Gündəm
Prezident hökuməti buraxdı
Almaniya prezidenti Frank Valter Ştaynmayer hökuməti buraxıb. Mərasim prezidentin rəsmi iqamətgahı sayılan “Belvü” sarayında keçirilib. Frank Valter Ştaynmayer bundan əvvəl kansler Angela Merkeldən Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək hökumət başçısı vəzifəsini icra etməyi xahiş edib.
Dollar və avro bahalaşdı Gürcüstanda
Gürcüstanda dolların lariyə olan məzənnəsi 4 tetriyə qədər bahalaşıb. Gürcüstanın Milli Bankı xəbər verir ki, oktyabrın 25-nə müəyyən olunmuş məzənnəyə əsasən, 1 ABŞ dolları 2,5206 lari təşkil edir.
Çovdarovu süni nəfəs aparatından ayırdılar
Gürcüstanın Marneuli rayonunun Qızılhacılı kəndində odlu silahdan açılmış atəş nəticəsində yaralanmış Ceyhun Çovdarov bu gün süni nəfəs aparatından ayrılıb. Həkimlər onun həyatı üçün təhlükə olmadığını bildiriblər. Yaralının yaxın dostu Ayaz Məmmədov məlumat verib. A.Məmmədov deyib ki, C. Çovdarov həmin hadisədən sonra oktyabrın 24-də ilk dəfə olaraq gözlərini açıb. Həkimlər onu bir daha müayinə ediblər və həyatı üçün təhlükənin olmadığı məlum olub. Bu səbəbdən də həkimlər Ceyhun Çovdarovu süni nəfəs aparatından ayırıblar.
61 yaşlı şəxs insanlara atəş açdı
ABŞ-ın Kaliforniya ştatında 61 yaşlı Alan Eşmor evlərə, avtomobillərə, iki yanacaqdoldurma stansiyasına və çaxır zavoduna nizamsız atəş açıb. Hadisə zamanı iki nəfər ölüb. Habelə bir qadın və hadisə yerinə gələn polis əməkdaşlarından biri yaralanıb. Cinayətkar həbs edilib. Leyk dairəsinin polis rəsmisi Martin Brayan bildirib ki, Alan Eşmor ola bilsin, kiçik yanğın hadisəsində də təqsirkardır.
Tanınmış kəşfiyyatçı faciəvi şəkildə öldü Bakıda
Bakıda ölüm hadisəsi baş verib. Hadisə Səbail rayonu, “Oksford” məktəbi ilə üzbəüz yerləşən hərbçilərin yaşadığı binada qeydə alınıb. Qarabağ müharibəsi iştirakçısı, II qrup əlil, 1957-ci il təvəllüdlü Hüseynov Əlihüseyn Ələsgər oğlu binanın üstündən yıxılaraq yerə düşüb və hadisə yerindəcə vəfat edib.
Aleksandr Bondarev tələbələrə mühazirə oxudu
Moskva Dövlət Linqvistik Universitetinin Ədəbiyyat kafedrasının müdiri, professor və yazıçı Aleksandr Petroviç Bondarev Azərbaycan Dillər Universitetində universitet rəhbərliyi və professor-müəllim heyəti ilə bir sıra görüşlər keçirib. Olaylar bildirir ki, ADU və MDLU arasında təhsil və elm sahəsində əməkdaşlığın əsas istiqamətlərinin müzakirə olunduğu, ADU-nun Rusiyaşünaslıq, Azərbaycanşünaslıq və digər elmi-tədqiqat laboratoriyalarının əməkdaşlarının iştirak etdiyi görüşlərdə A.P.Bondarev ADU-da olmaqdan xeyli məmnun olduğunu bildirib. Bir sıra beynəlxalq tədbirlərin iştirakçısı olduğunu deyən dilçi alim Azərbaycanda özünü səmimi mühitdə hiss etdiyi üçün daha rahat olduğunu sözlərinə əlavə edib.
