Gündəm

Google Aşıq Veysələ özəl loqo hazırladı

25 Oktyabr 2017 12:49

Google məşhur aşıq  Aşık Veyselin 123 doğum günü münasibəti ilə  xüsusi bir logo hazırladı. Google ana səhifəsində "Doodle" adlanan loqotiplər sırasında Aşık Veyselin riding motivi və kilim motivləri daxil edilib. Aşık Veysel olaraq tanınan Veysel Şatıroğlu 1894 – cü ildə oktyabrın 25 – də dünyaya gəlib.

Nazir: İtaliya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yardım edəcək səyləri dəstəkləyəcək

25 Oktyabr 2017 12:49

“İtaliya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yardım edəcək səyləri dəstəkləyəcək”. XİN-dən “Olaylar”a verilən məlumata görə, bunu 24-25 oktyabr tarixlərində Palermoda keçirilən ATƏT-in Aralıq Dənizi Konfransı çərçivəsində İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Angelino Alfano Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdə deyib.

2 min 800 nəfər Aralıq dənizində həlak oldu

25 Oktyabr 2017 12:48

Beynəlxalq Miqrasiya Təşkilatının  məlumatına görə 2017-ci ilin əvvəlindən bu günə qədər Aralıq dənizi vaistəsilə təxminən 150 min miqrant Avropaya sığınıb. Olaylar bildirir ki, Beynəlxalq Miqrasiya Təşkilatının Cenevrədəki hesabatında qeyd edilir ki, Nigeriya, Qvineya, Banqladeş, Fil Dişi Sahili, Mali, Eritreya, Qambiya, Seneqal və Sudan sakinlərinin daha çox İtaliyaya köç etdikləri açıqlanıb.  

Sevdadan canlı yayımda elə bir şey istədi ki... - Zaurdan böyük hörmətsizlik

25 Oktyabr 2017 12:47

"5/5"-in qonağı olan gənc müğənni Sevda Yahyayeva Zaur Kamalın gözlənilməz hərəkəti ilə üz-üzə qalıb. Zaur qonağı olan müğənni xanıma "Bu gün, Sevda, hədəfim sənsən. Gözəlliyinizə arxayınsınız?" sualı ilə müraciət edib. Sevda cavabında  "Vallah mən həyatda heç nəyə arxayın deyiləm" deyib.

Jirinovski: Krım haqqında dediklərinə görə Sobçak cəzalandırılmalıdır

25 Oktyabr 2017 12:45

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski bəyan edib ki, Kseniya Sobçak Krım haqqında söylədiyi fikirlərinə görə cəzalandırılmalıdır. Məlumata görə, partiya sədri daha sonra əlavə edib ki, Sobçak kimi namizədlər ucbatında 2018-ci ilin martında Rusiyada prezident seçkilərində səsvermədə iştirak edənlərin sayı az ola bilər.

NASA Kaliforniya yanğınlarının fotosunu paylaşdı

25 Oktyabr 2017 12:42

ABŞ-ın Kaliforniya ştatını külə çevirən yanğına qarşı hələ də mübarizə aparılır. 8 mindən çox evi məhv edən fəlakətlə bağlı NASA sputnik fotolarını yayımlayıb.

Ermənistanda tələbələr əsgər aparılacaq - Möhlət hüququ ləğv edildi

25 Oktyabr 2017 12:40

Ermənistan parlamentinin bu gün keçirilən iclasında “Müdafiə” haqqında qanun layihəsi ilk oxunuşda qəbul edilib. Yeni qanun layihəsi tələbələrə təhsil aldığı dövrdə möhlət verilməsi hüququnu ləğv edir. Məlumata əsasən, qanun layihəsinin lehinə 86 deputat, əleyhinə isə 9 nəfər səs verib. 

Ərdoğanın maaşı artırılır - İllik 189 min dollar

25 Oktyabr 2017 12:37

Türkiyə prezidentinin maaşı artırılacaq. Artımla prezident Rəcəb Tayyib Ərdoğanın əmək haqqı 3776 (1010 ABŞ dolları) lirə olacaq.

XƏBƏRDARLIQ: Güclü külək olacaq

25 Oktyabr 2017 12:32

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

İrandan Bərzani ilə bağlı YENİ QƏRAR: sərhədlər...

25 Oktyabr 2017 12:30

Şimali İraq Kürd Muxtariyyəti ilə İran arasındakı 10 gün öncə bağlanan Başmaq sərhəd-keçid məntəqəsi İraq hökumətinin istəyi ilə yenidən açılıb. Bu barədə Süleymaniyə ticarət qurumunun rəhbəri Sirvan Muhammed deyib. 

"Çudo Peçka”nın təsisçisi Çingiz Cəlilov apellyasiya şikayətini geri götürüb

25 Oktyabr 2017 12:29

"Çudo Peçka” və “ÇP Aqro” MMC-nin təsisçisi Çingiz Cəlilov barəsində həbs-qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı Binəqədi Rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətini geri götürüb.  Ç. Cəlilov müəyyən səbəblərdən hələ ki, şikayətdən imtina etdiyini deyib.

Yetirmişli: "Zəlzələlərin qarşısını almaq mümkün deyil"

25 Oktyabr 2017 12:28

"Azərbaycanda sonuncu dəfə ən güclü zəlzələ ötən əsrin sonlarında - 1902-ci ilin fevral ayında Şamaxıda baş verib". Bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Son 24 SAAT: ordu Türkiyə sərhədinə çatdı

25 Oktyabr 2017 12:22

Müharibənin getdiyi İraqda son 24 saatda baş verənlər dünya mediasının gündəmindədir. Dünən Kərkükün Riyad bölgəsində İŞİD terror təşkilatının hücumu nəticəsində İraq ordusunun 4 əsgəri, Haşdi Şabi güclərinin isə 5 üzvü həlak olub. Terror aktı canlı bombanın özünü partlatması nəticəsində baş verib. Bu hücumdan sonra İraq ordusu Suriya ilə sərhəddə İŞİD terrorçularının təmizlənməsi əməliyyatına başlayıb.

AST Telmanın daha bir məkanı satışa çıxarıldı

25 Oktyabr 2017 12:21

Türkiyədə yerləşən “Mardan Palace Antalyaspor Stadionu” satışa çıxarılıb. Stadion tabe olduğu şəbəkənin borcları səbəbilə satılacaq. Bir zamanlar “Antalyaspor” futbol klubunun ev oyunlarını keçirdiyi stadionla birlikdə yanında yerləşən otel bloku da başlanğıc qiyməti 51 milyon türk lirəsi ilə auksiona çıxarılacaq.

Korrupsiya idarəsinin rəisi deputatdan danışdı

25 Oktyabr 2017 12:19

“Hesablama Palatası Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) müvafiq yoxlama aparıb və materialı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərib. Faktla bağlı cinayət işi başlanıb, hazırda intensiv istintaq tədbirləri həyata keçirilir”.