Gündəm
Cinayətdə ittiham edilən 4 uşaq anasından etiraf: "Professorun evində..."
Bakı Dövlət Universitetinin (BDU) professorunun evindən oğurluq etməkdə ittiham edilən 4 uşaq anası 1989-cu il təvəllüdlü Mehriban Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Cinayet davasında hakim ile sanık arasında ilginç diyalog
Bağcılar'da tartıştığı 54 yaşındaki babasını göğsünden ve kalbinden bıçaklayarak öldürdüğü gerekçesiyle tutuklu yargılanan Ayfer Altun (32), ilk kez çıktığı hakim karşısında olay nedeniyle pişman olduğunu, babasını da çok özlediğini söyledi. Duruşma sonunda tekrar söz alan sanık Altun, babasının ölmediğini, mahkemeyi kandırdıklarını söyleyip neden içerde yattığını sordu. Hakimin “Babanı öldürdüğün iddiasıyla yargılanıyorsun?" cevabı üzerine sanık Altun “O zaman ispatlayın, göstersinler" dedi. Hakim bu kez “Cesedini mi getirelim?" demesi üzerine sanık Altun da “Ölmüşse ölmüş ne yapalım. Yapacak bir şey yok" diye cevap verdi. Sanığın akıl sağlığının yerinde olup olmadığının tespiti için hastaneye sevk edilmesine karar veren mahkeme heyeti, duruşmayı erteledi.
Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədrini təbrik edib
Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Si Cinpinə təbrik məktubu göndərib.
Aparıcı Vüsalə pişik Günelin cavabını verdi: “O, mənim sayəmdə...”
Teleaparıcı Vüsalə Kərimova Günel Ələkbərovanın ona doğum günündə ünvanlandığı təbrikə cavab verib. Aparıcı bu söhbətə son qoyduğunu və bundan sonra Güneli reklam etməyəcəyini deyib: “Günelin videosundan xəbərim yoxdur. O, mənim sayəmdə özünü reklam etmək istəyir, ona bu şansı verməyəcəm.
Eynşteynin “xoşbəxtlik formulları” şok qiymətə satıldı
Məşhur fizik Albert Eynşteynin “xoşbəxtlik formulları”nı əks etdirən iki qeydi auksiona çıxarılıb. Qeydlər Qüdsdə təşkil edilən satış kampaniyasında 1 560 000 dollara satılıb.
Ərindən xəstə arvadına qarşı AĞLASIĞMAZ ƏMƏL - Balakəndəki dəhşətin ŞOK TƏFƏRRÜATI
Arvadına işgəncə verməkdə və qətlə yetirməkdə təqsirli bilinən Balakən rayon sakini, 1970-ci il təvəllüdlü Zeynal Çobanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Zeynal Çobanov alkoqoldan istifadə etmə nəticəsində yaranmış alkoqolizm xəstəliyindən əzab çəkməklə mütəmadi olaraq spirtli içkilər qəbul edib.
“Tamaşaçı öz seriallarımıza baxmaq istəyir”
Son zamanlar yerli seriallarımıza olan tamaşaçı marağı əlbəttə ki, sevindirici haldı. Artıq demək olar ki, yerli seriallar arasında rəqabət formalaşıb. Tamaşaçılar arasında maraqla qarşılanan və izlənən “Ögey ana” və “Barama” seriallarının ssenari qrupunun üzvü Reyhan İsayeva ilə seriallar haqqında danışdıq.
Oqtay Əsədov: “Bütün dünya dövlətləri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Pan-Afrika Parlamentinin sədri Rocer Nkodo Danqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. “Olaylar” xəbər verir ki, O.Əsədov bildirib ki, hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu yolunda inamla addımlayan Azərbaycanda söz və mətbuat azadlığı, insan hüquqları ön cərgədədir. Azərbaycan özünün tolerantlığı, multikultural dəyərləri ilə bütün dünyada tanınmışdır. Avropanın və İslam ölkələrinin mədəniyyət nazirlərini bir araya gətirən də məhz ölkəmizin paytaxtı Bakı olmuşdur.
