Gündəm
Türkiyədə Meral Akşenerin liderliyi ilə yeni siyasi partiya qurulub
Türkiyədə sabiq daxili işlər naziri, Böyük Millət Məclisinin keçmiş sədr müavini Meral Akşenerin başçılığı ilə yeni siyasi partiyanın qurulduğu elan olunub. M. Akşener bu gün səhər saatlarında Daxili İşlər Nazirliyinə gedərək partiyanın quruluş sənədlərini nazirliyin rəsmi şəxslərinə təqdim edib. Yeni partiyanın adı “İyi Parti” (Yaxşı Partiya) olacaq. Partiyanın sloqanı belədir: “Türkiye iyi olacak”.
Kamran Əliyev: “Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparılması üçün möhkəm siyasi iradə var”
Baş prokurorun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Hüquq-mühafizə orqanları şəbəkəsinin 8-ci görüşü keçirilib. Tədbir Baş prokurorun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Antikorrupsiya şəbəkəsinin təşkilatçılığı ilə baş tutub.
Braziliyada türk və Latın Amerikası mədəniyyəti bir arada
Braziliyada Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY-un dəstəyi, Azərbaycan, Türkiyə və Qazaxıstanın Braziliyadakı səfirliklərinin, Braziliya Federativ Respublikasının Milli Konqresinin Federal Senatının təşkilatçılığı ilə "Türk və Latın Amerikası mədəniyyəti, tarixi və ənənələrinə kontinental, regional, elmi yanaşma" mövzusunda konfrans keçirilib.
Azərbaycan-İran İşçi Qrupunun ilk iclası keçirilib
Bakıda Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə İran İslam Respublikası Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyi arasında hərbi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk görüşü keçirilib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, tərəflər hərbi, hərbi-texniki, hərbi tibb və səhiyyə, mədəni və idman tədbirləri, o cümlədən hərbi-mülki əməkdaşlıq və digər istiqamətləri əhatə edən sahələri müzakirə edəcəklər.
Ermənilər mövqelərimizə mərmi atdı
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 60 millimetrlik minaatanlardan da (3 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 96 dəfə pozub.
İranla hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə edilib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək nazirinin müavini, ikitərəfli hərbi əlaqələr və hərbi-texniki əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun İran tərəfindən rəhbəri, general-mayor Höccətullah Qoreyşinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Terrorçulara məxsus silah anbarı aşkarlandı
Suriyanın İŞİD terror təşkilatından təmizlənən Deyr ez Zor yaxınlığında yerləşən Meyadin şəhərində terrorçulara məxsus silah deposu aşkarlanıb. Olaylar bildirir ki, deopda NATO və İsrail istehsalı olan raketlər də aşkarlanıb.
Cavid yaradıcılığına ən böyük qiyməti ulu öndər Heydər Əliyev verib
Mədəniyyət və İncəsənət Universitetində böyük dramaturq və şair Hüseyn Cavidin anadan olmasının 135-ci ildönümünə həsr edilən “Hüseyn Cavidin sənət fəlsəfəsi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Olaylar bildirir ki, tədbirdə ADMİU-nun rektoru, professor Fərəh Əliyeva, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin zəngin yaradıcılığından danışıb, onun ədəbiyyata əvəzsiz töhfələr verdiyini diqqətə çatdırıblar.
"WhatsApp"da daha bir yenilik
"WhatsApp" messenceri "iOS" əməliyyat sistemi ilə işləyən mobil qurğular üçün qrup şəklində audio və video zənglər funksiyasını sınaqdan keçirir. Bu barədə "iPhone" üçün proqramın son beta-versiyasında aşkar edilmiş koda istinadla "WABetaInfo" portalı məlumat yayıb.
“Facebook bizi niyə aqressiv edir?” – DƏYİRMİ MASA
“Sosial şəbəkələrdə insanların mənəvi təzyiqə, təhdidə məruz qalmasının, yersiz qəzəb doğuraraq “linç edilməsi”nin səbəbləri” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masanın qonaqları psixoloq Murad İsayev, tanınmış jurnalist, Qaynarinfo.az saytının baş redaktoru Zahir Əzəmət və sosial media mütəxəssisi Orxan Rzayevdir. Şərif Ağayar və Ayxan Ayvazın moderatorluğu ilə keçirilən müzakirəni təqdim edirik.
Nazirlər istefaya göndərildi
Mərakeş kralı VI Məhəmməd bir neçə naziri və yüksək vəzifəli məmuru istefaya göndərib. Buna səbəb Əl-Hoseymə şəhərində inkişaf istiqamətində qarşıya qoyulmuş vəzifələrin icra edilməməsi olub. Məlumata görə, şəhərdə uzun müddətdir qeyri-sabit şərait davam edir.
Tramp qaçqınların qəbulunu bərpa etdi
ABŞ prezidenti Donald Tramp qaçqınların qəbulunun bərpa edilməsi haqqında fərman imzalayıb. Qaçqınların qəbuluna tətbiq edilmiş 120 günlük qadağanın müddəti oktyabrın 24-də başa çatıb. Qadağanın ölkənin təhlükəsizliyini gücləndirdiyi qeyd olunur.
Stüardessa təyyarədən yıxıldı
Çinin "China Eastern" hava yollarında çalışan stüardessa təyyarənin qapılarını bağlayan zaman havalanmaqda olan təyyarədən yıxılıb. Hadisə Şençen şəhərində baş verib. Üç metr hündürlükdən düşən bort bələdçisi ağır xəsarətlər alıb. Dərhal xəstəxanaya yerləşdirilən işçi çoxsaylı sınıq və travmalar alıb.
Zinyət əşyalarındakı qiymətli daşlar sağlamlıq üçün nə VƏD EDİR?
İnsanlar qiymətli daşlardan əsasən zinyət əşyaları kimi istifadə edirlər. Zaman-zaman bu cür gözqamaşdıran əşyalar dəbə uyğun formasını dəyişsə də, orqanizmə təsirini dəyişmir. Ayrı-ayrılıqda hər bir qiymətli daşın orqanizmə öz təsiri var. Zümrüd göz xəstəliklərinin şəfqət daşıdır. Bu qiymətli daşın yaşıl rəngi gözlərdəki gərginliyi götürməklə yanaşı sinir sistemini də sakitləşdirir.
Türkiyənin nümayəndə heyətinə viza verilmədi
kuməti Türkiyənin Ədliyyə Nazirliyinin nümayəndə heyətinə viza verməyib. Bu barədə CNN Turk məlumat yayıb. Qeyd olunur ki, türkiyəli məmurlar Vaşinqtona iki ölkə arasında yaranmış viza gərginliyinin aradan qaldırılması üçün danışıqlar aparmaq məqsədi ilə gedirdilər.














