Azərbaycan-Ukrayna Birgə Komissiyasının birinci iclası keçirilib
Ukraynanın paytaxtı Kiyev şəhərində turizm üzrə Azərbaycan-Ukrayna Birgə Komissiyasının birinci iclası keçirilib. “OLAYLAR”-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, ölkəmizin nümayəndə həyətinin tərkibinə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, Azərbaycan Respublikasının Ukraynadakı səfiri Azər Xudiyev, Azərbaycan Turizm Assosiasiyasının İdarə Həyətinin sədri Nahid Bağırov, Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdir müavini Rauf Paşayev, ölkəmizin Ukraynadakı Səfirliyinin nümayəndəsi, habelə bir neçə mehmanxana və turizm şirkətlərinin nümayəndələri daxil edilib.
25 Oktyabr 2017 11:59 SosialUkraynanın paytaxtı Kiyev şəhərində turizm üzrə Azərbaycan-Ukrayna Birgə Komissiyasının birinci iclası keçirilib. "OLAYLAR"-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, ölkəmizin nümayəndə həyətinin tərkibinə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, Azərbaycan Respublikasının Ukraynadakı səfiri Azər Xudiyev, Azərbaycan Turizm Assosiasiyasının İdarə Həyətinin sədri Nahid Bağırov, Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdir müavini Rauf Paşayev, ölkəmizin Ukraynadakı Səfirliyinin nümayəndəsi, habelə bir neçə mehmanxana və turizm şirkətlərinin nümayəndələri daxil edilib. İclas zamanı Nazir müavini Nazim Səmədov Azərbaycanın nümayəndə heyətinə göstərilmiş qonaqpərvərliyinə görə Ukrayna tərəfinə öz təşəkkürünü bildirib. Daha sonra N. Səmədov ölkəmizdə turizm sahəsində aparılan islahatlar, milli iqtisadiyyatda turizmin rolu, habelə Azərbaycanın turizm potensialının xarici ölkələrdə tanıdılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. O bildirib ki, 2016-cı ildə ölkəmizə 54 mindən çox Ukrayna vətəndaşı səfər edib, lakin bu rəqəm mövcud potensialı əks etdirmir. Tədbir zamanı iki ölkənin turizm sənayesi nümayəndələri arasında əməkdaşlıq perspektivləri barədə danışıqlar aparılıb.