Tramp qaçqınların qəbulunu bərpa etdi
ABŞ prezidenti Donald Tramp qaçqınların qəbulunun bərpa edilməsi haqqında fərman imzalayıb. Qaçqınların qəbuluna tətbiq edilmiş 120 günlük qadağanın müddəti oktyabrın 24-də başa çatıb. Qadağanın ölkənin təhlükəsizliyini gücləndirdiyi qeyd olunur.
25 Oktyabr 2017 09:06 DünyaABŞ prezidenti Donald Tramp qaçqınların qəbulunun bərpa edilməsi haqqında fərman imzalayıb. Qaçqınların qəbuluna tətbiq edilmiş 120 günlük qadağanın müddəti oktyabrın 24-də başa çatıb. Qadağanın ölkənin təhlükəsizliyini gücləndirdiyi qeyd olunur.
Bununla belə, fərmanda bir sıra ölkədən qaçqınların qəbuluna 90 günlük əlavə məhdudiyyətlərin tətbiq edilməsi nəzərdə tutulub. Administrasiya nümayəndəsi məhdudiyyətlərin adı çəkilməyən 11 ölkəni əhatə edəcəyini bildirib. Həmin ölkələrin vətəndaşları yaxın üç ay müddətdə ABŞ ərazisinə yalnız ayrı-ayrı hallarda buraxılacaqlar. Publika.az