"Kəpəz" hazırlıqlara başlayıb
"Kəpəz" Topaz Premyer Liqasının 10-cu turunda qarşılaşacağı “İnter”lə oyununun hazırlıqlarına start verib. Məlumata görə, “Neftçi”yə qarşı matçdan sonra bərpaedici prosedurdan keçən komanda üzvləri bir gün istirahət edərək bu gündən məşqlərə başlayıblar.
Feysbukdan KİV-ə "qara xəbər" - Keçidlər ödənişli olacaq
Dünyanın ən populyar sosial şəbəkəsi hesab olunan feysbuk yeniliklər etməyə davam edir. Feysbukun xəbər lentinin ("News Feed") aktivləşdirməsi KİV-lərin paylaşım və oxunma statistikasının 4 dəfəyə qədər zəiflədib. Bu yaxın günlərdə Azərbaycanın KİV-ləri üçün də problem yaradacaq. Alqoritm sınaqdan keçirildiyindən KİV-lərin feysbukda xəbərlərinə göstərilən reaksiya, xüsusilə də oxunma statistikası dəfələrlə azalır.
“WhatsApp” qrup şəklində səsli və video zəngləri sınaqdan keçirir
"WhatsApp" messenceri "iOS" əməliyyat sistemi ilə işləyən mobil qurğular üçün qrup şəklində səsli və video zənglər funksiyasını sınaqdan keçirir. Bu haqda "iPhone" üçün proqramın son beta-versiyasında aşkar edilmiş koda istinad edən "WABetaInfo" portalı məlumat verib.
“HTC U11 Plus” smartfonunun şəkilləri dərc edilib
“HTC” şirkətinin tezliklə qabaqcıl “U11” smartfonunun yenilənmiş “U11 Plus” versiyasını təqdim edəcəyi gözlənilir. Hazırda isə Çin Telekommunikasiya Avadanlığı Sertifikatlaşma Mərkəzi (TEENA) şirkətin yeni smartfonunun şəkillərini təqdim edib.
“Google” şirkəti “Pay with Google” ödəmə xidmətini istifadəyə verib
Yeni xidmət internet mağazalarda bank kartının məlumatlarının daxil edilməsini və çatdırılma ünvanını tələb etmir. “Pay with Google” xidməti “Google Account”, “Google Play” və “Android Pay” profillərindən istifadəçi haqda məlumatları toplayır. Beləliklə, rekvizitləri təkrar daxil etmədən satınalma həyata keçirilir.
Növbəti ildə fərdi elektron qurğuların satışı 2 faiz artacaq
“Gartner” analitik şirkəti 2018-ci ildə dünyada 2,35 milyard fərdi kompüter, planşet və smartfon satılacağını proqnozlaşdırır. Bu, 2017-ci ilin göstəricisindən 2 faiz çoxdur.
“3G” şəbəkəsini dəstəkləyən əfsanəvi “Nokia 3310” telefonu satışa çıxarılıb
Operatorların ikinci nəsil mobil rabitə şəbəkələrindən imtina edərək yeni standartlara tam keçməsi “Nokia” şirkətini əfsanəvi düyməli “Nokia 3310” telefonunu yeniləyərək onu “3G” şəbəkəsi ilə təmin etməyə məcbur edib.
Optik lif öncədən zəlzələləri proqnozlaşdıracaq
Stenford Universitetinin alimləri hesab edirlər ki, yüksəksürətli internetin ötürülməsi üçün istifadə edilən optik lif gələcəkdə zəlzələlərin aşkar edilməsi və tədqiqi üçün istifadə edilə bilər. Stenford Universitetində geofizika professoru Biondo Biondi deyib ki, beləliklə, milyardlarla datçikdən ibarət ucuz rəsədxana yaratmaq olar. Bunun üçün alimlər tərəfindən hazırlanmış texnologiya fiber-optik xətlərin yerdəyişməsini təhlil etməklə seysmik fəallığı qeydə alır.
Robot polis sınaqdan keçirilib
Pekin yol polisi sürətli şosedə qanunsuz parklanma və təcili xidmətlər üçün zolaqla sürmə kimi yol hərəkəti qaydalarının pozulmasının müəyyənləşdirilməsi üçün nəzərdə tutulan patrul robotunu sınaqdan keçirib.














