Gündəm

Diplomat: "Digər uşaqlarla bağlı İraq hökuməti Azərbaycanla iş aparır”

24 Oktyabr 2017 17:53

raqda saxlanılan azərbaycanlı uşaqlardan biri Azərbaycana gətirilib. Bunu İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fadil Avad Əl Şuveyli deyib. O, azyaşlının Azərbaycan hakimiyyət orqanlarına təhvil verildiyini qeyd edib: “Digərləri ilə bağlı məsələ isə təhlükəsizlik məsələsidir və heç nə deyə bilmərəm. İraqhökuməti bu sahədə Azərbaycanla iş aparır”. 

Balıqtutan cihazların Azərbaycana gətirilməsi qadağan olunur

24 Oktyabr 2017 17:52

Kiçik ilgəkli balıqtutan torların, balığı elektrik cərəyanı vasitəsilə ovlamaq üçün istifadə edilən balıqtutan cihazların Azərbaycana gətirilməsinə qadağa qoyulur. “Olaylar” xəbər verir ki, bununla bağlı “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanuna dəyişiklik edilir.

Silahı polisə könüllü olaraq təhvil verib

24 Oktyabr 2017 17:52

Paytaxt sakinləri tapdıqları odlu silahı polisə təvvil veriblər. DİN-dən “Olaylar”a verilən məlumata görə, Bakı şəhər sakini Mahir İsgəndərov tapdığı “Naqan” markalı tapançanı və 2 ədəd 7,62 çaplı patronu könüllü olaraq təhvil verib. Həmçinin aparılan profilaktiki tədbirlər nəticəsində Bakı şəhər sakini Mahir İsgəndərov Yasamal rayonu ərazisindəki qəbristanlıqdan tapdığı “Naqan” markalı tapançanı və 2 ədəd 7,62 çaplı patronu könüllü olaraq 28-ci PB-yə təhvil verib.

Bakcell-in sponsorluğu ilə Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının ilk beynəlxalq konfransı keçirilib

24 Oktyabr 2017 17:50

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinın sponsorluğu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı Bakıda “Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı: İnkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans təşkil edilib.

Ermənistan vətəndaşı Azərbaycana keçmək istəyir

24 Oktyabr 2017 17:47

Ermənistanda ədalətsizliyin qurbanı olan Qafan şəhər sakini Andranik Qevorqyan Azərbaycana keçməyə hazırlaşır. Bu barədə Andranik Qevorqyan armtimes.com-un müxbirinə bildirib. 2014-cü ildə Gürcüstanın Kabuleti şəhərində 2 Ermənistan vətəndaşı onun 3100 ABŞdollarını aldatma yolu ilə mənimsəyib. Batumi şəhərində isə ona qarşı sui-qəsd cəhdi olub. O, Gürcüstana maşın almaq məqsədilə gedib və belə bir hadisə ilə üzləşib.Ermənistana qayıdaraq dəfələrlə polisə müraciət etsə də, cinayət işi açılmayıb. Polisin Maştots şöbəsində onu ölümlə hədələyiblər. 

ABŞ-ın Gürcüstandakı hərbi bazasına silahlı hücum

24 Oktyabr 2017 17:45

ABŞ-ın Gürcüstanda yerləşən “Fort Stewart” adlı hərbi bazasına hücum edilib. Kimliyi məlum olmayan bir qadın hərbi bazaya odlu silahdan atəş açıb. Bazanın sözçüsü Kevin Larson hücumun dünən günorta saatlarında baş verdiyini deyib. Qadın polis tərəfindən saxlanılıb. Hadisə zamanı ölən və ya yaralan olmadığı bildirilib. Hücumun hansı məqsədlə həyata keçirildiyi açıqlanmayıb.

Avropadakı yaşlıların hər beş nəfərindən biri yatalaq olacaq

24 Oktyabr 2017 17:44

Elm adamları 2047-ci ildə Avropada yaşayan hər 4 yaşlı qadından və hər 6 kişidən 1-nin yatalaq və ya ağır xroniki xəstəliklərə tutulacağını açıqlayıb. Bu barədə “BMJ Open” dərgisi məqalə yayımlayıb. Məqalə Rusiya Elmlər Akademiyasının üzvü Sergey Şerbov və komandası tərəfindən hazırlanıb.

