Gündəm
Kimlərin ölkədən çıxmasına məhdudiyyət qoyulacaq?
Azərbaycan vətəndaşı olan və olmayan, o cümlədən əcnəbi olan bir qrup şəxsin ölkədən çıxması məhdudlaşdırılır. Məlumata görə, bununla bağlı Miqrasiya Məcəlləsinin 9-cu (Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getmək və ölkəyə gəlmək hüququ) və 17-ci (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasından getməsinin müvəqqəti məhdudlaşdırılması) maddələrinə əlavələr təklif olunur.
KİVDF müsabiqə elan etdi
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" ilə müəyyən edilmiş dövlət dəstəyinin prioritet sahələrinə uyğun olaraq aşağıdakı istiqamətlər üzrə fərdi jurnalist yazıları müsabiqəsini elan edir
Daha ucuz turizm xidmətləri təklif oluna bilər
Azərbaycanda turizm cəlbediciliyini yüksəltmək məqsədilə ölkənin regionlarında 2 və 3 ulduzlu və "hostel" tipli yerləşdirmə vasitələrinin, iaşə və əyləncə xidməti obyektlərinin yaradılması dövlət tərəfindən dəstəklənəcək.
Bu yumurtaları ƏSLA ALMAYIN! - Kənd yumurtası deyil, SAXTADIR
Saxta zeytun yağı, saxta pendirdən sonra indi də hiyləli yumurtalar bazarlarda peyda olub. Hiylənin kökünü tapandan sonra siz həm pulunuza qənaət edəcək, həm də sağlamlığınızı qoruyacaqsınız.
Gələn il üçün yaşayış minimumu və ehtiyac meyarı açıqlanıb
Azərbaycanda 2018-ci il üçün ehtiyac meyarının yuxarı həddi müəyyənləşib. Bununla bağlı müvafiq qanun layihəsi Milli Məclisə daxil olub. Qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının yuxarı həddi 116 manat məbləğində müəyyən edilib.
Növbəti dörd ildə birrəqəmli inflyasiya olacaq - PROQNOZ
Azərbaycan hökumətinin proqnozuna əsasən, 2017-ci ildə orta illik inflyasiya 13,2% təşkil edəcək. Bu, 2018-2021-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində əksini tapıb. Hökumətin proqnozlarına görə, 2018-ci ildə orta illik inflyasiya 6,1% olacağı təqdirdə, 2019, 2020 və 2021-ci illərdə bu göstərici müvafiq olaraq 4,3%, 3,1% və 3,1% olacaq.
Sürücülərə ŞAD XƏBƏR - Parklanma müddəti dəyişdirilir
Azərbaycanda nəqliyyat vasitəsi istifadəçiləri üçün parklanma müddəti ilə bağlı dəyişiklik edilir. Məlumata görə, bununla bağlı “Yol hərəkəti haqqında” qanuna yeni dəyişikliklərin edilməsi təklif edilir.
Fond növbəti fərdi jurnalist yazıları müsabiqəsi elan edib
Oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Azərbaycan hökuməti növbəti dörd ildə neftin 10 dollar ucuzlaşacağını proqnozlaşdırır
Azərbaycan hökumətinin proqnozuna əsasən, 2017-ci ildə dünya bazarında neftin 1 barrelinin orta qiyməti 50 dollar təşkil edəcək. Bu, 2018-2021-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində əksini tapıb. Hökumətin proqnozlarına görə, 2018-ci ildə "qara qızıl"ın orta qiyməti 45 dollar olduğu halda, 2019, 2020 və 2021-ci illərdə isə bu rəqəm 40 dollar olacaq.
XİN: meksikalı deputatların Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri araşdırılır
Meksika parlamentində Ermənistanla dostluq qrupun rəhbəri Cuata Dominqez Blanca Marqarita, həmin qrupun üzvü Garcia Bravo Maria Cristina Teresa və onları müşayiət edən digər şəxsin Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfəri məsələsi araşdırılır.
Əliqismət Lalayev Beynəlxalq mükafata layiq görüldü
Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev daha bir Beynəlxalq mükafata layiq görülüb. Dövlət Musiqili Teatrının Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Olaylar – a bildirirb ki, Ə. Lalayev Təbriz Teatrının Xatirə medalı ilə təltif olunub. Mükafat SSRİ Xalq artisti Fikrət Əmirovun ölməz musiqiləri və “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan “999-cu gecə” Beynəlxalq layihəsinin təbrizli aktyor Camal Saqinejadın iştirakı ilə nümayişindən sonra təqdim olunub.
Bu il vətəndaşlar öz hesabına 8 mindən çox ev tikib
2017-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda vətəndaşların vəsaiti hesabına ümumi sahəsi 1 milyon 228,7 min kvadrat metr olan 8,5 min fərdi yaşayış evi istifadəyə verilib. Fərdi yaşayış evlərinin 447,8 min kvadrat metri və ya 36,4 faizi kənd yerlərində tikilib. Əhalinin vəsaiti hesabına tikilmiş fərdi yaşayış evlərinin orta ümumi sahəsi 143,9 kvadrat metr olub.
Qaçan məhbusları hansı cəza gözləyir?
Məhbusların Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonda Bakıya gətirilərkən paytaxtda nəzarətdən yayınaraq qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 304.2-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.
Kəmaləddin Heydərov BMT-nin rezident əlaqələndiricisi ilə görüşüb
Azərbaycan fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov oktyabrın 24-də BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi və UNDP-nin Azərbaycan Respublikası üzrə rezident nümayəndəsi Qulam İshaqzai ilə görüşüb. FHN-dən “Olaylar”a verilən məlumata görə, nazir Kəmaləddin Heydərov rəhbərlik etdiyi qurumun beynəlxalq təşkilatlarla, o cümlədən BMT ilə əməkdaşlığına böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb və gələcəkdə də bu münasibətlərin inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.
“Zəng”in Adana uğuru
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı Türkiyənin Adana şəhərində baş tutan IV Şəhər Teatrları Görüşü Festivalında iştirak edib. Olaylar bildirir ki, Kukla Teatrı beynəlxalq festivalda “Zəng” adlı mono-tamaşa ilə çıxış edib. Tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubovadır. Teatrın aparıcı aktyoru Rəhim Rəhimovun ifa etdiyi səhnə işi həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulub. Ailədə valideynlərə olan münasibətdən bəhs edən tamaşa izləyicilərdə valideynləri unutmamaq, onları diqqətdən kənarda saxlamamaq kimi müsbət keyfiyyətlər aşılayır.










.jpg)



