Aleksandr Bondarev tələbələrə mühazirə oxudu

Moskva Dövlət Linqvistik Universitetinin  Ədəbiyyat kafedrasının müdiri, professor və yazıçı Aleksandr Petroviç Bondarev Azərbaycan Dillər Universitetində  universitet rəhbərliyi və professor-müəllim heyəti ilə bir sıra görüşlər keçirib. Olaylar bildirir ki, ADU və MDLU arasında təhsil və elm sahəsində əməkdaşlığın əsas istiqamətlərinin müzakirə olunduğu, ADU-nun Rusiyaşünaslıq, Azərbaycanşünaslıq və digər elmi-tədqiqat laboratoriyalarının əməkdaşlarının iştirak etdiyi görüşlərdə A.P.Bondarev ADU-da olmaqdan xeyli məmnun olduğunu bildirib. Bir sıra beynəlxalq tədbirlərin iştirakçısı olduğunu deyən dilçi alim Azərbaycanda özünü səmimi mühitdə hiss etdiyi üçün daha rahat olduğunu sözlərinə əlavə edib.

Daha sonra MDLU-da rəhbəri olduğu Ədəbiyyat kafedrasının fəaliyyət istiqamətləri, professor-müəllim heyəti haqqında iştirakçılara ətraflı məlumat verən A.P.Bondarev pedaqoji fəaliyyətinin onun elmi araşdırmalar və tezislərində, eyni zamanda həyatında əhəmiyyətli rolunun olduğunu bildirib.

Müxtəlif ədəbi cərəyanlar, tərcümə sahəsində mövcud yeniliklərə də toxunan dilçi alim Filologiya və jurnalistika fakültəsinin tələbələrinə "Ares və Edip: dünya mədəniyyətinin iki qütbü" adlı mühazirə oxuyub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31