“Nar bağı” daha bir festivala dəvət aldı

Azərbaycanlı rejissor İlqar Nəcəfin “Nar bağı” filmi “Cottbus” Film Festivalına dəvət alıb. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından Olaylar -a verilən məlumata görə, film festivalın əsas mükafatı olan “Lubina” uğrunda mübarizəyə qatılacaq. Qeyd edək ki, “Nar bağı” bədii filmini Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və “Buta Film” kino şirkəti birgə istehsal edib.

Azərbaycanlı rejissor İlqar Nəcəfin "Nar bağı" filmi "Cottbus" Film Festivalına dəvət alıb.

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasından Olaylar -a verilən məlumata görə, film festivalın əsas mükafatı olan "Lubina" uğrunda mübarizəyə qatılacaq.

Qeyd edək ki, "Nar bağı" bədii filmini Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və "Buta Film" kino şirkəti birgə istehsal edib.

Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.

Psixoloji dram janrında çəkilən filmdə baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31