“Zəng”in Adana uğuru

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı Türkiyənin Adana şəhərində baş tutan IV Şəhər Teatrları Görüşü Festivalında iştirak edib.  Olaylar bildirir ki, Kukla Teatrı beynəlxalq festivalda  “Zəng” adlı mono-tamaşa ilə çıxış edib. Tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubovadır. Teatrın aparıcı aktyoru Rəhim Rəhimovun ifa etdiyi səhnə işi həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulub. Ailədə valideynlərə olan münasibətdən bəhs edən tamaşa izləyicilərdə valideynləri unutmamaq, onları diqqətdən kənarda saxlamamaq kimi müsbət keyfiyyətlər aşılayır.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı Türkiyənin Adana şəhərində baş tutan IV Şəhər Teatrları Görüşü Festivalında iştirak edib. 
Olaylar bildirir ki, Kukla Teatrı beynəlxalq festivalda  "Zəng" adlı mono-tamaşa ilə çıxış edib.
Tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubovadır. Teatrın aparıcı aktyoru Rəhim Rəhimovun ifa etdiyi səhnə işi həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulub. Ailədə valideynlərə olan münasibətdən bəhs edən tamaşa izləyicilərdə valideynləri unutmamaq, onları diqqətdən kənarda saxlamamaq kimi müsbət keyfiyyətlər aşılayır.
Adana Şəhər Teatrları İdarəsi tərəfindən təşkil olunan festival çərçivəsində nümayiş olunan tamaşa böyük rəğbətlə qarşılanıb. Hər hansı nominasiyanın olmadığı festivalda iştiraka görə təşəkkür diplomuna, bundan başqa, Adana Şəhər Bələdiyyəsinin xüsusi mükafatlarına layiq görülən yaradıcı heyət növbəti festivala, eləcə də qardaş ölkənin Ankara şəhərində reallaşacaq digər beynəlxalq teatr festivalına müsabiqəsiz iştirak hüququ qazanıb.
18 teatrın təmsil olunduğu festival iki ildən bir baş tutur və şəhərin müxtəlif teatr və sənət mərkəzlərində teatrsevərləri bir araya gətirərək onlara fərqli teatr meyllərini təqdim edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31