Gündəm
“Sharp” şirkəti yeni smartfonunu təqdim edib
Yaponiyanın “Sharp” şirkəti kifayət qədər yığcam ekranla təchiz edilmiş və “Android” mobil əməliyyat sisteminin ən son versiyası ilə işləyən “Aquos R” smartfonunu təqdim edib.
Qadınların bu addımı kişilərin ölüm RİSKİNİ ÇOXALDIR
Məlum olub ki, övlad sahibi olan qadınlardan alınan və kişilərə köçürülən qan təhlükəlidir. Hollandiyada bununla bağlı araşdırma aparılıb. Nəticələr göstərib ki, qadınların kişilərə qan verməsi ciddi sağlamlıq problemlərinə gətirib çıxarır.
Miqrenin ən mühüm səbəbini bilirsinizmi?
Mütəxəssislər miqrenə qarşı nizamlı yuxu, balanslı qidalanma, idman etmək və gündə 2-3 litr su içmәyi tövsiyə etmәklә yanaşı, stress, əsən havalar, parlaq işıq, yüksək səsli şəraitlər və kəskin qoxulardan uzaq durmağı zәruri hesab edirlər.
"Açıq geyinib müştəri axtarırlar" - Nisədən müğənnilərə
Xalq artisti Nisə Qasımova açıq-saçıq geyinən müğənniləri tənqid edib. Məlumata görə, müğənni “ATV maqazin onlarla” verilişində deyib ki, bir çoxları soyunaraq özünə sevgili tapmağa çalışır: “Nə qədər açıq geyinsən, yaxan, ayağın açıq olsa, ayıbdır. Açıq-saçıq geyinərək, ayaqlarını nümayiş etdirərək sevgili, müştəri axtarırlar. Biri adını sponsor, biri sevgili qoyur. Biri də deyir arvadından boşatdıracam, gələcəkdə ərim olacam. Sənin peşən müğənnilikdir. Gərək onda həkim də soyunsun? Desin, mənə hər şey olar? Elə düşünməsinlər ki, xanımların geyimlərinə irad tutur, bəyənmirəm”.
Burakın əngəllədiyi rus model danışdı: "Sevgilim var"
Aktyor Burak Özçivitin şəkillərinə yazdığı şərhlərə görə izləyicilərin “hücumu”na məruz qalan rus model Viktoriya Bonya danışıb. Model aktrisa Fahriye Evcenin onu əngəlləməsini Burakdan istəməsindən sonra açıqlama ilə çıxış edib.
Nəhayət, "Şeytan üçbucağı"nın sirri açıldı
Atlantik okeanında sirliliyi, müəmmalılığı ilə məşhur olan Bermud üçbucağı bölgəsi havadakı anomaliyalara görə təhlükəlidir. Bunu ABŞ-ın Kolorado ştat universitetinin metereoloqları bildiriblər.
Arıqlamaq istəyənlər üçün SADƏ QAYDALAR
Hazırda dünyada ən çox yayılmış problemlərdən biri həddindən çox kilo almaqla bağlıdır. Buna görə demək olar ki, əksəriyyət arıqlamaq üçün müxtəlif vasitələrdən istifadə etsə də, nəticəsi müsbət olmur. Ailem.az arıqlamaq istəyənlərin əməl etməli olduğu müəyyən qaydalar barədə məlumat verir.
Müxtəlif ağrı və iltihabı müalicə edən vasitə: KƏLƏM YARPAĞI
Keçmişdə nənələrimiz təbii vasitələrin köməyi ilə çox uğurla müxtəlif xəstəlikləri müalicə edirdilər. Kələm yarpağı belə müalicəvi vasitələrdən biridir. Təzə kələm yarpağının köməyi ilə əsasən müxtəlif ağrı və iltihabları müalicə edirdilər. Belə ki, baş ağrısı zamanı nənələrimiz kələm yarpağını əzib alın nahiyəsinə qoyurdular və bu "kompres"lə uzanırdılar. Bir müddətdən sonra ağrı azalırdı.
Soyuq deyil, mikroblar xəstə edir
Qış mövsümüylə birlikdə havaların yaxşıca soyuduğu günlərdə xəstəliklərin sayında əhəmiyyətli dərəcədə artım baş verir. Soyuqdəymə, qrip demək olar ki, qış mövsümünün ən çox rast gəlinən xəstəlikləri arasında yer alır.
Qrip və soyuqdəymə arasındakı fərqlər
Ağrı: Qrip boğaz, baş, əzələ ağrıları kimi əlamətlərlə özünü göstərir. Əlamətləri 48 saat içərisində başlayır və antiviral dərmanlarla müalicəyə dərhal başlanması lazımdır. Təxminən 5 gün içərisində özünüzü daha yaxşı hiss etməyə başlasanız da, bir həftə və ya daha uzun müddət halsızlıq problemi yaşaya bilərsiniz. Soyuqdəymədə isə ümumiyyətlə daha az ağrı və burun tıxanıqlığı ilə özünü göstərir və bir həftə içərisində sağalır.
Sətəlcəm xəstəliyi nədir?
Sətəlcəm bir və ya hər iki ağciyərdə iltihaba səbəb olan alt tənəffüs sistemi ağciyər infeksiyasıdır. Bu ifeksiya həftələrlə davam edən və ənənəvi müalicəyə cavab verməyən qripə bənzər simptomlara səbəb olur. Sətəlcəm fərqli şəkillərdə ola bilər.
Lənkəran sakinlərinə şad xəbər - Prezident İlham Əliyev 2,1 milyon manat ayırdı
Prezident İlham Əliyev Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
"Heç vaxt bu adda əməkdaşımız olmayıb" - Təhsil Nazirliyi
Təhsil Nazirliyi əməkdaşının həbs olunması barədə olan xəbərləri təkzib edib. Qurumun sektor müdiri Cəsarət Valehov qeyd edib ki, Təhsil Nazirliyi Aparatının nəinki indi, heç vaxt bu adda qadın əməkdaşı olmayıb: "Xəbər yayılıb ki, Təhsil Nazirliyinin qadın əməkdaşı həbs olundu. Özü də istinadsız, sorğusuz və indiki zaman formasında. Ancaq tam məsuliyyətlə bildiririk ki, Təhsil Nazirliyi aparatının nəinki indi, heç vaxt bu adda məsul və ya qeyri-məsul qadın əməkdaşı olmayıb".
Cavid Osmanov: Ölkəmizi daha uğurlu perspektivlər gözləyir
“Azərbaycanın zəngin karbohidrogen ehtiyatlara malik olması və bundan səmərəli istifadə etmə təcrübə əldə etməsi D-8 tərəfləri üçün cəlbedicidir”. Bu fikri Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Eldar İbrahimov: Azərbaycan əlverişli coğrafi mövqeyə və çoxşaxəli tranzit imkanlarına sahibdir
“Azərbaycan regionda əlverişli coğrafi mövqeyə və çoxşaxəli tranzit imkanlarına sahibdir”. Bu fikri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib.














