Gündəm
"Üzərində Ermənistan bayrağı olan avtomobil rəsmi avtosalondan alınmayıb" - Avtokapital-Azərbaycan
Bakının mərkəzi küçələrində üzərində Ermənistan bayrağının rəngləri olan "Mercedes-Benz" markalı avtomobillə bağlı "Mercedes-Benz"in Azərbaycandakı rəsmi distribütoru "Avtokapital-Azərbaycan" şirkəti açıqlama verib.
Bərzani QƏRAR VERDİ: 8 ay sonra...
Şimali İraq Kürd Muxtariyyətinin parlamenti noyabrın 1-nə təyin olunmuş prezident və parlament seçkilərini təxirə salıb. arlamentin qərarı ilə seçkilər 8 aydan sonar keçiriləcək.
Evdən pul aparan tutulub
Beyləqanda oğurluq hadisəsinin üstü açılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Beyləqan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 18-də rayonun Şərq qəsəbəsindəki evlərin birindən 4000 manat pul və danışıq kartları oğurlamaqda şübhəli bilinən qəsəbə sakini Şəmsi Əbilov tutulub. Araşdırma aparılır.
Avtomobildən telefon aparan yaxalanıb
Avtomobildən oğurluqda şübhəli bilinən Bakı şəhər sakini tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, sentyabrın 27-də Yasamal rayonu ərazisində 1 avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Məhəmməd Hüseynzadə Yasamal RPİ 29-cu PB-nin əməkdaşları tərəfindən tutulub. Faktla bağlı araşdırma aparılır.
Evdən 1600 manat aparan saxlanıb
1600 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari il avqustun 24-də rayon ərazisindəki evlərin birindən 1600 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Asif Ərzanalıyev tutulub.
Bakıda qaçırılan avtomobil Salyanda tapıldı
Avtomobil qaçırmaqda şübhəli bilinən Salyan rayon sakini tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, oktyabrın 18-nə keçən gecə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisindən qəsəbə sakini Cavad Əhmədova məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb.
Oğurluq və dələduzluqla məşğul olan şəxs ələ keçib
Oğurluqda və dələduzluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bolməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il yanvarın 21-dən oktyabrın 20-dək olan müddətdə şəhər ərazisində 3 avtomobildən, 2 mağazadan, 2 evdən akkumulyator, pul, geyim əşyaları, ərzaq məhsulları, tütün məmulatı, spirtli içki, su mühərriki və velosiped oğurlamaqda, habelə 2 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən şəhər sakini, Vasif Abbasov tutulub. Araşdırma zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib.
Müəllim və valideynlərin qəbulu keçiriləcək
Oktyabrın 27-də paytaxtın Nəsimi və Binəqədi rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.
Ermənistan İran ərazisində ekoloji fəlakət törədir
Ermənistan Araz çayına ağır maddələr, kimyəvi məhlullar axıtmaqla İranda ekoloji fəlakətə yol açır. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən Türkiyədə fəaliyyət göstərən Beynəlxalq Əsassız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksəl Gülbəy deyib ki, Araz çayının çirkləndirilməsi İranda xərçəng xəstəliyinin artmasına səbəb olur: “Xüsusilə bu mənfi tendensiya İranın Parsabad əyalətində açıq şəkildə hiss olunur.
Doktoranturaya qəbulda yenilik
Azərbaycanda doktoranturaya qəbulda yenilik olacaq. Məlumata görə, bununla bağlı “Təhsil haqqında” qanunun 23-cü maddəsinə (Doktorantura) dəyişiklik edilir. Dəyişikliyə əsasən, doktoranturaya əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərafdar çıxdığı beynəlxalq müqavilələrlə, “Elm haqqında” Qanuna və bu qanuna uyğun olaraq, habelə ali təhsil müəssisəsi ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanılan müqavilə əsasında həyata keçirilir.
Ukraynanın baş prokuroru: "Saakaşvili çevriliş hazırlayır”
Mixail Saakaşvilinin Ali Rada qarşısında mitinq keçirən tərəfdarları çevriliş etməyi planlaşdırırlar, lakin hakimiyyət buna imkan verməyəcək. RİA Novosti-nin məlumatına görə, belə bir bəyanatla Ukrayna baş prokuroru Yuri Luçenko çıxış edib. Luçenko onu da vurğulayıb ki, həmin qrup xaricdən maliyyələşir və bunu sübut edəcək. O həmçinin bildirib ki, dinc etiraz hüququ güc çevrilişi etmək üçün hazırlaşmaq anlamına gəlmir. Bu çevriliş planını isə təxminən 150-200 nəfərlik qrup başladıb. Baş prokurorun sözlərinə görə, həmin qrup avtomat silah əldə edərək güc metodları ilə hərəkət etmək niyyətindədir. Yuri Luçenko əlavə edib ki, "bu planlaşdırılmış çevrilişdə "vətəndaşlığı olmayan qastrolçular" da iştirak edirlər. Bunlar o şəxslərdir ki, Saakaşvili Odessa qubernatoru olarkən "qiymətli mədəniyyət xadimləri kimi" onlara ölkədə daimi yaşamağa icazə verilməsini rəsmiləşdirməyə nail olmuşdu.
Coğrafiya İnstitutu: Ağsu aşırımı tarazlığını tamamilə itirib
"Son zamanlar yağışların intensiv xarakter alması nəticəsində risk daşıyan ərazilərdə sürüşmələr intensivləşib. Həmin ərazilərdə nəinki sürüşmələr, digər təbiət hadisələrində də intensivlik müşahidə edilir. Bunun əsas səbəblərindən biri Azərbaycanda əhalinin sayının artması, insanların əvvəlki illərdən fərqli olaraq daha çox təhlükə daşıyan yamaclara, dağlıq ərazilərə meyl etməsidir”.
Fransada parklanmış 21 avtomobili yandırdılar
Fransada Limojedə naməlum şəxslər parklanma ərazisində olan 20-dən artıq avtomobili yandırıblar.Məlumata görə, parklanma ərazisi Fransanın "Enedis" şirkətinə aid olub.
Xəstəlik mənbəyi olan bu bitkilər ölkəyə buraxılmayacaq
Yaşıllıqların mühafizəsi məqsədi ilə genetik modifikasiya olunmuş, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının Azərbaycana gətirilməsinə və onun hüdudlarından kənara aparılmasına yol verilməyəcək.
Bu öldürən yeməkdən necə qorunmalı?
Bir çoxları zəhərlənmədən çəkindiyi üçün göbələk yemir. Halbuki bu tərəvəzin çox spesifik dadı və bəzi hallarda faydası var. Lakin sirr deyil ki, sıravi vətəndaşlar göbələyin zəhərli olduğunu ayırd etməkdə çətinlik çəkir və buna görə də sonda faciə yaşanır. Elə Abşeronda bir ailənin dörd övladından ikisinin göbələk zəhərlənməsindən dünyasını dəyişməsi, digərlərinin ömürlük əlil olması bu məsələdə bir daha ciddi siqnal oldu.














