61 yaşlı şəxs insanlara atəş açdı
ABŞ-ın Kaliforniya ştatında 61 yaşlı Alan Eşmor evlərə, avtomobillərə, iki yanacaqdoldurma stansiyasına və çaxır zavoduna nizamsız atəş açıb. Hadisə zamanı iki nəfər ölüb. Habelə bir qadın və hadisə yerinə gələn polis əməkdaşlarından biri yaralanıb. Cinayətkar həbs edilib. Leyk dairəsinin polis rəsmisi Martin Brayan bildirib ki, Alan Eşmor ola bilsin, kiçik yanğın hadisəsində də təqsirkardır.
25 Oktyabr 2017 06:19 DünyaABŞ-ın Kaliforniya ştatında 61 yaşlı Alan Eşmor evlərə, avtomobillərə, iki yanacaqdoldurma stansiyasına və çaxır zavoduna nizamsız atəş açıb. Hadisə zamanı iki nəfər ölüb. Habelə bir qadın və hadisə yerinə gələn polis əməkdaşlarından biri yaralanıb.
Cinayətkar həbs edilib. Leyk dairəsinin polis rəsmisi Martin Brayan bildirib ki, Alan Eşmor ola bilsin, kiçik yanğın hadisəsində də təqsirkardır. O, hadisəni törədən zaman hüquq-mühafizə orqanları əməkdaşlarından qaçaraq gizlənməyə nail ola bilib. Hadisənin səbəbləri hələlik məlum deyil.
Prokuror Don Anderson isə bildirib ki, cinayətkar hamıya, hətta ətrafdan keçənlərə də qəzəblənib. Onun sözlərinə görə, Eşmoru şəhərdə yaxşı tanıyırlar. Alan bir neçə dəfə həbs edilib və həbsxanada yatıb.
Alan Eşmorun avtomobilindən bir neçə odlu silah da tapılıb.