Gündəm
Buraxılış və yekun qiymətləndirmənin təqvim planı təsdiqləndi
2017/2018-ci tədris ilində ümumtəhsil müəssisələrində keçiriləcək buraxılış imtahanları və yekun qiymətləndirmə (attestasiya) ilə əlaqədar yeni təqvim planı təsdiq edilib. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, “Dövlət İmtahan Mərkəzinin 2017/2018-ci tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi və yekun qiymətləndirmənin aparılması ilə əlaqədar rayon (şəhər) təhsil şöbələri (təhsil idarələri) və ümumtəhsil müəssisələri tərəfindən yerinə yetiriləcək işlər üzrə Təqvim planı” Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə tərəfindən təsdiq edilib.
“Lotu Quli”nin vəkili qaçan məhkumlardan DANIŞDI
Bakı-Astara-Bakı qatarı ilə paytaxta gətirilərkən qaçan məhkumlar “Qoca” ləqəbli Etibar Məmmədov və Əli Ağaminin Nadir Səlifovun adamları olması ilə bağlı yerli mətbuatda müxtəlif məlumatlar yayılıb. “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun vəkili Təranə Əliyeva AzVision.az-a bildirib ki, məlumatlar həqiqəti əks etdirmir.
Mənşəyi məlum olmayan 500 kq ətin satışının qarşısı alınıb
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində 500 kiloqrama yaxın mənşəyi məlum olmayan əti satmaq istəyən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumatda bildirilir ki, daxili işlər orqanları tərəfindən ölkə ərazisində ərzaq təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Azərbaycan-Ukrayna Birgə Komissiyasının birinci iclası keçirilib
Ukraynanın paytaxtı Kiyev şəhərində turizm üzrə Azərbaycan-Ukrayna Birgə Komissiyasının birinci iclası keçirilib. “OLAYLAR”-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, ölkəmizin nümayəndə həyətinin tərkibinə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, Azərbaycan Respublikasının Ukraynadakı səfiri Azər Xudiyev, Azərbaycan Turizm Assosiasiyasının İdarə Həyətinin sədri Nahid Bağırov, Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdir müavini Rauf Paşayev, ölkəmizin Ukraynadakı Səfirliyinin nümayəndəsi, habelə bir neçə mehmanxana və turizm şirkətlərinin nümayəndələri daxil edilib.
Təhsil müəssisələrində Bülbülün 120 illik yubileyi qeyd edilir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində Bülbülün 120 illik yubileyi ilə əlaqədar tədbirlər keçirilir. “OLAYLAR”-a Təhsil İdarəsindən daxil olan məlumata görə, təhsil müəssisələrində Azərbaycan vokal məktəbinin banisi, görkəmli müğənni Bülbülün 120 illiyinə həsr olunan konfranslar, mühazirə və disputlar, “Milli musiqimizin inkişafında Bülbülün rolu mövzusunda “Dəyirmi masa”lar təşkil edilir.
Mübariz Qurbanlı vətəndaşları qəbul edib
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir. “OLAYLAR”-ın xəbərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində Saatlı, İmişli və Sabirabad rayonlarının sakinlərini qəbul edib. Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Qəbul zamanı 20-dən çox vətəndaşın müraciəti dinlənilib.
ABŞ-ın qonşumuza HÜCUM SSENARİLƏRİ: Azərbaycan torpaqlarını GÖZLƏYƏN TƏHLÜKƏ
Donald Tramp ABŞ prezidenti seçiləndən sonra anti-İran siyasəti Ağ Ev üçün əsas prioritetə çevrildi. İndiki məqamda gərgin atmosfer təkcə İrana yox, bütün bölgəyə də təsir edir, lakin bu gərginliyin son nəticədə silahların qınından çıxmasına səbəb olacağı da istisna deyil. Təbii ki, ABŞ-İran qarşıdurması bölgədə əsas faktorlardan olan Azərbaycanı da maraqlandırır. Rəsmi Bakı sülhdən yanadır, amma Trampın Obamanın “nüvə razılaşması”nı ləğv etmək istəyi Vaşinqton-Tehran xəttində dönüşü olmayan proseslərə yol açır. İranşünas mütəxəssis Serhan Afacanın araşdırmalarına görə, rəsmi Tehran artıq ABŞ-ın mümkün hücumlarına qarşı müxtəlif ssenarilər hazırlayır. İranın atacağı addımlar ABŞ-ın gələcək siyasətindən asılı olacaq.
