Ermənistan vətəndaşı Azərbaycana keçmək istəyir

Ermənistanda ədalətsizliyin qurbanı olan Qafan şəhər sakini Andranik Qevorqyan Azərbaycana keçməyə hazırlaşır. Bu barədə Andranik Qevorqyan armtimes.com-un müxbirinə bildirib. 2014-cü ildə Gürcüstanın Kabuleti şəhərində 2 Ermənistan vətəndaşı onun 3100 ABŞdollarını aldatma yolu ilə mənimsəyib. Batumi şəhərində isə ona qarşı sui-qəsd cəhdi olub. O, Gürcüstana maşın almaq məqsədilə gedib və belə bir hadisə ilə üzləşib.Ermənistana qayıdaraq dəfələrlə polisə müraciət etsə də, cinayət işi açılmayıb. Polisin Maştots şöbəsində onu ölümlə hədələyiblər. 

Haqsızlıqla üzləşən vətəndaş polisin qərarından sonra baş prokuror Artur Davtyana, Xüsusi istintaq xidmətinin rəisi Vahram Şahinyana, polis rəisi Vladimir Qasparyana, ombudsman Arman Tatoyana müraciət edib. Müsbət nəticə əldə etmədikdən sonra İrəvandakı Kiyev körpüsünə gedib və onu öldürməyə cəhd edən şəxsin hərəkətində cinayət tərkibi görməyən, adları qeyd olunan məmurların ora gəlməsini tələb edib. "Mən bu cür ölkədə bundan sonra hədə-qorxu altında yaşaya bilmərəm, məcburBakıdan vətəndaşlıq xahiş edəcəyəm"- deyə Andranik Qevorqyan qeyd edib. O, Azərbaycana müraciət edəcəyi barədə hüquq-mühafizə orqanlarını xəbərdar etdiyini deyib. "Mən bu nəticəyə gəlmişəm ki, ölkəmdə hədə-qorxu altında qalmaqdansa, Bakıda olsam daha yaxşıdır"-deyə Qevorqyan bildirib. AzVision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31