Əliqismət Lalayev  Beynəlxalq mükafata layiq görüldü

Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev daha bir Beynəlxalq mükafata layiq görülüb. Dövlət Musiqili Teatrının Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Olaylar – a bildirirb ki, Ə. Lalayev Təbriz Teatrının Xatirə medalı ilə təltif olunub. Mükafat SSRİ Xalq artisti Fikrət Əmirovun ölməz musiqiləri və “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan “999-cu gecə” Beynəlxalq layihəsinin təbrizli aktyor Camal Saqinejadın iştirakı ilə nümayişindən sonra təqdim olunub.

Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev daha bir Beynəlxalq mükafata layiq görülüb. Dövlət Musiqili Teatrının Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Olaylar - a bildirirb ki, Ə. Lalayev Təbriz Teatrının Xatirə medalı ilə təltif olunub. Mükafat SSRİ Xalq artisti Fikrət Əmirovun ölməz musiqiləri və "Min bir gecə" nağıllarının motivləri əsasında hazırlanan "999-cu gecə" Beynəlxalq layihəsinin təbrizli aktyor Camal Saqinejadın iştirakı ilə nümayişindən sonra təqdim olunub. Təqdimatdan öncə çıxış edən İranın məşhur komediya aktyoru, Təbriz Teatrının rəhbəri, İran İslam Respublikası Şərqi Azərbaycan Teatr Assosiasiyasının sədri Babək Nəhreyn Musiqili Teatrla rəhbərlik etdiyi teatr arasındakı mədəni əlaqələrdən söz açıb.

Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev B. Nəhreynə təşəkkür edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31