İsrail və Fələstin ilk dəfə EYNİ CƏBHƏDƏ
İsrail, Fələstin və İordaniyaya aid təhlükəsizlik qüvvələri İsrailin cənubunda ortaq yanğın təlimlərinə başlayıb. İsrail Xarici İşlər Nazirliyindən verilən açıqlamada təlimlərin 2 gün keçiriləcəyi bildirilib. Negev bölgəsində keçirilən təlimlər İtaliya, Fransa və İspaniyanın sponsorluğu ilə aparılır.
Pişik Günel aparıcı Vüsaləni YIXIB-SÜRÜDÜ: “Ağzını bağla”
“Maşın” realiti şousundan müğənni Günel Məhərrəmova və aparıcı Vüsalə Kərimova arasında başlayan qalmaqal davam edir. Hər iki tərəfin müxtəlif saytlara açıqlamaları sosial şəbəkələrdə geniş müzakirə olunur.
İki polkovnik niyə bir-birinə zidd açıqlama verir? - Sürücülər çaşqınlıq içində
Sürücülərin maşın idarə edərkən danışarsa cərimə olunacağı ilə bağlı hələ də gündəmdədir. Maraqlıdır ki, bu haqda dövlət qurumunu təmsil edən iki şəxs bir-birinə zidd açıqlamalar verir.
Kürd administrasiyası referendumun nəticəsini ləğv etməyə hazırdır
İraqın kürd administrasiyası sentyabrın 25-də keçirilən müstəqillik haqqında qanunsuz referendumun nəticəsini ləğv etməyə hazırdır. Bunu muxtariyyətin rəhbəri Məsud Bərzani bəyan edib. Bu qərarın İraqın mərkəzi hakimiyyəti ilə dinc danışıqlara başlamaq məqsədilə qəbul edildiyi bildirilir. M.Bərzani deyib ki, Ərbil sülh tərəfdarıdır və regionda hərbi fəaliyyətin davam etdirilməsini istəmir.
Uğursuzların yeni mitinq ağrısı: ziyanlı ilə yalançının davası
Siyasətçinin ən önəmli məcazlarından biri səhvlərdən nəticə çıxarmaq, həmin səhvləri təkrarlamamaq bacarığıdır. Əgər siyasətçi səhvləri sıralayırsa və ən pisi, onları təkrarlayırsa, bu, primitiv düşüncənin, hədsiz ambisiyaların və gerçəyi anlamamağın, şərtlərin diqtəsinin başa düşməməyin, marazm həddinə yüksəlmiş ambisiyalarla natamamlıq kompleksinin göstəricisidir.
Moqerini: Vətəndaş cəmiyyəti təşkilatları "Şərq Tərəfdaşlığı" ölkələrində islahatların ən yaxşı sponsorlarıdır
Estoniyanın Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi çərçivəsində oktyabrın 25-dən 27-dək Tallində "Şərq Tərəfdaşlığı" Vətəndaş Cəmiyyəti Konfransı ilə yanaşı, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 9-cu illik toplantısı keçiriləcək.
Sərnişin təyyarədə ölüb - Rusiyada
Rusiya hava xətlərində bədbəxt hadisə baş verib. Məlumata görə, Novosibirsk sakini təyyarədə dünyasını dəyişib. Məlumata görə, dünyasını dəyişən şəxs 1953-cü il təvəllüdlü olub. O, Krasnoyarsk-Novosibirsk reysi üzrə hərəkət edirmiş və uçuşdan öncə səhhəti pisləşib. Həkimlərin səylərinə baxmayara onu xilas etmək mümkün olmayıb. İnsidentlə bağlı nəqliyyatda araşdırma idarəsi əlavə araşdırma aparır.
Şamaxıda sürücü ilə yol polisi əməkdaşı arasında insident baş verib
Şamaxı rayonunda sürücü yol polisi əməkdaşı tərəfindən döyüldüyünü iddia edib. İnsident ötən gün Şamaxı şəhərində qeydə alınıb. Rayonun Dağ Bağırlı kənd sakini, 1984-cü il təvəllüdlü Feyzullayev Ruslan Dizcan oğlu idarə etdiyi 15-BO-626 dövlət nömrə nişanlı, “Ford Tranzit” markalı yük avtomobili ilə hərəkətdə olarkən Şamaxı rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin əməkdaşı, baş leytenant Fərid Məlikov tərəfindən saxlanılıb.














