Prezident hökuməti buraxdı

Almaniya prezidenti Frank Valter Ştaynmayer hökuməti buraxıb. Mərasim prezidentin rəsmi iqamətgahı sayılan “Belvü” sarayında  keçirilib. Frank Valter Ştaynmayer bundan əvvəl kansler Angela Merkeldən Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək hökumət başçısı vəzifəsini icra etməyi xahiş edib.

Almaniya prezidenti Frank Valter Ştaynmayer hökuməti buraxıb. Mərasim prezidentin rəsmi iqamətgahı sayılan "Belvü" sarayında  keçirilib.

Frank Valter Ştaynmayer bundan əvvəl kansler Angela Merkeldən Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək hökumət başçısı vəzifəsini icra etməyi xahiş edib.

Nazirlər Kabinetinin yeni tərkibinin formalaşdırılmasının bir neçə həftə çəkəcəyi bildirilir.

Qeyd edək ki, 19-cu çağırış Bundestaqın bu gün keçirilmiş birinci iclasında sabiq maliyyə naziri Vofqanq Şoyble parlamentin prezidenti seçilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31