli hərbçilərə qarşı əlavə tədbirlər də görülüb. Bu barədə xarici işlər nazirliyinin sözçüsü Heter Nauret yazılı açıqlama verib.
“Qalatasaray”a ŞOK: Stadionunu bağlayırlar
Türkiyənin “Qalatasaray” klubunun “Türk Telekom Stadionu” bağlanacaq. Buna səbəb 22 oktyabrda “Qalatasaray”-“Fənərbaxça” matçında yan xətt hakimi Tarık Ongunun başına dəyən su şüşəsi olub.
Miqrasiya Xidməti 14 nəfərə səyyar xidmət göstərib
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərini asanlaşdırmaq və onlara müvafiq sənədlərin təqdim olunmasını təmin etmək, eləcədə müraciət edənlərin miqrasiya orqanlarında göstərilən xidmətlərdən məmnunluğunun artırılması məqsədilə Astara rayon Mərkəzi Kitabxanasında Lənkəran regional miqrasiya idarəsi növbəti səyyar xidmət həyata keçirib. “OLAYLAR”-ın Xidmətə istinadən verdiyi xəbərə görə, səyyar qəbul zamanı 14 nəfərə xidmət göstərilib. Belə ki, 11 nəfərə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim olunub və 3 şəxsə isə DMX-nin funksiyalarına aid olan xidmətlərlə bağlı qanunvericiliklə tələb olunan sənədlərin siyahısı verilib.
Yevlax-Ağcabədi çökəkliyində kompleks geofiziki kəşfiyyat işləri aparılıb
Geofizika və Geologiya İdarəsinin “Kəşfiyyatgeofizika” İstehsal bölümü “Azneft” İB-nin sifarişi əsasında Yevlax-Ağcabədi çökəkliyində regional profillər üzrə kompleks geofiziki kəşfiyyat işləri aparıb.
Bank sektoru üzrə yol xəritəsi hazırlanacaq
Maliyyə-bank sisteminin dayanıqlığının təmin edilməsinə, bank sistemi və onu əhatə edən iqtisadi və hüquqi infrastrukturda əsaslı keyfiyyət dəyişikliklərinə, qiymətli kağızlar və sığorta bazarının səmərəliliyinin artırılmasına və perspektiv inkişafına yönələn prioritet istiqamətlər açıqlanıb.
Rusiyada 6 nəfəri xilas edən azərbaycanlı polis: "Uşaqların çığırtısı hələ də qulağımdadır"
"Gecə saat 4 idi. Mən işdən, daha doğrusu növbədən qayıdırdım. Pervomaysk küçəsini keçəndə gördüm ev yanır. Əvvəl yanğınsöndürənlərə zəng elədim. Gördüm gecikirlər, içəri atıldım".
"Qadın ac balasına namus yedirə bilməz" - Azərbaycanlı aktrisadan ŞOK AÇIQLAMA
Aktrisa Könül Yusifqızı qadınları əxlaqsızlıqda günahlandıranlarla savaşa qalxdı. Hər zaman etdiyi açıqlamalarla gündəmi zəbt etməyi bacaran aktrisa yenidən diqqət mərkəzinə düşüb. Könülün sözügedən açıqlamasını təqdim edirik: "Kişi elə etməlidir ki, qadının xəyanət ağlından keçməsin. Tək qadın özü bilər nə edər. O sovetlər vaxtında idi namuslu qadın məfhumu, çünki sovetlər qadınının namuslu qalmasına dəstək olurdu.
Bürcləri gələn İL NƏ GÖZLƏYİR? Eşq, pul, iş... - Amerikalı ALİM AÇIQLADI
Amerika və hind tarixçisi, Arizona Universitetinin professoru, məşhur astroloq Syuzan Miller 2018-ci il üçün bürclərin illik proqnozunu hazırlayıb.
Nazir: "Ermənistan Suriya ermənilərini işğal olunmuş ərazilərə köçürməklə azərbaycanlıların evlərinə qayıtmasının qarşısını almaq istəyir"
"Beynəlxalq ictimaiyyətin hazırda üzləşdiyi miqrasiya böhranından təsirli çıxış yolları axtarılan zaman bəzi siyasi liderlərin əzab çəkən miqrantlardan öz maraqları üçün istifadə etmək cəhdlərinə xüsusi diqqət yetirmək böyük əhəmiyyət kəsb edir. Beynəlxalq humanitar hüququ, xüsusilə də 1949-cu il Dördüncü Cenevrə Konvensiyanı və Əlavə Protokolları kobud şəkildə pozaraq Suriyadan erməniləri Azərbaycanın işğal olunmuş ərazilərinə köçürmək məqsədi ilə Ermənistanın həyat keçirdiyi siyasət insan əzabından qeyri-qanuni məqsədlər üçün istifadə cəhdlərinin bariz nümunəsidir".
Yeni tamaşa hazırlanır
Gənc Tamaşaçılar Teatrında yeni tamaşa hazırlanır. Olaylar bildirir ki, H.X Andersenin “Qar kraliçası” əsəri əsasında hazırlanan eyni adlı tamaşanın rejissoru Elşad Rəhimzadə, rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı İradə Muradova, tamaşanın plastik həlli Ceyhun Dadaşov, rejissor assistenti Sona Mustafayevadır.
Dini radikalizmlə mübarizənin başlıca yolları müzakirə edilib
Oktyabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qazax Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda seminar-treninq keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan Qazax RİH başçısının müavini Gülayə Həsənova keçirilən tədbirin əhəmiyyətindən danışıb. O bildirib ki, keçirilən seminar-treninqlər cəmiyyətin, xüsusilə də gənclərin dini radikalizmə qarşı maariflənməsində əvəzsiz rol oynayır. G.Həsənova vurğulayıb ki, son dövrlər bəzi müsəlman ölkələrində baş verən münaqişələr dini radikalizm və məzhəb ayrı-seçkiliyinin nəticəsidir.
Metodistlər üçün işə qəbul üzrə müsabiqəsi keçirilir
Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzində çalışmaq arzusunda olan metodistlərin (mentorların) işə qəbulu üzrə müsabiqə elan edir. “OLAYLAR”-a idarədən daxil olan məlumata görə, müsabiqədə pedaqoji və ya idarəetmə üzrə ali təhsilli, 5 il pedaqoji iş təcrübəsi olan (elmi dərəcəsi olduqda 3 il), təhsilin təşkili və idarəolunması üzrə yerli və beynəlxalq sertifikatları, eləcə də mentoluq sertifikatı olan şəxslər iştirak edə bilərlər. Müvafiq tələblərə uyğun gələn namizədlər ərizə formasını dolduraraq, 28 oktyabr 2017-cı il tarixinədək [email protected] elektron poçt ünvanına göndərməlidirlər.
Əlilliyi olan şəxslərin stolüstü idman oyunları üzrə V Ümumrespublika yarışlarına başlanacaq
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “2017-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən, bu ay Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq şəraitində Əlilliyi olan şəxslərin stolüstü idman oyunları üzrə V Ümumrespublika yarışlarına başlanacaq.














