XİN: meksikalı deputatların Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri araşdırılır
Meksika parlamentində Ermənistanla dostluq qrupun rəhbəri Cuata Dominqez Blanca Marqarita, həmin qrupun üzvü Garcia Bravo Maria Cristina Teresa və onları müşayiət edən digər şəxsin Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfəri məsələsi araşdırılır.
24 Oktyabr 2017 16:15 SiyasətMeksika parlamentində Ermənistanla dostluq qrupun rəhbəri Cuata Dominqez Blanca Marqarita, həmin qrupun üzvü Garcia Bravo Maria Cristina Teresa və onları müşayiət edən digər şəxsin Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfəri məsələsi araşdırılır.
Bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. O qeyd edib: "Bu xüsusda, Azərbaycan Respublikasının Meksikadakı səfirliyinə də müvafiq təlimat verilib".