Medvedev İrəvana gəldi: Sarkisyan və rəqibi ilə təkbətək GÖRÜŞ

24 Oktyabr 2017 17:43

Rusiyanın baş naziri Dmitri Medvedev İrəvana səfər edib. Medvedevi “Zvartnos” hava limanında Ermənistanın baş naziri Karen Karapetyan qarşılayıb. Rusiya baş nazirinin Ermənistana səfərinin məqsədi oktyabrın 25-də keçiriləcək Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etməkdir.

Dələduzluqda təqsirləndirilən müstəntiq məhkəmə zalından azadlığa buraxılıb

24 Oktyabr 2017 17:39

Səbail rayon Məhkəməsində dələduzluq və digər cinayətdə təqsirləndirilən Bakı şəhər Prokurorluğunun müstəntiqi Müşfiq Abbasovun məhkəməsi başlayıb. Məlumata görə, iclasda onun vəkili həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatət qaldırıb. Vəsatəti təmin olunub və o, azadlığa buraxılıb. Onun barəsində olan həbs qərarı ev dustaqlığı ilə əvəzlənib. M. Abbasov ittiham üzrə özünü təqsirli bilmədiyini deyib. Məhkəmə bir müddət əvvəl başlayıb.

Məmur 12 yaşlı qıza təcavüz etdi, məktəbi yandırdılar - Cənubi Azərbaycanda

24 Oktyabr 2017 17:32

Etirazçılar Cənubi Azərbaycanın Urmiya şəhərində yerləşən qızlar məktəbini yandırıblar. Buna səbəb ötən gün məktəb rəsmisinin 12 yaşlı məktəbli qıza təcavüz etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumat olub. 

Lotu Quli” həbsdən çıxıb? - Rəsmi açıqlama

24 Oktyabr 2017 17:31

Bu gün bəzi yerli KİV-lərdə “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun azadlığa çıxması ilə bağlı məlumat yayılıb. Məlumatı dəqiqləşdirmək üçün Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqovla əlaqə saxlayıb. 

Ukrayna Saakaşviliyə sığınacaq vermədi - Ekstradisiya oluna bilər

24 Oktyabr 2017 17:11

Ukraynanın Mixail Saakaşvilini ekstradisiya etmək hüququ var, bu proseduru həyata keçirmək üçün heç bir maneə yoxdur. Məlumata görə, bunu Ukraynanın baş prokuroru Yuriy Lutsenko bildirib.

Ermənistan 22 mindən çox suriyalı qaçqına sığınacaq verib

24 Oktyabr 2017 17:08

Suriyada münaqişə başlayandan Ermənistan bu ölkədən 22 mindən çox qaçqına sığınacaq verib. Məlumata görə, bunu İtaliyada ATƏT-in Aralıq dənizi konfransında Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib. Onun sözlərinə görə, Ermənistan qəbul edilən suriyalı qaçqınların sayına görə Avropada üçüncü ölkə olub.

İNANILMAZ: Üzündə heç bir yara yoxdu, dayanmadan qanayır

24 Oktyabr 2017 17:07

İtalyada 21 yaşlı qızın üzü dayanmadan qanayır. 21 yaşlı qız təcili olaraq xəstəxanaya yerləşdirilib. Dərisində heç bir zədələnmə olmadığı halda üzü, alnı qanayan qız 3 ildən çoxdur bu xəstəlikdən əziyyət çəkdiyini deyib. Pasiyent dəfələrlə həkimlərə müraciət etsə də, dəqiq diaqnoz qoymaq mümkün olmayıb. Qız deyir ki, qanaxma qəfil başlayır və tam olaraq 5 dəqiqə dayanmadan davam edir. Əsasən gərginlik və stress anında yaşanan hadisə son günlərdə tez-tez baş verir.

Nəsimi rayonunda Milli Qəhrəman Yusif Mirzəyevin xatirəsi anılıb

24 Oktyabr 2017 16:50

“Yeniyetmə və gənclər arasında vətənpərvərlik təbliğatının aparılması məqsədilə tədbirlərin təşkili” layihəsi çərçivəsində Milli Qəhrəman Mirzəyev Yusif Vəli oğlunun adını daşıyan 44 saylı tam orta məktəbdə tədbir keçirilib.