Telekanallarda filmlərin nümayişinə görə yaradıcı heyətə qonorarın verilməsi qaydası açıqlanıb
Nazirlər Kabinetinin 2 may 1997-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı”nda edilmiş dəyişikliklərə əsasən, audiovizual əsərlərin efir yayımı televiziyası və kabel televiziyası ilə (o cümlədən, retranslyasiya üsulu ilə) yayımlanmasına görə bu əsərlərin yaradıcı heyətinə qonorar ödəniləcək.
“Nar bağı” daha bir festivala dəvət aldı
Azərbaycanlı rejissor İlqar Nəcəfin “Nar bağı” filmi “Cottbus” Film Festivalına dəvət alıb. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından Olaylar -a verilən məlumata görə, film festivalın əsas mükafatı olan “Lubina” uğrunda mübarizəyə qatılacaq. Qeyd edək ki, “Nar bağı” bədii filmini Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və “Buta Film” kino şirkəti birgə istehsal edib.
Rəsmi Yerevan və Tehranın İranla Ermənistan arasında enerji və nəqliyyat layihələrinə münasibətləri kəskin fərqlənir
Ermənistanın baş naziri Karen Karapetyanın İrana səfəri İran-Ermənistan münasibətlərinə dair ənənəvi mövzuları yenidən aktuallaşdırdı. Amma ermənilərin indiki informasiya bolluğu fonunda bəzi məsələləri görməməsi yaranmış vəziyyətdə ancaq təəccüb doğurur. Erməni siyasiləri Gürcüstan-İran münasibətlərində baş verənləri də görmək istəmir. Yaxınlarda İranın korporasiya və əmək naziri, İran-Gürcüstan hökumətlərarası komissiyanın həmsədri Əli Rəbii Gürcüstanda idi. Tbilisidə bir çox iqtisadi tədbirlər, biznes forum keçirdi və müzakirə olunan məsələlərdən biri də İranla Gürcüstan arasında enerji, kommunikasiya məsələləri idi. İranlı nazir Ə.Rəbii açıq şəkildə bildirdi ki, Fars körfəzi və Qara dəniz (oxu: İranla Gürcüstan) arasında olan əlaqələr Azərbaycan Respublikası ərazisi vasitəsilə qurulacaqdır.
Büdcənin müzakirə vaxtı bəlli oldu
Azərbaycanın 2018-ci il üzrə büdcə zərfinin Milli Məclisdə müzakirəyə çıxarılacağı tarix müəyyənləşib. Məlumata görə, büdcə zərfi noyabrın 21, 22 və 23-də parlamentin plenar iclasında müzakirəyə çıxarılacaq. Büdcə zərfi layihəsinin noyabrın 10-a qədər isə komitələrin birgə iclasında müzakirəyə çıxarılması nəzərdə tutulub.
Prezident seçkilərinə ayrılan vəsait bəlli odu
Azərbaycanda 2018-ci ildə keçiriləcək prezident seçkilərinin keçirilməsinə ayrılacaq vəsaitin məbləği məlum olub. Bu barədə məlumat Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi layihəsində əksini tapıb. Layihədə seçkilərin keçirilməsi üçün 55 136 429 manat vəsait nəzərdə tutulduğu qeyd olunub.
Millət vəkili şəxsi kitabxanasından tələbələrə kitab hədiyyə etdi
Azərbaycan Dillər Universitetində universitetin Magistratura şöbəsinin təşkilatçılığı ilə Auditoriya+ proqramı çərçivəsində dəyirmi masa keçirilib. Dəyirmi masaya qonaq qismində dəvət olunan Milli Məclisinin deputatı, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Aydın Mirzəzadə universitetin Regionşünaslıq və beynəlxalq münasibətlər ixtisasları üzrə magistr təhsili alan tələbələrinə mühazirə oxuyub.
Sevgilisini boğaraq öldürdü
Paytaxt Bakıda qətl hadisəsi baş verib. Məlumata görə, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsi Adil Əlibabayev küçəsində qeydə alınıb. Belə ki, qəsəbə sakini, 1968-ci il təvəllüdlü Fərhad Cənnət oğlu Şaqaliyev aralarında yaranmış mübahisə zəminində, qeyri-rəsmi nikah münasibətlərində olduğu, 1982-ci il təvəllüdlü Gülnarə Xanış qızı Sadıqovanı döyüb və sonunda ayağını onun boğazına dirəyərək boğub. Nəticədə qadın boğularaq ölüb. F.Şaqaliyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.














